Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlanvari danaayağı
Dracunculus vulgaris (lat. Dracunculus vulgaris) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin dracunculus cinsinə aid bitki növü.
İlanvari qırxbuğum
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
İlanlar
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kərtənkələyəbənzər ilanlar
Kərtənkələyəbənzər ilanlar (lat. Malpolon) — Lamprophiidae sinfinə aid ilan cinsi. Bədəninin uzunluğu 180 sm təşkil edir. Cins iki növə bölünür: Malpolon insignitus Malpolon monspessulanus — Kərtənkələyəbənzər ilan Malpolon insignitus Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və Rusiyanın cənub hissəsində yayılmışdır. Malpolon cinsinə əvvəllər Şimali Afrika və Ərəbistan yarımadasında yayılan Ərəb kərtənkələyəbənzər ilanı (Rhagerhis moilensis), Rhagerhis cinsinə daxil edilmişdir.
Pişik ilanlar
Pişik ilanlar (lat. Telescopus) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bədəninin uzunluğu 80–180 sm-dir. Kiçik sürünənlər və quşlarla, əsasən kərtənkələlərlə qidalanır. Zəhərli ilanlar qrupuna aiddir. Şikarını zəhəri ilə zərərsizləşdirir. Bəzi növlərinin zəhəri insan üçün təhlükəlidir. Əsasən Afrika, Avropa və Asiya ərazilərində yayılmışdır.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuva qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıq ərazilərdə yuva qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qidalanırlar.
Zınqırovlu ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır.
Çökükbaş ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır.
İbtidai ilanlar
İbtidai ilanlar (lat. Henophidia) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid ilan fəsiləüstü.
Aşağı İlanqara (Maku)
Aşağı İlanqara (fars. ايلان قره سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (18 ailə).
Yuxarı İlanqara (Maku)
Yuxarı İlanqara (fars. ايلان قره علي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (11 ailə).
İlanbaşı
İlanbaşı (lat. Dracocephalum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Cephaloma Neck. Dracontocephalium Hassk. Fedtschenkiella Kudr. Moldavica Fabr. Ruyschia Fabr. Ruyschiana Mill.
Avstriya ilanbaşı
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Bütövyarpaq ilanbaşı
Bütövyarpaq ilanbaşı (lat. Dracocephalum integrifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dracontocephalum integrifolium (Bunge) St.-Lag. Ruyschiana integrifolia (Bunge) House === Heterotipik sinonimləri === Dracocephalum integrifolium var.
Moldaviya ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Şotlandiya klanları
Klanlar — Müştəri-patron münasibətlərinə və ortaq bir ataya sahib olma xəyalına əsaslanan daxili patriarxal quruluşa sahib Şotlandiya qəbilə icmaları. Klanlar, Şotlandiya xanədanlığını və gerblərini idarə edən Lion Məhkəməsi tərəfindən tanınan rəsmi bir quruluşa sahibdir. Şotlandlar arasında müəyyən bir klana mənsubiyyətin fərqli bir əlaməti, hər bir klanın (sözdə tartan) xarakterik xüsusiyyətinə sahib bir kəlmədir (indi kilt). Tarixən tartan naxışları, toxucuları adətən bu ərazilərdə üstünlük verilən kumaş dizaynlarını istehsal edən Aranlar və Yaylalarla əlaqələndirilmişdir. Klan sözü (ing. clan, qal. clann) qal mənşəlidir və "nəsil" kimi tərcümə olunur. Klan sistemi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiya lordlarının əhalidən "mülklərinin təmizlənməsi" nəticəsində məhv edildi.
Moldova ilanbaşı
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.
Mərkəzi Asiya klanları
Mərkəzi Asiyanın klanları regional və tayfa birlikləri əsasında formalaşmış siyasi qruplaşmalardır. Klanlar hakimiyyətdə və ya onun hansısa bir qolunda nəzarəti ələ keçirmək uğrunda mübarizə aparırlar. Qırğızıstan hökumətində təsirə malik olan 3 klan qrupları mövcuddur: “Onq” və yaxud “sağ”, “Sol” və “İçkilik”. “Sol” qruplaşması şimali və qərbi Qırğızıstanla bağlı olan, 1930-cu illərdə Sovet Qırğızıstanını idarə etmiş Sarıbaqış və Buquu klanlarının da daxil olduğu 7 klandan ibarətdir. Stalinin hakimiyyəti dövründən etibarən qırğız siyasi liderlər Sarıbaqış klanının nümayəndələri olmuşlar. Bu klan öz təsir gücündən 1990-cı ildə Qırğızıstan Kommunist Partiyasının Katibi vəzifəsinə namizəd olan cənublu Absamat Masaliyevin deyil, onun əvəzinə Əsgər Akayevin keçməsinin təmin edilməsində istifadə etmişdi. 2005-ci il inqilabına qədər bu şəbəkə maliyyə, daxili işlər, xarici işlər nazirlikləri, dövlət təhlükəsizliyi orqanlarında nəzarətə malik olmuşdur. “Onq” qrupu isə bircə klandan, cənubdan olan Adıgine klanından ibarətdir. Həmçinin “İçkilik” də cənub qruplaşmasına aiddir, lakin, bu klan üzvləri etnik tərkib etibarı ilə qırğız deyillər. Özbəkistandakı ən güclü qruplaşma ənənəvi olaraq Daxili İşlər Nazirliyini təsiri altında saxlayan, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun da üzv olduğu Səmərqənd klanıdır.