Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnadkar qonşu
İnadkar qonşu (ing. "Importunate Neighbour", və ya ing. "Parable of the Friend at Night") britaniyalı rəssam Vilyam Holman Hant tərəfindən 1895-ci ildə çəkilmişdir və hazırda rəsm Avstraliyada yerləşən Viktoriya milli qalereyasında sərgilənir. Rəsmdəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur. Onun gözləməkdən başqa çarəsi yoxdur.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. Əliquliyev R..
Ayako İnada
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
İnadkarın ram edilməsi (film, 1967)
"İnadkarın ram edilməsi" (ing. The Taming Of The Shrew) — rejissor Franko Zeffirellinin Uilyam Şekspirin 16-cı əsrdə İtaliyada iki güclü iradəli insanın görüşməsi haqqında pyesinə əsaslanan romantik komediya filmidir. "İnadkarın ram edilməsi" — 1967-ci ildə Franko Zeffirelli tərəfindən çəkilmiş, Uilyam Şekspirin 16-cı əsrdə İtaliyada iki güclü iradəli insanın görüşməsi haqqında pyesinə əsaslanan romantik komediya filmidir. Filmdə Kate rolunda Elizabeth Taylor (o da prodüserdir) və hər ikisi aktyorluqlarına görə BAFTA Mükafatlarına namizəd olan Petruçio rolunda Riçard Burton rol alırlar. İkinci rollarda Cyril Cusack, Michael Hordern, Michael York və Victor Spinetti var. 27 fevral 1967-ci ildə Kral Film Tamaşasının premyerası oldu. 40-cı Akademiya Mükafatlarında film Ən Yaxşı Kostyum Dizaynı və Ən Yaxşı İncəsənət Rejissoru - Set Dekorasiyası nominasiyalarına namizəd oldu. Burton Ən Yaxşı Aktyor - Komediya və ya Musiqili üzrə Qızıl Qlobus Mükafatına, film isə Ən Yaxşı Kino Film - Komediya və ya Musiqili nominasiyasında namizəd oldu. Burton və Taylor da BAFTA nominasiyaları aldılar. Bu, Zeffirelli, ardınca 1968-ci ildə Romeo və Cülyetta və 1990-cı ildə Hamletin çəkdiyi üç Şekspir film adaptasiyasından biri idi.
İnadkarın ram edilməsi (film, 1980)
"İnadkarın ram edilməsi" (it. Il Bisbetico Domato) — rejissor Kastellano və Pipolonun filmi. Baş rollarda Adriano Çelentano və Ornella Muti. Film italyan kəndi Ravinyanoda, Portofino şəhərinin yaxınlığında çəkilib. Elia qırx yaşlıözündən çox əmin olan bekar, qadınlara kobud münasibət bəsləyən fermerdir. Amma bu bütün canlılara olan sevgisinə mane olmur. Yağışlı bir gecə, onun evinin qapısını Lisa Silvestri adlı gözəl qız gecələməyə Eliadan xahiş edir. Evində heç kəsin yaşamadığı ilə maraqlanan Lisa Eliaya müxtəlif olaraq onu inadkarlığını ram etməyə çalışır. Fermerin çətin xarakteri, qəribə formada təcrübəli və ərköyün şəhərli Lizanın çox xoşuna gəlir. O hətta öz rəfiqəsi Renata ilə Eliaya malik olması üçün mübahisəyə düşür.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.