HOMELY
HOMESTEAD
OBASTAN VİKİ
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Bizantili Homer
Bizantili Homer (q.yun. Ὅμηρος ὁ Βυζάντιος) — qədim yunan qrammatiki və faciə janrında yazan şairi. Onu yaşlı Homerdən fərqləndirmək üçün onu "ho Neoteros", yəni "gənc" də adlandırırdılar. Qrammatik Andromak Filoloqun və şair Moeronun oğludur. Bəzi mənbələr Moeronu Homerin qızı kimi təqdim edirlər. E.ə. III əsrin əvvəllərində, İsgəndəriyyədə yaşayan II Ptolemey Filadelfin sarayında inkişaf etmişdir. Əsas rəqibi Sosit ilə birlikdə o, "İsgəndəriyyə Pleyad"ının (yeddi ulduz topasının adından) yeddi böyük faciəsi sırasında sayılır. Homerə müxtəlif 45, 47 və ya 57 pyes aid edilir, onların hamısı indi itirilmişdir. Yalnız birinin adı, "Eurypyleia" məlumdur.
Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. == Məzmun == Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Homer (şəhər)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Homer Simpson
Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü. == Qəbulu == 2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb. TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib; Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib; Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib. Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing.
Homer mədəniyyəti
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni bizim e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi qiymətləndirir. == Ümumi məlumat == Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi.
Homer nəğmələri
Homer nəğmələri (yun. Ομηρικοί Ύμνοι) e.ə. VII–V əsrə aid tanrı və ilahələr şərəfinə və tərənnümünə həsr olunmuş 33 antik yunan poetik şer nümunələri külliyatı. == Başlıqlar == == İstinadlar == == Mənbələr == Thomas William Allen (Hrsg.): The Homeric Hymns. 2. Aufl. Oxford University Press, London 1936. Neuausgabe: Hakkert, Amsterdam 1980, ISBN 90-256-0820-5 Albert Gemoll (Hrsg.): Die Homerischen Hymnen. Teubner, Leipzig 1886 (mit Kommentar) Homerische Götterhymnen, Übersetzung von Thassilo von Scheffer. Jena, Diederichs 1927 Gerd von der Gönna und Erika Simon (Hrsg.): Homerische Hymnen.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.