Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hunlar
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Ağ Hunlar
Ağ Hunlar və ya Eftalitlər — Hunların qərb qolu. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü. == Etimologiya == Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi.
Şimali Qafqaz hunları
Şimali Qafqaz Hunları — Huni, Huni və ya Çuni qədim dövrlərdə Şimali Qafqaz xalqları idi. Onlara bəzən Şimali Qafqaz Hunları deyilir və tez-tez Şərqi Avropaya daxil olan Hunlarla əlaqəli olduqları güman edilir. Bununla birlikdə, huninin etnolinqvistik və coğrafi mənşəyi aydın deyil. Huni haqqında ilk müasir qeyd Dionisi Periqet və Klavdiy Ptolemey tərəfindən coğrafiyada 2-ci əsrdə, Xəzər dənizinin yaxınlığında yaşadıqları söyləndikdə verilə bilər. Aqafanqelos, 227-ci ildə Hunların Qafqaz xalqları arasında yaşadıqlarını və İran Hunlarının qohumları olduqlarını iddia edir. 535 və ya 537-ci illərdə yepiskop Kardostun başçılıq etdiyi bir erməni missioner qrupu Şimali Qafqaz Hunlarının çoxunu vəftiz etdi. Bu hadisəni bildirən Suriya dilli bir mənbə də Hun dili üçün bir yazı sisteminin hazırlandığını göstərir.Hunların eramızın 6-cı əsrində Dağıstanda bir dövlət qurduqlarını söyləyirlər. Bunun səbəbi Qafqazın çoxsaylı yerli xalqları ola bilər. 682-ci ildə Qafqaz Albaniyası yepiskopu İsrail, Qafqaz Hunlarının hökmdarı Alp İlutuerin xristianlığı qəbul etməsi üçün uğursuz bir heyətə rəhbərlik etdi. İluetuerin Xəzərin Elteber ("müştəri-hökmdar") titulunu təhrif etdiyi və bu xalqın VII əsrin ortalarından sonuna qədər Xəzər hökmdarlarına itaət etdiyi irəli sürüldü.
Junlar
Junlar (çin. 西戎 "Batılı savaşçı insanlar") — əsasən qədim Çinin batısında və ətrafında yaşamış prototürk xalq. Çin tarixi ənənəsinə görə quyfan, jun, di, hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır. Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di və hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır. Junlar, Şan sülaləsi dövründən (e.ə. 1765-1122) tanınırdılar. == Tarixi == Tibetdən şərqdə iki xalq — qoyunlara çobanlıq edən kyanlar və əkinçiliklə məşğul olan junlar yaşayırdı. Qədim dövrlərdə onlar iki müxtəlif xalq idi, hazırda isə hər ikisinin nəslindən olanları tibetlilər hesab edirlər. Kyanların varisləri olan nqoloklar bu günədək Amdo dağlarında köçəri kimi yaşayırlar, tibetlilər isə bizim eranın əvvəlinə qədər kyanlardan ayrılmış botlardır, onlar junlardan əkinçilik vərdişlərini götürərək Tsanpo (Brahmaputra) vadisinə köçdülər və burada Tibet mədəniyyəti və dövlətinin yaratdılar. Tibetlilərin əcdadı olan junlar da həmçinin çinlilərlə piyada kimi vuruşmuşlar və çox vaxt qələbə qazanmışlar.
Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır. == Formatı == Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.
