İLLƏT

is. [ ər. ]
1. Xəstəlik, azar.
Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani.
Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi.
[Qurban:] Məsələ küləkdə deyil, professor, görünür, o qəndil ağaclarının özündə bir illət var. Ə.Məmmədxanlı.

// Cismani nöqsan, qüsur.
[Şeyx Mərvan:] İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. H.Cavid.

2. Bir şeyə səbəb olan hal, əsil səbəb. Ucuzdur, var illəti; Bahadır, var hikməti. ( Ata. sözü ).
Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə, gərəkdir dürüst təhqiq və tədqiq oluna. F.Köçərli.
Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. S.S.Axundov.

3. Məqsəd, arzu, niyyət.
Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı).
Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İLLƏT illət bax 1. xəstəlik; 2. arzu
  • İLLƏT səbəb
  • İLLƏT xəstəlik — azar
  • İLLƏT məqsəd — arzu — niyyət

Etimologiya

  • İLLƏT Ərəbcə “xəstəlik” (kompleks) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İLLƏRLƏ
İLLƏTLİ

Digər lüğətlərdə

евангели́стка кукурузово́д натуши́ть натюрмо́рт неблестя́щий обре́зок припа́ивание тролль фи́нно-угрове́дение щели́стый дуали́ст померца́ть сапёрный штампо́вщица березозол козобан attenuation begin deep cultivator horse laugh Kyrie eleison roast serpentinous малопоместительный разомкнутый