1. Birincidən sonra gələn. İkinci sinif. İkinci cərgə. Kitabın ikinci cildi.
– [Qəhrəman:] İkinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi.
Birinci addımda lovğalananlar; İkinci addımda yıxılacaqdır.
2. Keyfiyyətcə birincidən aşağı. İkinci növ çay. İkinci dərəcəli kayut. İkinci dərəcəli mal.
3. Ən əsas (ən mühüm, ən vacib) hesab edilməyən. İkinci planda duran məsələ. O biri məsələlər ikinci plana keçirildi.
// Əsas olmayan, köməkçi partiyanı ifa edən. İkinci skripka. İkinci rollarda çıxış etmək.
4. Əsası, birincini əvəz edən. İkinci vətən.
– İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım.
Ögey saymayırdı əsla özünü; Sevirdi ikinci anasını da.