Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdilliya
İdilliya (lat. idyllium; q.yun. εἰδύλλιον – "kiçik şəkil", είδος – "şəkil" sözünün kiçiltməsi) — ilk növbədə qədim Romada kənd həyatı mövzusunda kiçik şeir. Sonralar Bizansda εἰδύλλιον sözü sxoliastlar tərəfindən istifadə edilmiş və onlar Teokritin yazılarından bəzi hissələri şərh etmişlər. Tarixi və ədəbi baxımdan "idilliya" termininin mənası əsasən "pastoral" və "bukolika" ilə kəsişir. Buradakı fərq "idilliya"nın çoban həyatı ilə məhdudlaşmayan, pastoral janrın ayrıca poetik əsəri adlandırılmasında özünü göstərir. Müasir dövrdə bu dar məna bulanıqlaşır və bir-birini sevən cütlüyün dinc həyatından (Qoqolun "Qədim torpaq sahibləri" əsəri) və ya ümumiyyətlə kəndli deyil, dinc patriarxal həyatından bəhs edən əsərlər çox vaxt idilliya adlanır. Идиллия // Литературная энциклопедия терминов и понятий / Под ред. А. Н. Николюкина. — Институт научной информации по общественным наукам РАН: Интелвак, 2001.
Mantinealı Diotima
Mantinealı Diotimanın Arkadya da bir rahibə olduğu hesab edilməktədir. Platonun Şölən adlı diyaloqunda keçməktədir və Sokratın müəlliməsi olduğu bildirilir. Bu cür bir şəxsin olub olmadığı bir tapmacaya dönmüşdür. Ancaq Antik yazıçıların onun varlığından şübhə etmədikləri deyilə bilər. Platon, Diotimanun ağzından, Erosu izah edər və onu "gözəllik sevgisi" mənasında təsvir edərək eşqi ucaldar.