Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Tişrin
Tişrin sarayı
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Xarun
Xarun — Etrusk mifologiyasında ölülər diyarının əcinnəsidir. Əlində çəkic və ya əlyazma tutmuş insan şəklində təsvir edilirdi. Roma dövründə qladiator döyüşləri zamanı Xarunun maskasını taxmış cəllad arenaya çıxır və ağır yaralanmış qladiatorları öldürürdü. Mifologiya lüğəti. Moskva 1992, səh. 585.
İrqun
İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası "İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat") 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
İzron
İzron (fr. Izeron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38195. Kommunanın 1999-cu il üçün əhalisi 609 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 166 ilə 1440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km qərbdə yerləşir.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
İşxan
İşxan — ad. İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Digər İşxan (titul) — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. İşxan qızılbalığı — qızılbalıqlar fəsiləsinə aid balıq növü.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Durmuşqan (İcrud)
Durmuşqan (fars. دورمشقان‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Eşmun məbədi
Eşmun məbədi (ərəb. معبد أشمون‎) — Finikiya şəfa allahı Eşuma həsr olunmuş qədim ibadət yeri. Bu məbəd Livanın cənub-qərbində Sidon şəhərinin 2 km şimal-şərqində Avali çayının yaxınlığında yerləşir. Olduğu yer E.ə. VII əsrdən eramızın VIII əsrinədək işğal altında olub. Halbuki, şəhərin nüfuzunu bərpa etmək məqsədilə Əhəməni dövründə Sidon kralı II Eşmunazar tərəfindən inşa olunmuş məbəd kompleksi sonrakı illərdə bir neçə Finikiya hökmdarı tərəfindən genişləndirilmişdir.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
İşum
İşum(di-šum, bəzən ì-šum, i-šum-mu) tanrı, ya tanrıların elçisi (nāgir ilī) və ya qulluqçusu (rābiṣu), bələdçisi(ālik maḫrīšu), Babil tanrısı Erranın xələfi, tanrı Nerqalın elçisi. İşum eyni zamanda gecə bələdçisi (dEN.MI.DU.DU, bēlu mūttallik muši) və yolların ağası, sahibi (bēl sūqi, sukkal sūqi) hesab edilir.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Harun Alqayev
Harun Batukayev
Harun Mahmudoviç Batukayev (23 sentyabr 1914, Qroznı, Terek vilayəti – 1999) — ilk peşəkar çeçen rejissoru, Çeçen-İnquş Dram Teatrının baş rejissoru, Cambul şəhərində Rus Regional Dram Teatrının qurucusu, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. Harun Batukayev 23 sentyabr 1914-cü ildə Staraya Sunjada tacir ailəsində anadan olub. İbtidai sinif müəllimləri kurslarını bitirmişdir. Şali kəndində kənd müəllimi olaraq çalışmışdır. Batukayev məktəbdə dram dərnəyi yaratmışdır. Bu dərnəyin uşaqları daim hər cür incəsənət yarışmalarında qalib gəlirdilər. Onda həvəskar rejissor istedadı görüldü və Proletbat klubuna rəhbərlik etmək üçün Qroznıya dəvət edildi. Batukayev tamaşaların mətnlərini və ssenarilərini özü yazıb, səhnədə quruluş vermişdir. Tədricən onun rəhbərlik etdiyi klub populyarlaşdı. Batukayevin potensialını görən şəhər rəhbərliyi onu Moskvaya oxumağa göndərdi.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Imron
Irgun
İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası "İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat") 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.