İnikas

1) əks olunma, eyni; 2) təsvir olunma, eyni çıxarılma; 3) riyaziyyatın əsas anlayışlarından biri; 4) bir yerə dəyib geri qayıtma, əksetmə; surətin şüşəyə, suya ya başqa parlaq bir şeyə dəyib orada əks olunması; 5) xarici aləmin surətlər şəklində xəyalımızda canlanması.
İnfrastruktur
İnkar
OBASTAN VİKİ
İnikas anlayışı
İnikas nəzəriyyəsi
İnikas nəzəriyyəsi Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: · İnikas; · Qıcıqlandırma; · Hisslik; · Psixi inikas; · İnikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: · Mexaniki; · Fiziki; · Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: · Qıcıq; · Hissslik; · Psixi inikas.

Digər lüğətlərdə