Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnci
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
İncə
İncə (Şəki)
Ayça İnci
Ayça İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == Ayçin İnci 30 aprel 1978-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Hələ liseydə oxuduğu zamanlarda bir çox klip və reklamlarda çəkilmişdi. İstanbul şəhərində yerləşən ali məktəblərdən biri olan Müjdat Gezen Sanat Merkezi ali məktəbini bitirmişdir. O, burada 4 il müddətində kino, musiqi və teatr təhsili almışdır. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayça İncinin bacısı Ayçin İnci də aktrisadır.
Ayçin İnci
Ayçin İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == Ayçin İnci 3 may 1980-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. 1997-ci ildə İstanbulda Üsküdar liseyini bitirdi. Şahika Tekand Oyunculuk Atölyesi məzunudur. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayçin İncinin bacısı Ayça İnci də aktrisadır. Ayçin İnci 2007-ci ildə Türkiyənin məşhur aktyorlarından biri Ahmet Mümtaz Taylan ilə evlənsə də 2012-ci ildə ondan boşanmışdır. == Maraqlı faktlar == Ayçin İncinin anketi: Boyu: 172 sm Çəkisi: 56 kq Gözlərinin rəngi: açıq qəhvəyi == Karyerası == === Bədii filmləri === === TV serialları === === Teatr tamaşaları === "Evridekenin Çığlığı" "Aşk Her Yerde" - Harriet Coplant == Mənbə == Sinematurk.com: Ayçin İnci Sinemalar.com: Ayçin inci biografisi Sinemalar.com: Ayçin İnci Filmografi Myeskisehir.com: Mor Menekşeler Dizisi Oyuncuları Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine Diziler.com: Ayçin İnci dizileri Kimdir.com: Ayçin İnci Kimdir?
Bilal İnci
Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır.
Munck İnci
Munck inci (Münci İnci) (1940-cı il, Van – 24 sentyabr, 2015-ci il, İstanbul) - Türkiyə iş adamı, vəkil. == Həyatı == Vanda 1940-cı ildə doğulan İnci , ilk , orta və lisey təhsilini burada tamamladıqdan sonra 1958-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində təhsilinə davam etdi . 1963-cü ildə məzun olan İnci , ehtiyat subaylığını 1971-1972'de hərbi prokuror olaraq tamamladıqdan sonra İstanbulda vəkillik peşəsini davam etdirdi . Ticarət və sənaye investisiyalarına , vəkillik mesleğiyle birlikdə davam edən Munck İnci , 1991-ci ildə ilk dəfə Fırtına adlı hüquq məzmunlu jurnalı nəşr həyatına soxaraq media həyatına başladı . İnci , sonrasında qurduğu həftəlik və aylıq 10-u aşan iqtisadiyyat , xəbər məzmunlu jurnal və gündəlik bir qəzetin olduğu İntermedya nəşr kuruluşuyla media həyatında iştirak etdi .
Məhərrəm İncə
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. == Həyatı == 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İnci Xatun
İnci Xatun — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı. == Həyatı == Doğum tarixi məlum deyil. Ancaq 1407-ci ildə doğulan bacısı Səlcuq Xatundan yaşca böyük olduğu bilinir. Həyatı haqqında yetərli məlumat olmayan İnci Xatun, siyasi məqsədlərlə Qaramanoğlu Ələddin Əli bəyin oğlu Nəsrəddin Mehmed bəylə evləndirilmişdir. Üstəlik Nəsrəddin Mehmed bəy Sultan Muradın qızı Nəfisə Xatunun oğlu idi. İnci Xatunun bu evlilikdən övladları olsa da, adları bilinmir. Evləndiyi əsnada Nəsrəddin Mehmed bəyin artıq 4 oğlu var idi: Mahmud, Əli, İsa və İbrahim. Ancaq xronoloji olaraq bunlardan heç biri İnci Xatundan dünyaya gəlməmişdir. Buna baxmayaraq ögey oğullarını bacılarıyla evləndirərək Osmanlı-Qaramanoğlu münasibətlərinin yaxşılaşmasında mühüm rol oynadı.
İnci xanım
İnci xanım (ö. 5 sentyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ilk xanımı. == Həyatı == Əsli və doğum tarixi məlum deyil. Ancaq 6 yaşında kölə olaraq satın alınaraq Mehmed Əli Paşanın qızı Xədicə Nazlı xanımın xidmətinə alındığı bilinir. Uzun qızılı saçlı və mülayim xasiyyətli bu qız daha sonralar paşanın oğlu Səid Paşanın hərəminə daxil oldu. Cütlüyün övladı olmasa da, Səid Paşa ona dərin məhəbbətlə bağlı idi. Üstəlik o, Avropasayağı həyat tərzini mənimsəyən və bütün Misirdə bunu tədbiq etməyə çalışan Səid Paşanın istədiyi ideal konsort kraliça standartlarına uyğun idi. Osmanlı və Avropa dövlətlərindən gələn diplomatları və xanımlarını qarşılanma mərasimlərində iştirak etməyə başlayan İnci xanım onlara qarşı mülayim və nəzakətli davranırdı. Bu xasiyyəti ilə qısa zamanda Misirdə və bütün Avropa dövlətlərində "Səid Paşanın sevimli xanımı" olaraq tanınmağa başlandı. Onun haqqındakı bir çox məlumat da məhz onunla söhbət edib qəbulunda olan Avropalı diplomat və səyyahların xatirələrindən alınmışdır.
