Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Bahar Əfşari
Bahar Əfşar (5 iyul 1984, Şahrud, Simnan ostanı) — İranda yaşayan azərbaycanlı teatr və kino aktrisası. == Həyatı == Bahar Kian Əfşar 1984-cü ildə Simnan ostanının Şahrud şəhərində anadan olub. Bahar Kian Əfşar daha çox 2012-ci ildə çəkilən "Günahkarlar" filmindəki Asiman obrazı ilə tanınır.
Bell iflici
Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Masaci Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Neandertal insanı
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca "homo sapiens" növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar "homo sapiens neandertalensis" adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: "homo sapiens neandertalises"in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Piltdaun insanı
Piltdaun insanı (ing. Piltdown Man) – XX əsrin ən məşhur mistifikasiyalarından biridir. Sümük fraqmentləri (kəllə və alt çənə sümüyü) 1912-ci ildə İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Piltdaun çınqıllı karyerdə aşkar olunmuş və insan-meymun arasında təkamül etmiş naməlum ibtidai insanın daşlaşmış qalıqları kimi nümayiş olunmuşdur. Tapılmış qalıqlar uzun müddət mübahisə obyektinə çevrilmişdir.Lakin 1953-cü ildə tapılmış qalıqların müasir insanın tam inkişaf etmiş kəllə sümüyünün oranqutanın alt çənə sümüyünə yapışdırılması sübut olunmuşdur. 18 dekabr 2012-ci ildə “piltdaun insanı”nın sirrinin 100 illiyi olmuş və bu hadisə ilə əlaqədar London Geologiya Cəmiyyətində xüsusi konfrans keçirilmişdir.. Bu konfransda tarixçilər, geoloqlar və antropoloqlar həm tapıntı, həm də yeni texnologiyalar vasitəsilə piltdaun insanının analizləri üzrə işlərin bərpası ilə əlaqədar müasir alimlərin mübahisəli baxışlarını müzakirə etsələr də, sonda məhz bu saxtakarlığın məhz kim tərəfindən və hansı motivdə edilməsi dəqiq müəyyənləşməmişdir.. Tədqiqatların hələ də aparılmasına baxmayaraq, alimlər 15 nəfərin bu saxtakarlıqda iştirak etdiklərini tapdıqlarını bildirirlər. Şübhəli bilinənlər arasında məşhur ingilis yazarı Artur Konan Doyldan sümükləri ilk aşkar etmiş adi həvəskar arxeoloq Çarlz Dousona kimi şəxslər vardır.. 15 fevral 1912-ci il tarixində Britaniya muzeyinin geologiya şöbəsinin baxıcısı Artur Smit Vudvord həvəskar arxeoloq Çarlz Dousondan məktub alır. Douson məktubunda Piltaunda yerləşən çınqıllı karyerdə insanabənzər varlığın kəllə sümüyünün bir hissəsini tapması haqda məlumat vermişdir.
Vitruvius insanı
Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır. Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir. Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir.
İş insanı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Yuxu iflici
Yuxu iflici — insanın adətən yuxuya getmə və ya oyanma prosesində iflic yaşadığı müvəqqəti vəziyyət. Yuxu iflici zamanı fərd şüurlu olur və ətrafdakılardan xəbərdar olur, lakin öz iradəsi ilə bədənlərini hərəkət etdirə bilmir. Bu, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və tez-tez sinə üzərində təzyiq hissi, nəfəs almaqda çətinlik, çarəsizlik, qorxu hissi ilə müşayiət olunur. Yuxu iflici yaşayan insanlar tez-tez eşitmə, vizual və toxunma duyğuları da daxil olmaqla müxtəlif duyğu üsullarını əhatə edə bilən parlaq və sıx halüsinasiyalar yaşayırlar. Fərdlər qəribə səslər, pıçıltılar, ayaq səsləri və ya reallıqda olmayan digər səsləri eşidə bilər. Bəzi insanlar "başqa dünyaya aid" və ya narahatedici hiss edən səslər və ya söhbətlər eşitdiklərini bildirir, ətraflarında müxtəlif varlıqları, fiqurları və ya obyektləri gördüyünü xəbər verirlər. Bu, vizual halüsinasiyalar çox vaxt kölgəli, təhdidedici və ya sürreal olaraq təsvir edilir. Bəzi fərdlər isə çarpayısının üstündə üzmək, uçmaq və ya havaya qalxmaq hisslərini yaşayır, görünməyən bir qüvvə tərəfindən toxunulduğunu, tutulduğunu və ya sıxıldığını hiss edirlər. Bəzi hallarda fərdlər qoxu və ya dadla bağlı halüsinasiyalar bildirə bilər, baxmayaraq ki, bu hal çox nadir baş verir. Yuxu iflicinin şizofreniya ilə birbaşa əlaqəsi yoxdur və müstəqil bir xəstəlik deyil, normal yuxu fenomeni hesab olunur.
İşçi
İşçi — Əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək faəliyyətinə cəlb edilən şəxs.
İsalı (Gədəbəy)
İsalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. İsalı oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarında Qazax qəzasının Qıraq Salahlı kəndindən İsa adlı şəxs bir qrup ailə ilə birlikdə Gədəbəyə qaçmış və Qızıltorpaq adlı yerdə məskunlaşmışdı. Bir qədər sonra oraya köçürülən ruslar Saratovka və İvanovka kəndlərini yaratdılar. İsa isə öz övladları ilə oranı tərk edərək indiki kəndin ərazisində məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdı. Kəndin əhalisinin böyük əksəriyyəti İsanın oğullarının nəsilləridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 337 nəfər əhali yaşayır.
İsalı (Urmiya)
İsalı (fars. عيسي لو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (21 ailə).
İşani Senanayake
Aşk İnsanı Değiştirir
Aşk İnsanı Değiştirir — Yıldız Tilbənin 2009-cü ildə çıxardığı 13-cü albomu.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
Saçi Kaqava
Saçi Kaqava — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. İşçi sinif İzafi dəyər Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.