Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnforq
İnforq və ya informasiya orqanizmi — infosferada mövcud olan informasiyadan ibarət olan, informasiyanın təcəssümü olan orqanizm. İnformasiya ilə bağlı olaraq təcəssüm olunmuş bu orqanizmlərə təbii agentlər də deyilir. İnforqlar Lusiano Floridi tərəfindən infosferanı təşkil edən obyektləri təsvir etmək üçün istifadə edilmişdir. Sözün istifadəsi "müstəqil və unikal varlıqlar"ı deyil, informasiyadan ibarət olan orqanizmləri təsvir edir. İnforqların bu təsviri onların infosferada süni agentlərlə yanaşı təbii agentlər kimi mövcud olmasına imkan verir. İnforqlar hibrid agentin bir hissəsi ola bilər, məsələn, rəqəmsal kameralar, mobil telefonlar, planşetlər və notbuklar kimi rəqəmsal cihazları olan bir ailədir. Norbert Viner orqanizmləri davamlı Şannon informasiyasının nümunələri ilə müəyyən edilmiş varlıqlar kimi təsvir edir. Klod Şennonun adını daşıyan Şennon informasiyası təbiət və elm qanunları ilə manipulyasiya olunmağa imkan yaradan informasiyaları fiziki aləmdə yerləşdirir. Beləliklə, inforqlar maddə, enerji və Şennon informasiyasından ibarətdir. İnforqlar və Şennon informasiyasının komponentini dəstəkləyən bir təcrübə məlumatların saxlanması üçün bir vasitə kimi DNT-nin istifadəsidir.
Amblyseius indirae
Amblyseius indirae (lat. Amblyseius indirae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İnfitar Surəsi
82-ci surə əl-İnfitar (Parçalanma) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surənin adı ilk ayətdə işlənən infitar sözündən götürülmüşdür.
İnşiqaq surəsi
84-cü surə
İnşirah Surəsi
94-cü surə
İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub. 1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışıb. 1992–1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993–1995 və 1998–1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999–2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000–2001) vəzifələrində işləmişdir. Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001–2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006–2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008–2021) vəzifələrində çalışıb. İndira Hacıyeva 1984–1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986–1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988–1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. İndira Hacıyeva bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında altıncı sırada olmuşdur.
İndira Qandi
İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur. İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu. O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi.
İndira Radiç
İndira Radiç (serb. Индира Радић 14 iyun 1966, Doboy) — Serb pop xalq müğənnisi. Serbiyalı Şakira olaraq anılır. İndira Subotiç Bosniyanın Doboy şəhərinin yaxınlığındakı Draqalovtsi kəndində Bosniya serblərinin ailəsində anadan olmuşdur. Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Kiçik yaşlarından valideynləri onun müğənni istedadını fərq etdilər, buna görə də çox kiçik yaşlarından İndira bir çox musiqi yarışmasında iştirak edir. Məktəbi bitirdikdən sonra doğma məmləkətindəki tibb kollecinə daxil olur. Üç il Zaqrebdəki Stoyanoviç Mladen xəstəxanasında tibb bacısı kimi çalışır və 90-cı illərin əvvəllərində Serbiyaya köçür. 2011-ci ilin dekabr ayında İndira Şərq, şimal, cənub və qərb adlı on beşinci yubiley albomunu buraxdı. Albomda İndira həmkarı Stanko Marinkoviç ilə duetdə fransızca səsləndirdiyi Mariya da daxil olmaqla 17 yeni mahnı daxil idi.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
İndira burnu
İndira burnu, Piqlamion (hind. इंदिरा पाइंट) — Böyük Nikobar adasının cənubunda yerləşən burun. Hindistanın ən cənub nöqtəsidir. Burun Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Buna qədər isə Piqlamion adlandırılırdı. Sumatra adasından şimal-qərbdə yerləşir. Burunun sahilində 35 metrlik mayak inşa edilmişdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsi zamanı burunun sahili okean dibinə gömülmüş və mayak yarıya qədər suytun altında qalmışdır. Bəzi mütəxəsislər oean sahilinin bərpa olunacağını iddia edirlər.
Səniyə İnşirah Qadınəfəndi
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Səniyə İnşirah xanım
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
İndira Qandi Beynəlxalq Hava Limanı
İndira Qandi Beynəlxalq Hava Limanı (IATA: DEL, ICAO: VIDP) — Hindistanın ən böyük hava limanlarından biridir. Dehli şəhərindən 16 km aralıda yerləşir. 2009-cu ildən ölkənin ən işlək və ən çox beynəlxalq sərinişin daşıması olan hava limanıdır. Yük daşımalarına görə isə ölkədə ikinci yeri tutur. 25 yanvar 1970-ci ildə Nepal Hava Yollarına məxsus Fokker F27-200 tipli təyyarə Nepalın Katmandu şəhərindən hərəkətə başlamış, lakin əlverişsiz hava səbəbi ilə Palam Hava Limanına enməli olmuşdu. Eniş vaxtı pilot idarəetməni itirmiş və nəticədə qəza olmuşdu. Qəza nəticəsində 5 ekipaj və 18 sərnişindən yalnız bir nəfər xəsarət almış, ölən olmamışdı. 14 iyun 1972-ci ildə Yaponiya Hava Yollarına məxsus təyyarə 471 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanına eniş vaxtı qəzaya uğramışdır. Nəticədə 76 sərnişindən 72-si, 11 ekipaj üzvündən 10-u həmçinin 3 nəfər də yerdə ölmüşdü. 31 may 1973-cü ildə Hindistan Hava Yollarına məxsus təyyarə 440 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanı eniş vaxtı qəzaya uğramışdır.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.