Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DNA@Home
DNA@Home - layihədə ehtimal nəzəriyyəsi alqoritmləri istifadə edilərək müxtəlif genlərə cavabdeh DNT molekullarında ardıcılığın axtarılması, polimeraza molekulları istifadə olunmaqla gen transkripsiyası mexanizminin araşdırılması, xıyarcıklı vəba və vərəm xəstəliklərini yaradan DNT bakteriyalarının araşdırılması üçün hesablamalar aparılır. Layihədə 16000-ə yaxın istifadəçi qeydiyyatdan keçmişdir və 60 000-ə yaxın qurğu istifadə olunur.
Kontakt Home
Kontakt Home — Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri. Şəbəkənin baş direktoru Həsən İsrafilzadədir. 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı "Kontakt Mobile" idi.[mənbə göstərin] 2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı "Kontakt Electronics" adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da "Home" konsepti tamamlanaraq, şəbəkənin adı "Kontakt Home" adına dəyişdirildi.[mənbə göstərin] Şirkət əməkdaşlarının sayı 2500-ə yaxındır. Hazırda 30-dan çox brendin rəsmi distribyuteri olan Kontakt Home-un 41 mağaza və 1 online mağazası müştərilərə xidmət edir. Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri,[mənbə göstərin] Apple brendinin rəsmi satış mərkəzidir.
SETI@Home
SETI@home və ya "SETI at home" (azərb. SETİ evdə‎) — SETI-yə (ing. Search for Extraterrestrial Intelligence) aid bir elmi layihənin adıdır. Bu layihə kainatda — kosmosda zəkalı varlıqların axtarmasıdır. SETI@home yerdənxaric sivilizasiyaların radiosiqnallarının axtarılması məqsədilə könüllülərin kompüterlərinin sərbəst resurslarından istifadə edən elmi qeyri-kommersiya layihəsidir. Güman edilir ki, Yerdənxaric sivilizasiyalar radiorabitədən istifadə edəcəklər və yaxşı qəbuledicilər olsa, Yerdəki radiostansiyalar yaxın ulduz sistemlərindən gələn radiosiqnalları tuta bilər. Əgər radiosiqnallarda periodik təkrarlanan elementlər olarsa, çox güman ki, onlar süni təbiətə malik olmalıdır və, deməli, onların aşkarlanması Yerdənxaric texnologiyaların olmasını dolayısıyla təsdiqləmiş olacaq. Belə radiosiqnalların emalı üçün inanılmaz dərəcədə çoxlu hesablama gücləri (aparat və proqram təminatı) tələb olunur. Müştəri proqram təminatının ilkin kodu açıqdır (GNU General Public License) və layihənin iştirakçısı olan hər kəs istəyərsə, öz töhfəsini təkcə hesablamalara deyil, həm də proqram təminatının işlənib hazırlanması və testlənməsinə verərdi. Layihədə süni hesab edilə bilən siqnalların aşkarlanması üçün Aresibo (Puerto-Riko) rəsədxanasının radioteleskopundan alınan verilənlər emal olunur.
Zel Home
Home Video
Home Video — ABŞ müğənnisi Lüsi Dakusun üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Matador tərəfindən buraxılıb.
Amerika Home Products
Wyeth və ya əvvəlki adı ilə American Home Products Corporation – ABŞ dərman şirkəti.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Media Home Entertainment
Media Home Entertainment (azərb. Ev Video Buraxılışı‎) — əsası 1978-ci ildə ABŞ-nin Kaliforniya ştatında qoyulan ev video film istehsal edən kompaniyadır.
Take Me Home
Take Me Home — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın ikinci studiya albomu. 9 noyabr 2012-ci ildə Syco Music və Columbia Records tərəfindən buraxılıb.
Home (Kobi Marimi mahnısı)
Home (azərb. Ev‎) — İsrailin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kobi Marimi "Home" mahnısı ilə İsraili Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı yəhudi bəstəkarlar Ohad Şarqay və İnbar Veytzman tərəfindən bəstələnmişdir.
My Old Kentucky Home
"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır. O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib. Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb. Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi. Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı. Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.
İrlandiya Home Rule hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
Makes Me Sick Makes Me Smile
Makes Me Sick Makes Me Smile — ABŞ indi-rok qrupu Pretty Sick(en)-in debüt studiya albomu. 30 sentyabr 2022-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
HOME.TV (Bosniya və Herseqovina)
«HOME.TV» — «HT Mostar» şirkətinin sahibləndiyi Bosniya və Herseqovina IPTV provayderi. «HOME.TV» müxtəlif mövzulu HD keyfiyyətli telekanalların yayımını təmin edir. Hal-hazırda «HOME.TV» IPTV tərəfindən təklif olunan proqram paketinə əsasən (2016-cı ilin noyabr ayında), 130-dan çox (əsas təklifdə 67) televiziya kanalı yayımlanır.
Don't Try This at Home
Don't Try This at Home — amerikalı repçi YoungBoy Never Broke Again-in altıncı studiya albomu. 21 aprel 2023-cü ildə Motown Records və Never Broke Again tərəfindən buraxılıb.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Homs
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Lome
Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir. Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi. Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Nick Jonas
Nikolas "Nik" Cerri Conas (ing. Nicholas Jerry "Nick" Jonas, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü. Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür. Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır.
Nick Nolte
Nikolas Kinq Nolti (ing. Nicholas King Nolte; 8 fevral 1941[…], Omaha, Nebraska) — ABŞ aktyoru.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib. O, orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000). O, The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001–2004). Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.
Nick Vujicic
Nik (Nikolas) Vuyçiç (serb. Ник Вујичић; ing. Nicholas James Vujicic; 4 dekabr 1982, Melburn) — xristian vaizi. Nik Vuyçiç nadir hallarda rast gəlinən irsi xəstəlik - tetraameliya sindromu ilə ( aşağı və yuxarı ətrafların anadangəlmə olmaması) doğulmuşdur. Uşaqlıqda öz əlilliyi haqqında narahat olaraq, o əhatə edənlə öz təcrübəsiylə bölüşərək və dünyada tanınmış motivasiya yönümlü orator olub öz çatışmazlığıyla yaşamağı öyrənib. Onun çıxışları məhdudlaşdırılmış imkanlarla uşaqlara və gənclərə yönəldilmişdir, onlarda aktivləşməyə ümiddə həyatın mənasının axtarışı. Nik Vuyçiç:mənim missiyam-insanlara həyatda öz yollarını tapmaqda yardım etməkdir. 4 dekabr 1982-ci ildə serb mühacirlərinin ailəsində Brisben şəhərində doğulub və nadir patologiyaya malik idi: oğlanda məhdudluqlar iştirak etməyirdi — hər iki əl və hər iki ayaq (iki barmaqla bir pəncə qismən olurdu, oğlana gələcəkdə getməyi, üzməyi, skeyt bordda gəzməyi, kompüter oyunları oynamağı və yazmağı öyrənməyə icazə vermiş). Fiziki çatışmazlıqlara baxmayaraq, oğlan sağlam doğuldu və Viktoriya ştatın qanunu dəyişilən kimi valideynləri qərara aldılar ki, onların oğulu Vuyçiç adi məktəbə getməyə başlasın. 1990-cı ildə, öz fiziki çatışmazlıqları haqqında güclü narahat olaraq, oğlan intihar etməyə çalışdı, amma zamanla anladı ki, həyatda onun nailiyyətləri əhatə edənlərə ilham verə bilər.
Sadi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Typhlodromus sica
Typhlodromus sica (lat. Typhlodromus sica) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus sica Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Höte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Komə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.