Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnikas
İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyəti. "İnikas" sözü ərəbmənşəli olub "əks olunmaq" mənasını daşıyır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: İnikas; Qıcıqlandırma; Hisslik; Psixi inikas; İnikasın şüurlu forması. Ümumiyyətlə, materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: Mexaniki; Fiziki; Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır.
İnfitar Surəsi
82-ci surə əl-İnfitar (Parçalanma) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surənin adı ilk ayətdə işlənən infitar sözündən götürülmüşdür.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. RPN or DAL?
İnikas anlayışı
İnikas nəzəriyyəsi
İnikas nəzəriyyəsi Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: · İnikas; · Qıcıqlandırma; · Hisslik; · Psixi inikas; · İnikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: · Mexaniki; · Fiziki; · Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: · Qıcıq; · Hissslik; · Psixi inikas.