Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsulin
İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur. == İnsulin dərmanının vurulduğu nahiyyələr == İnsulin dərialtına vurulur. İnsulin vurmaq üçün ən münasib nahiyyələr kürəyin altı, budun ön tərəfi, qarın divarının yan tərəfidir. Bu yerlərin dərisi yaxşı bükülür və qan damarlarını, sinirləri və sümük üstlüyünü zədələmir. İnsulinin təsiri onun vurulduğu yerdən çox aslıdır. İnsulin qarın və dərialtı sahəsinə vurulduqda onun 90 %-i asanlıqla qana sorulur və tez bir zamanda təsir göstərməyə başlayır. Buda vurulduqda onun ancaq 70 %-i qana sorulur və insulin ləng təsir göstərir. Kürəyin altına insulin vurulduqda, dozanın 30 %-i qana keçir və çox ləng təsir göstərir. == İnsulin şprisləri və xüsusiyyətləri == İnsulin vurmaq üçün işlədilən Şprislər Rusiyada və xarici ölkələrdə istehsal olunur.
İnsult
İnsult — beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar.İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Risk faktorları == Arterial hipertoniya, şəkərli diabet, ateroskleroz, UİX, səyirici aritmiya, qan xəstəlikləri, siqaret çəkmə, alkoqol qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, per oral kontraseptivlərin qəbulu, qocalıq, kişi cinsi, genetik meyillik, afro-amerikan irqə mənsubluq. == Hemorragik insult == Hemorragik insult — serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır.
Artemisia insulana
Artemisia insulana (lat. Artemisia insulana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Robert Minnulin
Robert Minnulin (tatar. Роберт Мөгаллим улы Миңнуллин; 1 avqust 1948 – 27 mart 2020, Kazan) — Sovet və rus, tatar şairi, jurnalist və siyasətçi. == Bioqrafiyası == 1 avqust 1948-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının İleş rayonunun Şammetovo kəndində anadan olmuşdur. 1966–68-ci illərdə İleş rayon qəzetinin (BMSSR) ədəbi işçisi kimi çalışıb. 1973-cü ildə Kazan Dövlət Universitetini bitirib. 1973–77-ci illərdə universiteti bitirdikdən sonra, "Yaş Leninçi" qəzetinin müxbiri olur. 1977–83-cü illərdə "Kazan utları" jurnalının redaksiyasında çalışır. Şöbənin redaktoru, sonra məsul katib işləyir. 1979-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olur. 1983–86-cı illərdə Tatar televiziyasının baş redaktoru olur.
Yuri Nikulin
Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[…], Demidov, Smolensk quberniyası[d] – 21 avqust 1997, Moskva) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973). == Həyatı == Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
İnqalin AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. == Texniki təsviri == İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
Hemorragik insult
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Təsnifat == === XBT-10 üzrə təsnifat === I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları === Etiopatogenetik təsnifat === Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. == Patofiziologiya == Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
İnsanın anatomiyası
İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir ( "morfo" - forma, "logos" - elm).
İnsanın dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan.İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər – hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir. Dişlərin anatomiyası stomatologiyada müxtəlif istiqamətlərdən olan mütəxəssislərin müalicə strategiyasının seçiminə xidmət edir. Dişlər ağız boşluğunda çənələrin alveolyar çıxıntılarında yerləşir və möhkəm struktura malikdirlər, qidanın ilkin mexaniki emalında və həmçinin danışığın formalaşmasında iştirak edirlər.