Hünkar bəyəndi
Hünkar bəyəndi və ya sadəcə Bəyəndi ― Tarixən Osmanlı saray mətbəxinə aid, hazırda Türkiyə Respublikasında geniş istehlak olunan yeməklərdən biri. Hisə verilmiş və ədviyalı badımcanla hazırlanıb, qızardılır, sonra əzilir, süd, əridilmiş yağ və qovurulmuş unla qarışdırılır. Yekunda üzərinə quzu əti qoyulub yeyilir. == Tərkibi == Yemək doğranmış qırmızı ət, rəndələnmiş pendir, süd, un, soğan, badımcan, pomidor, yağ, duz, limon kimi inqredientlərdən ibarətdir. == Hazırlanması == Badımcanlar közlənib qabığından ayırd edilir, bir müddət limonlu, unlu su içində saxlanılır. Ətləri aşağı odda bişirilir, ardınca yağ əlavə edilib soğan və pomidor ilə birgə qovrulur. Bəyəndi hazırlamaq üçün yağ və un birlikdə qovrulur, içərisinə süd əlavə olunur. Sonra suda gözləyən badımcanları çəngəllə əzilib əlavə edilir, və rəndələnmiş pendir də əlavə edilərək bişirilir. Əldə olunan bəyəndinin üzərinə ətləri qoyularaq servis edilir.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Ağhunlar
Ağ Hunlar və ya Eftalitlər — Hunların qərb qolu. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü. == Etimologiya == Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. == Duzların alınması == Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Dyunlar
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir.Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. == Tarixi == Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar.Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. == Dil == Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir. Hayasa dilindən az miqdarda məlumatın təhlili onu belə bir nəticəyə gətirdi ki, hay dili Hind-Avropa dil ailəsinin qədim Anadolu dillərinin Het-Nessi qrupuna aiddir və ya bəlkə də müstəqil qədim Asiya dilidir.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hinqar Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
Hunanlar
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Hunzalar
Hunzalar və ya Hunza türkləri — Pakistanda əslən hun türklərindən olan azsaylı xalq. == Ümumi məlumat == Soyları hun türklərindən gələn hunzalar əsasən Pakistan və Hindistanın sərhədində məskunlaşıblar. Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının araşdırma mərkəzindədirlər. Belə ki, hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir.
Huronlar
Huronlar — Şimali Amerikada yaşayan yerli hindu tayfası. Saylarının təqribən 30 min nəfərdir. Huronlar bugünkü Ontario sərhədində balıqçılıq, ovçuluq və xüsusilə ticarətlə məşğul olaraq yaşamlarını keçirirdilər. XVII əsrdə müstəmləkə inkişaf etdikcə samur kürklərinə olan tələbin artması, bu kürklərin ticarətini aparan Huronlar ilə İroquoilar arasında qanlı bir savaş çıxmasına yol açdı. Kürk ehtiyatı tükəndikcə savaş şiddətləndi. Bu savaşdan sağ qurtula bilən Huronlar Kvebekə çəkildilər.
Hutular
Hutular — Burundi və Ruandada yaşayan Bantunlar qrupuna mənsub xalq. Ruanda əhalisinin 84 % və Burundi əhalisinin isə 85 %-ni etnik Hutular təşkil edir. Hutuları ayrıca bir etnik qrup kimi sinifləndirmək bir çox mənbələrdə qəbul edilmir. Belə ki, Ruandanın digər bir önəmli xalqı olan Tutsilərlə Hutular arasında dini, irqi və ya fiziki baxımdan heç bir fərqlilik mövcud deyildir. Hutular Ruanda vətəndaş müharibəsi və Ruanda soyqırımı əsnasında aktiv fəaliyyət göstərmişdir. Belçikalıların əraziləri istila etdiyi ilk illərdə Hutularla Tutsilər arasında müəyyən fərqliliklər (xarici görünüş və boy) mövcud olsa da, XX əsrin sonlarına yaxın həmin fərqliliklər zamanla aradan qalxmışdır.
Kumlar
Cumacea (lat. Cumacea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinə aid heyvan dəstəsi. Hazırda 1600 növü var, onlardan Xəzər dənizində 18 növü qeyd edilmişdir. Xəzərdə yaşayan kumların evriqalin (Pseudocuma cercaroides, Stenocuma graciloides, Pterocuma pectinata) və stenoqalin (Pterocuma qrandis, Stenocuma diastyloides) növlər təşkil edir. Kumlar çapaq, külmə və s. balıqların qidasında mühüm rol oynayırlar.
Lurlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Ruhlar
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Qullar
== Kəndlər == === Azərbaycanda === Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Kəndlər == === Dağıstanda === Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. === Gürcüstanda === Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.