POT-HOLEY

adj çuxurlu, çalalı, çala-çuxurlu; ~ road çala-çuxurlu yol

POT-HOLE
POT-LUCK
OBASTAN VİKİ
Pol Pot
Pol Pot (khm. ប៉ុល ពត) və ya əsl adı ilə Salot Sar (khm. សាឡុត ស; 19 may 1925[…] və ya 19 may 1928[…], Prek-Sbauv[d], Fransa Hind-Çini – 15 aprel 1998[…], Anlonqvenq dairəsi) — Kamboca siyasi və dövlət xadimi. Kampuçiya Kommunist Partiyasının baş katibi (1963–1979), Demokratik Kampuçiyanın baş naziri (1976–1979), "qırmızı kxmerlər"in lideri və diktator. Pol Potun hakimiyyəti dövrü kütləvi represiyalar və aclıqla müşahidə olunmuşdur. O ölkədə aqrar sosializmin radikal formasının əsasını qoymuş və totalitar diktatura sistemini yaratmaq istəyirdi. Onun hökuməti (kxmerlər) şəhərlərin ləğv edilməsi və şəhər sakinlərinin kəndlərdə, sahələrdə məcburi işləməyə cəlb edilməsini özünün məqsədi hesab edirdi. Bu dövrdə kapitalizm dəyərləri kimi göstərilən iqtisadiyyat və maliyyə sistemləri süquta uğradı. Həmçinin, dövlət əmlakı dağıdıldı, banklarda olan valyutalar küçələrə səpilərək yandırıldı. Bunun nəticəsində 1–3 mln arası (təxminən əhalinin 25%-i) insan həlak olmuş və öldürülmüşdür.