İncu xaqan
İncu xaqan (真珠可汗) və ya İncu Bilgə xaqan (真珠毗伽可汗) — Müstəqil Seyanto xanlığının ilk hökmdarı. Əsl adı Yinan (夷男) idi. İdi xaqanın nəvəsi idi. == Göytürk xaqanlığı tərkibində == Nə vaxt doğulduğu bilinmir. İllig xaqanın hakimiyyəti altında 70.000 çadırlıq Seyanto xalqına rəhbərlik edirdi. 627-ci Teleləri toplayaraq Seyanto, Uyğur və Bayırqu xalqlarının üsyanını başladan Yinan əvvəlcə sərt münasibətlə üzləşdi. İllig xaqanın öz oğlu Yükük şadın rəhbərliyi altında göndərdiyi 400.000 nəfərlik orduya cəmi 5000 nəfər süvari ilə qalib gələn Uyğur iltəbəri Yağlakar Pusa (菩萨) və 4 ayrı Göytürk sərkərdəsini məğlub edən İnan İllig xaqanın Çinə qarşı müharibəsində ikinci cəbhəni açmış oldu. Tolis xan da Seyantolara məğlub olub Tan sülaləsinə sığınandan sonra, İnan 628-ci ildə Tan imperatoru Taiçonq tərəfindən xaqan olaraq tanındı. Bu xəbəri ona Çin sərkərdəsi Kyao Şivanq (喬師望) çatdırdı. Ona Uyğur və Bayırqulardan başqa Ediz (阿跌), Tonqra (同羅), Bügüt (僕骨) və Hsi (霫) tayfaları tabe olmuşdular.
İncə (Meşkinşəhr)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
İncə (Nir)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (23 ailə).
İncə (Sayınqala)
İncə (fars. ‎اينچه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (41 ailə).
İncə (Çaharduli)
İncə (fars. اينچه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Çaharduli dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
İncə (Şəki)
İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
İncə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İncə dərəsi
İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə. Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır. İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. == Etimologiya == İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır. == Tarixi == Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
İncə nahiyəsi
İncə nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə == Kəndlər == 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə == Kəndlər == Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Dellycan, Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Aöcakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu, Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı, İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala.Qazax sultanlığı nın nahiyəsi == İstinadlar == “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə (1728) “Tiflis əyalətinin müfəssəl dəftəri” (Borçalı və Qazax).
Muharrem İnce
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. == Həyatı == 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İncə (Duzluca)
İncə — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Nine Inch Nails
Nine Inch Nails (qisaca NIN) — 1988-də ABŞ-də qurulmuş indastrial rok qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur. == Haqqında == 1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir. 1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur.
Aşağı İncə (Çaldıran)
Aşağı İncə (fars. اينچه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (25 ailə).
Qafqazyanı inci çiçәyi
Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir.Gövdəsi çiçək oxu şəklindədir. == Yarpaq == Gövdə yarpaqları 2-3 ədəd olmaqla uzun saplaqda yerləşmişdir, enli-elliptik formadan uzanmış uzunsov-neştərvari formayadək dəyişəndir, ən aşağıda yerləşmiş yarpaqlar ağ qın şəklindədir. == Çiçək == Çiçək salxımı boş olub, birtərəflidir, 6-20 ədəd çiçəkdən ibarətdir; pərdəşəkilli çiçək altlığının qoltuğundan çıxan çiçək saplağı qövsşəkilli-bükülmüşdür, əyilmiş şəkildədir. == Meyvə == Meyvəsi qırmızı giləmeyvədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyun == Azərbaycanda yayılması == KQ (şimal) == Yaşayış mühiti == Dağ meşələrində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman bitkisidir.Dekorativ və efir yağlı bitkidir. Zəhərlidir.
İnçə (Göyçay)
İnçə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən şərqdə,Yuxarı Şirvan kanalının sağ sahilində, İsmayıllı – Müsüslü avtomobil yolu üzərində, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == İncə oyk, sadə. Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri qıpçaqların əncə tayfa adı ilə bağlıdır.İnçə toponimi XI – XII əsrlərdə Şimalı Qafqazda yaşamış qədim qədim qıpçaq tayfalarından biri olan əncə / incə tayfasının adı ilə bağlıdır. “İncə” sözü bir qayda olaraq kiçik çaylara verilən addır. İncələr XIII əsrin birinci yarısında bəzi qıpçaqların tərkibində Azərbaycana gəlmişdir. Yerli əhali İncə adını çox zaman İnçə formasında tələffüz edir.
Apple Inc.
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Macbook, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-də 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.