Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Ümumi məlumat == Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Çilgəz
Çilgəz (dağ) — Laçın və Kəlbəcər rayonları ərazisində dağ. Hündürlüyü 2362 m. Çilgəz (bulaq) — Laçın rayonu ərazisində, Çilgəz dağının ətəyində mineral bulaqlar. Adını eyniadlı dağdan almışdır.
Ülgən
İlmə
Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır. == İlmə növləri == İlmə iki hissədən ibarətdir: 1. Düyün hissəsi 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)).İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər. İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir. == İlmə sıxlığı == Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir. Bunu hesablamaq üçün xalçanın 1 m²-də olan ərişlərin sıxlığını tapıb, onu həmin sahədəki arğacların sıxlığına vurmaq lazımdır.
İlçə
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur.Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
Bilgə Təkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. == Adı və ilkin həyatı == Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi.
Bilgəh bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bilgəh məscidi
Bilgəh məscidi və ya Leyla xanım məscidi — Abşeronda Şirvanşahlar dövrünə aid məscid. == Haqqında == Məscid-Leyla Xanım ziyarətgahı Bakının Bilgəh kəndindədir.VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub. II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib. Əsas ibadət zalının sahəsi 12x12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir.
Bilgəh qalası
== Bilgəh qalası == Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. == Tarixi == Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir.Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10-20 manat arasında dəyişir.Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Henle ilgəyi
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. == İstinadlar == == Mənbələr == Prof.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. == Həyatı == Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb . İlk, orta və lisey təhsilini İskəndərunda tamamladı, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftə içi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı.İlk kitabı Kamala Eren Qadınlar fevral 2009 , ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu.Evli olan İlgün iki uşaq anasıdır.
Çilgəz (dağ)
Çilgəz — Azərbaycan Respublikası Laçın və Kəlbəcər rayonunun ərazisində dağ. Çilgəz dağı Mıxtökən silsiləsinin şərq hissəsində zirvədir. Hündürlüyü 2362 m. Toponim cil/cil (sucaq yer, bataqlıq) və gəz (gədiyin ən alcaq yeri, dağ belində aşırım) sözlərindən düzəlib, "ətəyində sucaq yer, bulaq olan aşırım" mənasındadır. Dağın ətəyində, Laçın rayonu ərazisində eyniadlı bulaqlar var.
Çilgəz dağı
Çilgəz — Azərbaycan Respublikası Laçın və Kəlbəcər rayonunun ərazisində dağ. Çilgəz dağı Mıxtökən silsiləsinin şərq hissəsində zirvədir. Hündürlüyü 2362 m. Toponim cil/cil (sucaq yer, bataqlıq) və gəz (gədiyin ən alcaq yeri, dağ belində aşırım) sözlərindən düzəlib, "ətəyində sucaq yer, bulaq olan aşırım" mənasındadır. Dağın ətəyində, Laçın rayonu ərazisində eyniadlı bulaqlar var.
İlbər Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
İlgiz Aytmatov
İlgiz Törökül oğlu Aytmatov (qırğ. Илгиз Төрөкул уулу Айтматов; 8 fevral 1931, Bişkek) — SSRİ və Qırğızıstan alimi, texnika elmləri doktoru (1985), professor (1991), Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki (1989). Beynəlxalq Mühəndislik Akademiyasının və bir sıra digər akademiyaların üzvü. Elm və texnika sahəsində SSRİ (1989) və Qırğızıstan SSR Dövlət mükafatları laureatı. Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti (1990–1993) və Qırğızıstan Milli Elmlər Akademiyasının Süxurların Fizikası və Mexanikası İnstitutunun direktoru, 2005-ci ildən bu institutun direktorluğunun müşaviri. Bişkekin fəxri sakini. == Əsərləri == Тампонирование обводненных горных пород в шахтном строительстве. М., 1972; Современные проблемы механики скальных пород в гидро-энергетическом строительстве. М., 1985; Управление горным давлением на рудниках и шахтах Киргизии. Ф., 1979; Геомеханика рудных месторождений Средней Азии.
İlkər Ayrık
İlkər Ayrık (19 oktyabr 1979, Balıkəsir ili, Türkiyə) — Türk aktyoru, aparıcı və rejissor. == Həyatı == İlkər Ayrık 16 oktyabr 1979-cu ikdə Balıkəsirdə dünyaya gəldi. Müjdat Gəzən Sənət Mərkəzi Universitetinə qəbul oldu və teatr bölməsindən məzun oldu. 2005–2006-cı sezonunda Aykut Taşkın ilə birlikdə Pervasız Teatrını qurdu. 2008-ci ildə Doanın Yallah klipində oynayıb. 2007–2009-cu sezonunda Cimri oyunu ilə Kənd Aktyorlarına qatıldı. Teatr aktyorluğundan başqa 2002-ci ildən bəri bir neçə kinoteatr, teleserial və reklam çalışmaları etdi. Kıvanç Tatlıtuğ ilə bir neçə dəfə Akbank reklamında oynayıb. Çaqqallarla Rəqs filmində "Mühasibatçı Sərvət" olaraq bilinir. Uzun bir vaxt Səksənlər teleserialında Çağatay obrazını canlandırmışdır.
