Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Honqoray
Honqoray (qədin qırğızca "dağlı xalqı", xak. Хоорай, həmçinin Honqoray) — XIV əsrin sonundan XVIII əsrin əvvəllərinə qədər Cənubi Sibirdə mərkəzi Minusinsk hövzəsində mövcud olan tarixi dövlət quruluşu (digər mənbələrə görə tayfa birliyi). Onun əsas etnik elementi Yenisey qırğızları olub. Əhali Honqorayın idarəetmə formasını tolay sözü, yəni etno-tayfa konfederasiyası adlandırırdı. Rus mənbələrində Honqoray “Qırğız torpağı” adlanırdı. Dövlətin ərazisi 320 000 km² təşkil edirdi. Honqoray əhalisinin nəsilləri xakasların və fuyu-qırğızların etnik qruplarının formalaşmasında nüvə rolunu oynayıb. Honqoray nəzəriyyəsini Viktor Butanayev irəli sürmüş və ona M.A.Çertıkov, B.İ.Tatarintsev, S.Xudyakov, L.A.Bobrov da istinad etmişlər. Bəzi alimlər (L.R.Kyzlasov, İ.L.Kızlasov, V.K.Çertykov və b.) bunu elmi cəhətdən əsassız hesab edirlər. == Tarixi == XIV əsrə qədər Minusinsk hövzəsi Monqol imperiyasının nəzarəti altında idi.
Qonorar
Qonorar (lat. honorarium – mükafatlandırmaq, təltif olunmaq) — 1) yazıçılar, rəssamlar, alimlərin və s. əməyinə görə müqavilə əsasında aldığı pul – mükafat; 2) vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı. Məsələn, müəllif qonorarı. Qonorar - yazıçılar, rəssamlar, dizaynerlər, proqramçılar, rəssamlar, filosoflar, modellər, hüquqşünaslar və s. adamlara iş üçün ödənilmiş pul mükafat. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.