Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elseid Husay
Elseid Husay (2 fevral 1994, Şkoder) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir. Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur. Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir. Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.
Hassa
Hassa — Hatay ilində ilçə.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Humay
Humay — qadın adı.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Hisuy Haza
Hisuy Haza (d. 16 mart 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hubey əyaləti
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. Azərbaycan balet tamaşaları xronologiyası Yeddi oğul istərəm...
Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir. Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.
Humay mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Juss.
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
USSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.
German Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Herman Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Hermann Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Hussem Aouar
Hussem Aouar (30 iyun 1998, Lion) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Aouar Lion akademiyası vasitəsilə inkişaf etmişdir. Aouar əsas komanda ilə debütünü 16 fevral 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə AZ Alkmaar klubu ilə qarşılaşmada Serji Darderi əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion UEFA Avropa Liqasının 1/8 final mərhələsində AZ Alkmaara 4–1 hesabı ilə qalib gəlmişdir. Aouar ilk qolunu isə bir həftə sonra cavab qarşılaşmasında vurmuşdur. Həmin görüşdə isə klubu evdə 7–1 hesabı ilə qələbə qazanmışdır. O, Liqa 1-də debütünü 16 aprel 2017-ci ildə etmiş, lakin oyun yarımçıq dayandırılmış və 3 həftə sonra qələbə Liona verilmişdir. O, Monako klubuna 2–1 hesabı ilə məğlub olduqları görüşdə son yarım saatı meydanda olmuşdur. Aouarın valideynləri Əlcəzair vətəndaşlarıdır.
Jak Russo
Jak Russo (fr. Jacques Rousseau; 1683 – 1753) — cenevrəli saatsaz, Fransa krallığının Səfəvi sarayındakı diplomatı və Şah Sultan Hüseynin zərgəri. 1683-cü ildə Cenevrədə dünyaya gəlmişdir. O, 1708-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən Səfəvi imperiyasına diplomatik missiyanın tərkibində göndərilmişdir. O, Səfəvi imperiyasına gəldikdən sonra imperator Şah Sultan Hüseynin zərgəri olmuşdur. Bununla eyni zamanda onun əmisinin oğlu İsaak Russo da İstanbulda Osmanlı imperatoru III Əhmədin (1705–1711) zərgər və saatsazı olaraq çalışmaqda idi. İsaak Russo tanınmış fransalı filosof və maarifçi Jan Jak Russonun atasıdır. Jak Russo Reine de l’Estoile ilə evlənmiş və onların Jan-François Russo adlı oğulları 1738-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası kimi Jan-François Russo da Fransanın bölgədəki diplomatı kimi çalışmış və İranlı Russo kimi tanınmışdır. Onun oğlu Jan-Babtist Russo da Fransanın ilk şərqşünaslarından biri olmuşdur.
Jessy Matador
Cessi Matador (27 oktyabr 1982, Konqo Demokratik Respublikası) - müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Fransanı “Allez! Ola! Olé” mahnısı ilə təmsil etmişdir.
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti (17 may 1966 , Bağdad — 22 iyul 2003 , Mosul) Səddam Hüseynin kiçik oğludur. Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri. O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991-ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı — ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi.
Hüseyn Hüsnü Paşa
Hüseyn Hüsnü Paşa (türk. Hüseyin Hüsnü Paşa) (d. 1856, Artvin - ö. 1926) — Osmanlı ordusunun əsgəri və dövlət xadimi. 31 Mart hadisəsi zamanı Hərəkat ordusunda mühüm rol oynadı. Qısa müddətə Müdafiə Naziri vəzifəsinə təyin edildi. Hüseyn Hüsnü Paşa 1850-ci ildə Artvində dünyaya gəlmişdir. Hərbi məktəbi və Hərbi Akademiyanı bitirmişdir. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsində iştirak etmişdir. Mehmet Əli Paşanın qızı ilə ailə həyatı qurmuşdur.
Büsse
Byusse (fr. Busset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 849 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 547 yaşda olan (15-64 yaş arasında) 422 nəfər iqtisadi fəal, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.3%). Fəal olan 422 nəfərdən 391 nəfəri (215 kişi və 176 qadın), 31 nəfəri işsizdir (17 kişi və 14 qadın). 125 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 50 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Kuşşi
Kuşşi (クッシー, Kusshī) – Hokkaydonun Kuşşaro gölündə yaşadığına inanılan göl bədheybəti. Bədheybətin adı Şotlandiyanın Lox Ness gölündə yaşadığı iddia edilən Nessi bədheybətindən qaynaqlanır. 2009-cu ildə britaniyalı kriptozooloq Karl Şuker gecəyarısı üzən bir insanı öldürən göl bədheybətindən bəhs edən əfsanəyə istinad etmişdi.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Püssi
Püssi (est. Püssi) — Estoniyanın şimali-şərqində, İda-Virumaa bölgəsində şəhər.
Süssa
Süssa (fr. Sussat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03276. 2008-ci ildə əhalinin sayı 103 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər arasında (15-64 yaş) 46 nəfər İqtisadi cəhətdən fəal, 21 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 76.4%). Fəal olan 46 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 6 nəfər işsiz (5 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Şüşşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Həzrəti Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.