İlkər Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
İllig xaqan
İllig xaqan (𐰃𐰞𐰞𐰃𐰏𐰴𐰍𐰣) — Şərqi Göytürk xaqanlığının son müstəqil xaqanı. Yami xaqanın kiçik oğu idi. Anası isə Tuyuhun xalqından Poşi (婆施) idi. Əsl adı Topi idi. Atasının dövründə Külüg Tarxan (胡祿達官) tərbiyəsinə verilmiş, Bağa Çor şad titulu almışdı. == İlk dövrləri == 620-ci ildə, qardaşı Çula xaqanın ölümündən sonra taxta çıxmışdı. İlk işi Tan sülaləsinə hücum etmək oldu. Qardaşıoğlu Yuşe şada 10.000 əsgər verib Linçjounu mühasirəyə göndərmişdi. Həmçinin Şibi xaqanın oğlu Tolis xana şərq torpaqlarını verərək özünə müttəfiq yaratdı. == 621-624 müharibəsi == 621-622ci illərdə Yanmeni mühasirəyə almış və yağmaları artırmışdı.
Alget
Məscidli Görarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Meçidli Gorarxı" adlandırırlar. Meçidli Gorarxinda meçid olduğu üçün belə adlandırılar. Həmçinin "Qanlı Gorarxı" adı ilə də tanınmışdır. == Əhalisi == 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Ülgen
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. == Göstəriciləri == Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
İlğım
İlğım — dünya dillərinin böyük qismində bu hadisə fr. mirage olaraq işlədilir. Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur == Təsnifat == İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür. === Aşağı ilğım === Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır. === Yuxarı ilğım === Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.
1840-cı illər
1840-cı illər — Qriqori təqvimində 1840-cı il yanvarın 1-də başlayan və 1849-cu il dekabrın 31-də bitən onillikdir.
1850-ci illər
1850-ci illər — Qriqori təqvimində 1850-ci il yanvarın 1-də başlayan və 1859-cu il dekabrın 31-də bitən onillikdir.
1880-ci illər
1880-ci illər — Qriqori təqvimində 1880-ci il yanvarın 1-də başlayan və 1889-cu il dekabrın 31-də bitən onillikdir.
1890-cı illər
1890-cı illər — Qriqori təqvimində 1890-cı il yanvarın 1-də başlayan və 1899-cu il dekabrın 31-də bitən onillikdir.
IGES
IGES<ay-ces> (en. Initial Graphics Exchange Specification) – kompüter qrafikası faylının, Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən bəyənilmiş standart formatı; xüsusən, avtomatlaşdırılmış layihələndirmə (CAD) proqramları ilə yaradılmış modellərin təsvir edilməsi üçün münasibdir. IGES, CAD məsələlərinə uyğun olaraq, rəsmlərin təsvir olunması və onlara annotasiya verilməsi, diaqramların işlənib hazırlanması üsullarını təklif edir. Bura əsas həndəsi formaların (primitivlərin) geniş çeşidləri, eləcə də strukturların annotasiya və təyin olunması vasitələri daxildir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == IGES 5.3 (ANSI-1996) Arxivləşdirilib 2012-08-21 at the Wayback Machine in PDF from US Product Data Association (USPRO) IGES 5.x Preservation Society Arxivləşdirilib 2017-05-24 at the Wayback Machine has sample IGES files for testing translators "A General Description of IGES". National Institute of Standards and Technology. 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
İlek
İlek ve ya Ellak (Qədim türkcə (hunca): İlig — padşah, hökmdar; yun. Έλλακ; 425, Avropa Hun İmperiyası[d] – 454, Pannoniya) — Avropa Hunlarının 12-ci xaqanı, Atillanın oğlu və varisi. Nedao Müharibəsində öldürülmüşdür. Yerinə vəliəhdi və qardaşı Dengizik Xan keçmişdir.
İlçe
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur.Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
Ilex
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. == Əsas növləri == Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Anna İlleş
Anna İlleş (d. 21 fevral 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Anna İlleş, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Bilgen Bengü
Bilgen Bengü (1957, İstanbul) — Türk musiqiçi.
Bilqeş (Askın)
Bilqeş (başq. Билгеш, rus. Бильгиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 33 km, kənd sovetliyindən (Kaşka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 133 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100 %) üstünlük təşkil edir.