İnsanın ekologiyası
Ekologiya - insanın aləmdə tutuduğu yeri, rolu və fəaliyyəti haqında elmdir. == İnsan ekologiyası == İnsan və ətraf aləmin qarşılıqlı təsirinin qanunauyğun dərk edilməsinə istiqamətlənən elmdir. Bu qarşılıqlı əlaqələrin və fəaliyyətin dərk edilməsi və öyrənilməsi, insanın yaşayış mühitinin yaxşılaşdırılmasına, cəmiyyətdə baş verən proseslərin optimal və səmərəli olmasına kpmək etməlidir. Müasir mərhələdə insan ekologiyasının elmi müddəaları aşağıdakılardan ibarətdir: İnsan və bəşəriyyət əks reaksiya doğuran ətraf mühitin təsiredici amilləri altında olur. Ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri həm müsbət, həm mənfi ola bilər. Xarici mühit amillərinin insan sağlamlığına, onun psixoloji halına, soial vəziyyətinə, demoqrafik göstəricilərə və s. təsirinin nəticəsi birbaşa və ya çox illərdən sonra özünü göstərə bilər. Xarici mühit amillərindən müdafiə, sivilizasiya zirehinin, süni yaşayış mühitinin yaradılması mütləq digər neqativ amillərin yaranmasına gətirib çıxarır. Texniki tərəqqi, insanları təbiətin neqativ təsirindən müdafiə edərək, eyni zamanda insana təsir göstərən neqativ amillərin sayının artmasına səbəb olur. Dəyişkən xarici mühit şəraitində insanın yaşamsı üçün, bu şəraitə adaptasiya olmaq lazımdır.
İnsanın kəlləsi
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. == Kəllənin əmələgəlmə mərhələləri == Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. == Kəllənin şöbələri == Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr - tikişlər vasitəsilə birləşmiş olurlar.
İnsanın təkamülü
İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.[mənbə göstərin]İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur. İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır.
İnsanın inkişafı
İnsanın inkişafı — insan orqanizminin inkişafı və yetkinləşməsi prosesində onun strukturunda (morfologiyasında) və fəaliyyətində baş verən dəyişikliklər. Digər orqanizmlərdə olduğu kimi, bura embrion (döl) inkişafı - mayalanmadan doğuşa qədər və post-embrional inkişaf daxildir . Bəzən insan inkişafı çərçivəsində yalnız postembrional inkişaf nəzərdə tutulur . İnsanın inkişafı qeyri-bərabər şəkildə baş verir, o, tədricən kəmiyyət dəyişikliklərinin və keyfiyyət sıçrayışlarının uzun dövrlərini əhatə edir. İnkişaf prosesində morfoloji və funksional dəyişikliklər bir-birinə bağlıdır: yeni funksiyaların formalaşmasının əsasında müxtəlif orqanların strukturunda yaranan ağırlaşmalar dayanır. Fərqli bədən sistemləri eyni vaxtda olmayan və fərqli sürətlə inkişaf edir (heteroxroniya). == İnkişaf dövrləri == Tibbi baxımdan yaş dövrləşdirilməsi orqanizmin yaşa uyğun anatomik və fizioloji xüsusiyyətlərinə əsaslanır. Uşaqlığın dövrləşdirilməsi üçün uşağa qulluq və tərbiyənin xüsusiyyətləri ilə əlaqəli ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsi nəzərə alınır. Aşağıdakı şərti bioloji yaş dövrləri ayırd edilir : === Uşaqlarda yaş dövrləri === Çağalıq dövrü (neonatal dövr) — ilk 4 həftə Südəmərlik dövrü: 4 həftədən 1 yaşa qədər. Bu zaman uşağın bədəni aktiv şəkildə inkişaf edir, ölçüsü 1,5-2 dəfə artır və eyni zamanda bədən çəkisi də artır.
İnsanın seksuallığı
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu. Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir . == İnsan seksuallığının komponentləri == İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir: bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu; gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi; gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış; seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya); cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi .Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir. Demək olar ki, hər bir tarixi dövr və mədəniyyətdə incəsənət, o cümlədən ədəbi və təsviri incəsənət, eləcə də populyar mədəniyyətcinsiyyətə ictimai baxışlara mühüm töhfələr vermişdir.
İşutin dərnəyi
İşutin dərnəyi — ziyalı qruplarının sui-qəsdi vasitəsilə kəndli inqilabı hazırlamağı qarşıya məqsəd qoymuş gizli inqilabi təşkilat; 1863-cü ilin sentyabrında N.A.İşutin yaratmışdı. Görkəmli nümayəndələri N.A.İşutin, P.D.Yermolov, D.V.Karakozov və başqaları idi. Dərnəyin üzvləri 1864-cü ilin dekabrında Y.Dombrovskinin həbsxanadan qaçırılmasında iştirak etmişdilər. İşutinçilər utopik sosializmi təbliğ edir, xalqa yaxınlaşmağa çalışırdılar (pulsuz məktəb və s.). Sonralar İşutin dərnəyində sui-qəsdçilik, terrorçuluq meylləri daha da güclənmişdi. 1865-1866-cı illərdə işutinçilər N.Q.Çernışevskini katorqadan qaçırmağa cəhd göstərmişdilər. Karakozovun çar II Aleksandra müvəffəqiyyətsiz sui-qəsdindən (4 aprel 1866) sonra təşkilatın üzvlərinin xeyli hissəsi cəzalandırıldı.
