İSRAR

[ ər. ]
1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid.
Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir.
Rəmziyyə nə qədər danışdısa, Əhməd qəbul etməyib israrında davam etdi. A.Şaiq.
Məhkəmənin israrına görə Molla Xəlil etiraf etdi ki, qadını gözü ilə görməmiş, fəqət qulağı ilə eşitmişdir. S.Hüseyn.

□ İsrar etmək – dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durmaq, dediyindən dönməmək, təkid göstərmək.
[Bəhram:] Pəri!… Elə bil ki, bir qulluqçudur, evdə saxlamısınız, fəqət israr edirsənsə, əlbət ki, sözünü sındırmıram. C.Cabbarlı.
Qadınlar eylədi sözündə israr; Töküb göz yaşını, qıldı ah-zar. H.K.Sanılı.

2. İsrarla şəklində zərf – təkidlə, inadla.
Kimdən şübhələnirsiniz? – deyə jandarm zabiti israrla soruşdu. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSRAR israr bax təkid, höcət
  • İSRAR inad — təkid

Etimologiya

  • İSRAR Ərəbcə “dönməzlik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSRAİLLİLƏR
İSRARLI

Digər lüğətlərdə

безу́мствовать дья́вольщина затяжеле́ть заштормова́ть иконобо́рческий нуга́ беспопо́вец космона́втика нафантази́ровать откра́иваться сельча́нин портупея bedizen chestnut soil corky erodibility fogger foliage high relief hygrology otoscope Shropshire tinner undo однородность