Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İkindi namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır. == Qılınma qaydası == 1-ci rükət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə Təşəhhüd 3-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah". === Təkbir: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə İxlas surəsi oxumaq. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
İkiqai
İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Mauro İkardi
Mauro İkardi (19 fevral 1993[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Qalatasaray FK klubunun hücumçusu. == Həyatı == İcardi 1993-cü il fevral ayının 19-da doğulmuşdur.
İkinci Alxasova
Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun Alxasava kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır. == Toponimikası == Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi. == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
İkinci Alyanlı
İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
İkinci Alıbəyli
İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. == Tarixi == Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
İkinci Aratkənd
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. == Tarixi == Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.
İkinci Ağalı
İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir. == Tarixi == Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. == Əhalisi == İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. == İqtisadiyyatı == Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
İkinci Bəyazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Dimetoka, Osmanlı imperiyası – 26 may 1512, İstanbul) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. == Şahzadəlik dönəmi == II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
İkinci Cabanı
İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin ilk adı Cabanı olmuşdur, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877-1926) şərəfinə Dzerjinovka adlandırılmışdı. Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün). == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
İkinci Dördyol
İkinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Dərəşam
İkinci Dərəşam — Babək rayonunun Nehrəm inzibati ərazi vahidində qəsəbə. Araz çayı dərəsindədir. Yaşayış məntəqəsi 1964-cu ildə Dərəşam dəmir yolu platforması yanında salınmış və eyniadlı kənddən fərqləndirmək üçün İkinci Dərəşam adlandırılmışdır.
İkinci Hacallı
İkinci Hacallı (əvvəlki adı: Hacıalılı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Hacıalılı kəndi İkinci Hacallı kəndi adlandırılmışdır.
İkinci Mahmud
İkinci Mahmud (əsl adı: Ağakişiyev Mahmud İsmayıl oğlu; 30 may 1986, Qazax rayonu – 6 iyul 2019, Bakı) — yazıçı, esseist, publisist. == Həyatı == Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud 1986-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd orta məktəbini bitirmişdir. Bakı Dövlət Universitetində filologiya (bakalavr, 2003–2007) və türkologiya (magistr, 2008–2011) üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Ankara şəhərində yerləşən Bilkənd Universitetində Türk dili və ədəbiyyatı üzrə kurs keçmişdir. === Yaradıcılığı === 2013-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir. Ümid arası adlı hekayəsi alman dilinə tərcümə edilmişdir. Özü isə Artur Şopenhauer, Alber Kamü, Umberto Eko, Çak Palanik, Viktor Pelevin, Nodar Dumbadze, Haruki Murakami kimi müəlliflərin bir-neçə esse və hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir. Synaps Library layihəsinin ideya müəlliflərində biridir.
İkinci Mahmudlu
İkinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı Mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə ikinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi Mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1.831 nəfər əhali yaşayır.
İkinci Meyniman
İkinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Meyniman kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Şirvan düzündədir. Keçmiş adı Binə Meyniman olmuşdur. Yaşayış məntəqəsi Meyniman (indiki Birinci Meyniman) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 435 nəfər əhali yaşayır.
İkinci Milli
İkinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir. 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.
İkinci Muğanlı
İkinci Muğanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
İkinci Məşrutiyyət
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi. Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar. == Bərpaolunma == İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı. Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir. == Birinci dövr, 1908 == Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.