İNSULİ́N

[ lat. ] əcz. Heyvanların mədəaltı vəzilərindən alınan hormon (orqanizmdə karbohidrat mübadiləsində iştirak edir).
[Həkim:] Diabetsən; Özünlə insulin götür; Hara getsən. R.Rza.

İNSTRUMENTÓVKA
İNSULT
OBASTAN VİKİ
İnsulin
İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur. İnsulin dərialtına vurulur. İnsulin vurmaq üçün ən münasib nahiyyələr kürəyin altı, budun ön tərəfi, qarın divarının yan tərəfidir. Bu yerlərin dərisi yaxşı bükülür və qan damarlarını, sinirləri və sümük üstlüyünü zədələmir. İnsulinin təsiri onun vurulduğu yerdən çox aslıdır. İnsulin qarın və dərialtı sahəsinə vurulduqda onun 90 %-i asanlıqla qana sorulur və tez bir zamanda təsir göstərməyə başlayır. Buda vurulduqda onun ancaq 70 %-i qana sorulur və insulin ləng təsir göstərir. Kürəyin altına insulin vurulduqda, dozanın 30 %-i qana keçir və çox ləng təsir göstərir. İnsulin vurmaq üçün işlədilən Şprislər Rusiyada və xarici ölkələrdə istehsal olunur.
İnsulinomalar
İnsulinomalar — Mədəaltı vəzi travmaları adacıqlarının B tipli hüceyrələrindən təşkil olunmuş şişlərdir və əksər hallarda hormonal aktivlik göstərərək aşırı insulin sintezinə və hipoqlikemik krizlərə səbəb olurlar. Adacıq şişləri arasında ən çox rast gələni və xoşxassəli ehtimalı (90%) ən yüksək olanı insulinomalardır.

Digər lüğətlərdə