Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miconia innata
Miconia innata (lat. Miconia innata) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Erigeron ingae
Erigeron ingae (lat. Erigeron ingae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
İvate prefekturası
İvate prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 15 279 kvadrat kilometr, əhalisi 1 332 000 nəfərdir. Mərkəzi Morioka şəhəridir.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Nate Diaz
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Nate Dogg
Nataniyel Daveyn Heyl (Nate Dogg kimi tanınır, 19 avqust 1969, Lonq-Biç, Kaliforniya – 15 mart 2011, Lonq-Biç, Kaliforniya) — G-Funk müğənnisi və şou-biznes xadimi. Nate Dogg, solo layihələri ilə deyil, ən böyük uğurunu digər reperlərlə ilə əməkdaşlıq etməklə qazanıb. 1998: "G-Funk Classics, Vol.
Rudolf Mate
Rudolf Mate (ing. Rudolph Mate; 21 yanvar 1898[…], Krakov, Sisleytaniya – 27 oktyabr 1964, Hollivud, Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — polyak mənşəli ABŞ kinorejissor və kinooperatoru. Rudolf Mate (Mayer) 1898-ci ildə Krakovda yəhudi ailəsində anadan olmuşdur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlamış, daha sonra isə bir sıra Avropa ölkələrinə getmiş, alman rejissoru Karl Froynd ilə əməkdaşlıq etmişdir. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olur. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), 300 spartalı (1962) filmləri olmuşdur.
Yerba mate
İnma Kuesta
Inma Kuesta (isp. Inma Cuesta; d. 25 iyun 1980, Valensiya) — İspaniya aktrisası.
Qabor Mate
Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt) — macar əsilli kanadalı terapevt və yazıçı. == Elmi fəaliyyəti == Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP, asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir. Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır. Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu. O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır. Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir. 2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.
İvate Sunami Memorial Muzeyi
İvate Sunami Memorial Muzeyi (東日本大震災津波伝承館) – Yaponiyanın İvate prefekturasının Rikuzentakata şəhərində yerləşən muzey. 2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeyin rəsmi adı 26 mart 2018-ci ildə açıqlanmışdır. Açılışı 22 sentyabr 2019-cu ildə baş tutmuşdur. 2024-cü ildə muzey 1 milyonuncu ziyarətçisini qəbul etmişdir. Muzey binası Takata Matsubara Memorial Parkının ərazisində yerləşir. Parkın ərazisində sunami nəticəsində su altında qalmış üçmərtəbəli Kesen liseyinin binası, Xatirə meydanı, eləcə də "Möcüzə şamı" adlandırılan şam ağacı yerləşir. Sunamidən öncə ərazidə 70.000 şam ağacı olsa da, ancaq bir şam ağacı sunami nəticəsində yıxılmamışdır. Möcüzə şamı hadisədən bir il sonra ölsə də, parkda nümayiş olunur. Muzey binası ikimərtəbəlidir.
Zemërimi i Një Nate
Zemërimi i Një Nate (One Night's Anger) — (Azərbaycanca: Bir Gecəlik Qəzəb) Albaniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
INOGATE
INOGATE Proqramı Avropa İttifaqı (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı Proqramıdır. Proqram 1996-cı ildən fəaliyyət göstərir. İNOGATE Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biridir. 2006-cı ilədək Proqram TACIS Regional Əməkdaşlıq Proqramı tərəfindən, 2007-ci ildən etibarən isə Proqram Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) – Şərqi Regional İndikativ Proqramı 2007–2010 və 2010–2013-cü illər çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən maliyyəlləşdirilməkdədir. EuropeAid bu proqrama AQTA və İnkişaf Əməkdaşlığı Aləti vasitəsilə dəstək göstərir. == Mənşəyi == INOGATE 1995-ci ildə Neft və Qazın Avropaya Dövlətlərarası Nəqlinə (INterstate Oil and GAs Transportation to Europe) Avropa İttifaqının dəstək mexanizmi kimi başladılmışdır (Bu səbəbdən adını akronimdən almaqdadır). İlkin mərhələdə Proqram Şərqi Avropa və Qafqazlardan Avropa İttifaqına uzanan neft və qaz boru kəmərlərinin fəaliyyəti ilə bağlı olmuşdur. 2001-ci ildə Kiyevdə 21 ölkə tərəfindən boru kəmərlərinin inkişafı və möhkəmləndirilməsi sahəsində əməkdaşlığa dair "Çərçivə Sazişi" imzalanmışdır. Bundan sonra 2004-cü ildə Azərbaycanın paytaxtı Bakıda və 2006-cı ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Konfranslarla INOGATE Aİ və keçmiş Sovetlər İttifaqı ölkələri (Rusiya Federasiyası və Baltik Dövlətləri xaric və Türkiyə daxil olmaqla) arasında geniş enerji tərəfdaşlığı alətinə çevrilmiş və fəaliyyətlərini dörd istiqamət üzrə cəmləmişdir: • Enerji təhlükəsizliyinin artırılması • Aİ-nın daxili enerji bazarının prinsipləri əsasında üzv ölkələrin enerji bazarlarının yaxınlaşdırılması • Dayanıqlı enerji inkişafının dəstəklənməsi • Ümumi və regional maraqlara cavab verən enerji layihələrinə investisiyaların cəlb olunması. == Tərəfdaş ölkələr == INOGATE Proqramının Tərəfdaş ölkələri aşağıdakılardır: Türkiyə INOGATE Proqramının Tərəfdaş ölkəsi qismində çıxış edir və mütəmadi olaraq INOGATE iclaslarında iştirak etməyə dəvət edilir, lakin Türkiyə bu proqramda benefisiar ölkə deyildir.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
İnarə Quliyeva
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994) İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib. O, bir sıra bədii filimlərdə çəkilib.
İzmarə-i Süfla (Germi)
İzmarə-i Süfla (fars. اظماره سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (11 ailə).
İzmarə-i Ülya (Germi)
İzmarə-i Ülya (fars. اظماره عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 800 nəfər yaşayır (171 ailə).