Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eşitmək
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması ( İVHK ) dedikdə, qapalı məkanda havanın temperaturu, rütubəti və təmizliyinə nəzarət etmək üçün müxtəlif texnologiyaların istifadəsi mənasını daşıyır. İVHK-nın əsas məqsədi, daxili mühitdə komfort və normalar üzeə qəbuledilən daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sisteminin layihələndirilməsi isə, termodinamika, mayelər mexanikası və istilik ötürülməsi prinsiplərinə əsaslanan mexanika mühəndisliyinin alt sahəsi hesab olunur. İVHK sistemləri, çoxmənzilli binalar, otellər və yaşayış kompleksləri kimi inşaat strukturlarının mühüm hissəsi hesab olunur; buraya göydələnlər və xəstəxanalar kimi orta və böyük sənaye və ofis binaları; avtomobillər, qatarlar, təyyarələr, gəmilər və sualtı qayıqlar kimi nəqliyyat vasitələrini də əlavə etmək mümkündür. Havalandırma və ya ventilyasiya (İVHK-də "V") dedikdə, yüksək daxili hava keyfiyyətini təmin etmək üçün hər hansı bir məkanda havanın dəyişdirilməsi prosesi nəzərdə tutulur. Bu prosesə, temperaturun idarə edilməsi, oksigenin içəriyə vurulması və nəm, qoxular, tüstü, istilik, toz, bakteriyalar, karbon qazı və digər qazlar və havanın daxili mühitdən çıxarılması daxildir. İçərinin havalandırılması, havadakı xoşagəlməz qoxuları və həddindən artıq nəmi aradan qaldırır, xarici havanı zonaya daxil edir, daxili bina havasını dövr etdirir və daxili zonada havanın durğunluğunun qarşısını alır. Binanın havalandırılması üsulları mexaniki/məcburi və təbii növlərə bölünür. == Ümumi baxış == İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılmasının üç əsas funksiyası bir-biri ilə əlaqəlidir və bunun əsas səbəbi, otağın daxilində məqbul quraşdırma, istismar və texniki xidmət xərcləri daxilində rahatlıq və məqbul daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sistemləri həm məişət, həm də kommersiya mühitində istifadə edilə bilər.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Eşitmə
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H. Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S. Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z. Xəlil.
İştirək (Baltas)
İştirək (rus. Иштиряково, başq. Иштирәк) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 201 nəfərdir. Kənd, rayon mərkəzindən 15 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 84 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (73%) və tatarlar (26%) üstünlük təşkil edir.
Corc İstmen
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
Cinsi istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Müvazinət-eşitmə üzvü
Müvazinət-eşitmə üzvü — İnsanlar eşitmə sayəsində özlərinin əmək və ictimai fəaliyyətində bir biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində yaşayırlar. İnsanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. 1000-3000 hers hədlərində insan qulağı maksimal həssalığa malikdir. Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olunmuşdur: daxili qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. Daxili qulaqda eşitmə reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları da yerləşmişdir. Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta qulaq arasında təbil pərdəsi yerləşmişdir. Orta qulaq kiçik kamera şəklindədir.
İstək olarsa (film, 1986)