İnsanın immunçatışmazlığı virusu
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
İnsanın seksual davranışı
İnsanın seksual fəaliyyəti — insanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.) qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər. Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur.
İnsanın seksual fəaliyyəti
İnsanın seksual fəaliyyəti — insanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.) qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər. Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur.
İnsanın tənəffüs sistemi
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə  toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə  hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır.
İnsanın meymundan yaranması
"İnsan meymundan yaranıb" tezisi Çarlz Darvin və darvinistlərlə əlaqəli məşhur bir tezisdir, lakin ondan əvvəl Jorj-Lui Lekler de Büffon tərəfindən də ifadə edilmişdi. Ç.Darvin daha konkret olaraq insanın Köhnə Dünyanın qədim meymunlarından törədiyini və dar burunlu meymunlar qrupuna aid olduğunu yazmışdır. Darvinin tezisi paleontologiya və genetikanın müasir məlumatlarına uyğundur. Populyar fikir belədir ki, “insan meymundan əmələ gəlməyib – insanla meymunun ortaq əcdadı olub”. Bu ifadənin yanlışlığı ondan ibarətdir ki, həm insanın özü, həm də onun müasir meymunlarla sonuncu ortaq əcdadı bu alt sıra daxilində Meymunlar (lat. Haplorhini) və Hominidlər ailəsinə (lat. Hominidae) mənsubdur. Meymunlar və ya "quru burunlu" primatlar (lat. Haplorhini) həm Homo sapiens növlərini, həm də onun bir sıra nəsli kəsilmiş əcdadlarını əhatə edən məməlilər sinfinin primatlar dəstəsinin alt sırasıdır. İnsanlara ən yaxın olan müasir bioloji növlər şimpanze (lat.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. == Haqqında == === Quruluşu === İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.
İnsan insanın canavarıdır
"İnsan insanın canavarıdır " (lat. Homo homini lupus est) — həddindən artıq eqoizm, düşmənçilik və antaqonizmin üstünlük təşkil etdiyi insan münasibətlərini və əxlaqını xarakterizə etmək üçün istifadə olunur. Son dərəcə eqoist bir insanın sarkastik təsviri deməkdir. Bir insanın başqa bir insana qarşı etdiyi çirkin hərəkətləri müzakirə edərkən istifadə olunur. İfadənin ilk qeydinə qədim Roma dramaturqu Plavtın (e.ə. III-II) “Uzunqulaqlar” (lat. Asinaria) komediyasında rast gəlinir. Bunun əksinə olaraq Seneka yazırdı ki, “İnsan insan üçün müqəddəs bir şeydir”. Hər iki aforizmdən Tomas Hobbs özünün “De Cive” (1651) əsərində istifadə etmişdir: “Qərəzsiz danışmaq üçün hər iki söz doğrudur; insan insan üçün bir növ Tanrıdır və insanları bir-biri ilə müqayisə etsək, insanın insan üçün canavar olduğu da doğrudur; ikincisi, əgər şəhərləri müqayisə etsək daha doğrudur”. Hobbsun müşahidələri öz növbəsində insanların təbiətcə eqoist olduğunu iddia edən Plavtla səsləşir.
İnsanın konstitusiya-hüquqi statusu
İnsanın konstitusiya-hüquqi statusu — konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqların, habelə müəyyən edilmiş öhdəliklərin məcmusu. Müasir demokratik ölkələrdə bir şəxsin konstitusiya vəziyyətinin əsas prinsipləri bunlardır: insan hüquq və azadlıqlarının toxunulmazlığı, insan hüquq və azadlıqlarının həyata keçirilməsində azadlığı, təmin edilmiş hüquq və azadlıqları, bərabərlik, birlik və insan hüquqları, azadlıq və vəzifələrin qarşılıqlı əlaqəsi. == İstinadlar == == Xarici keçidlər == А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева. Конституционно-правовой статус человека // Большой юридический словарь. — Инфра-М. М. 2003.