İnci Xatun — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı.[1][2][3]
İnci Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Atası | Çələbi Mehmed |
Həyat yoldaşı | II Mehmed bəy Qaramanoğlu |
Doğum tarixi məlum deyil. Ancaq 1407-ci ildə doğulan bacısı Səlcuq Xatundan yaşca böyük olduğu bilinir. Həyatı haqqında yetərli məlumat olmayan İnci Xatun, siyasi məqsədlərlə Qaramanoğlu Ələddin Əli bəyin oğlu Nəsrəddin Mehmed bəylə evləndirilmişdir. Üstəlik Nəsrəddin Mehmed bəy Sultan Muradın qızı Nəfisə Xatunun oğlu idi.
İnci Xatunun bu evlilikdən övladları olsa da, adları bilinmir. Evləndiyi əsnada Nəsrəddin Mehmed bəyin artıq 4 oğlu var idi: Mahmud, Əli, İsa və İbrahim. Ancaq xronoloji olaraq bunlardan heç biri İnci Xatundan dünyaya gəlməmişdir. Buna baxmayaraq ögey oğullarını bacılarıyla evləndirərək Osmanlı-Qaramanoğlu münasibətlərinin yaxşılaşmasında mühüm rol oynadı.
Ölüm tarixi və məzar yeri məlum deyil.