KOTİ

(Salyan)
kobud, inadkar, tərs. – Səyyad koti adamdı, onı başa salmağ çətindi
KO:TƏPPƏ
KOTQALAMAX
OBASTAN VİKİ
Rene Koti
Rene Koti (fr.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Kotic Medi-Klinik
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Kotilozavrlar
Kotilozavrlar — nəsli kəsilmiş ən qədim və primitiv sürünənlər yarımsinfi. Daş kömür dövrünün ortalarından Trias dövrünədək yaşamışlar. Kotilozavrların əksəriyyəti amfibiyalardan irsən keçən çoxlu primitiv əlamətləri saxlamışlar: əmgək dəliyi yaxşı inkişaf etmiş kəlləsində gicgah çuxurları yox idi; damaq dişləri, ikiqat əyilmiş fəqərələri, çox qısa boyun hissəsi, qısa və iri ətraf sümükləri və s. olmuşdur. Kotilozavrların qalıqları Şimali Amerika, Çənubi Afrikada və Avropada tapılmışdır.
Marion Kotiyar
Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975, Paris, Fransa) — fransız teatr, televiziya və kino aktrisası. == Həyatı == === Uşaqlığı === Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır. Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur.
Panthera pardus kotiya
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Kotirovka
Kotirovka (fr. coter, "sitat") — maliyyə aktivinin satıcı və ya alıcı tərəfindən elan edilən və alqı-satqı etməyə hazır olduğu cari qiyməti (təklif olunur). Adətən mübadilə qiyməti kimi nisbətən sürətlə dəyişən qiymətə aiddir. Maliyyə aktivinin növündən asılı olaraq kotirovka valyuta məzənnəsi, qiymətli kağızın dəyəri, kreditin faiz dərəcəsi, mal və ya xammalın qiyməti adlandırıla bilər . Bəzən kotirovka almaq və ya satmaq təklifinin qiyməti deyil, yalnız bağlanmış əqdin qiyməti hesab olunur. Birjalarda qiymətlər xüsusi kotirovka komissiyası (komitə) tərəfindən qeydə alınır və onları malların topdansatış qiymətləri, qiymətli kağızların və xarici valyutaların məzənnələri haqqında xüsusi birja bülletenlərində dərc etdirir. Adətən birja sessiyasının açılış və bağlanış qiymətləri, günün maksimum və minimum qiyməti dərc olunur. Belə nəşrlər "rəsmi sitatlar" adlanır. Kotirovkalar hərracda yaranan bazar şərtlərini, tələb və təklifin nisbətini əks etdirir. Kotirovkalar qiymətli kağızlara və valyutalara sahib olan müxtəlif şirkətlər tərəfindən maliyyə əməliyyatları apararkən, habelə xammal və ya mal ehtiyatlarının balanslaşdırılması üçün istifadə olunur.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır.1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür. 2005-ci ilin aprel ayında Kotil Türkiyənin aviaşirkətin baş direktoru vəzifəsinə təyin edilmişdir.