Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslandca
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İslandlar
İslandlar (isl. Íslendingar) — əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Onlardan təminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-də, 15 mini Danimarkada, 3 700 nəfər isə Norveçdə yaşayır. İsland dilində danışırlar. Dini baxımdan islandlar protestantdırlar (lüteran), buna baxmayaraq, ənənəvi inanclarını qoruyub saxlayıblar.
Filander
Filander (lat. Thylogale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Ksander Skinner
Ksander Skinner (d. 18 mart 1998) — Namibiyalı üzgüçü. Ksander Skinner Namibiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ksander Skinner birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sander Paavo
Sander Paavo (d. 27 avqust 1998) — Estoniyalı üzgüçü. Sander Paavo Estoniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sander Paavo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:00:05.8 saniyəlik nəticə ilə 53-cü yeri tutdu və yarışı başa vurdu.
Sander lucioperca
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
Sander marinus
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. == Yayılması == Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Sander vitreus
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Sander volgensis
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. == Yayılması == Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
İsland dili
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İsgəndər
İsgəndər — kişi adı.
İskəndər
İskəndər (roman)
Böyük İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə.
Böyük İskəndər

Elman İsgəndər
Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri. == Həyatı == Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir. 1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. == Ailəsi == Evlidir, 2 övladı var. == Elmi Fəaliyyəti == 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ildə dosent diplomu almışdır.
Fazil İsgəndər
Fazil Abduloviç İsgəndər (abxazca Фазиль Абдул-иҧа Искандер); 6 mart 1929-cu il, Suxumi, Abxaziya, ZSFSR, SSRİ — 31 iyul 2016-cı il, Peredelkino, Moskva, Rusiya) — İran-abxaz əsilli Rusiya yazıçısı, prozaik, şair. == Yaradıcılığı == === Şeirləri === Горные тропы. Стихи. Сухуми, 1957. Доброта земли. Стихи. Сухуми, 1959. Зелёный дождь. М., 1960. Дети Черноморья.
III İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə.
IV İsgəndər
IV İsgəndər (yun. Ἀλέξανδρος Δ΄; e.ə. 323, Babil – e.ə. 309, Makedoniya İmperiyası) — Makedoniyalı İsgəndər və Roksananın yeganə oğlu. == Doğumu == Atasının vaxtsız ölümündən sonra Perdikkasın qəyyumluğu ilə hələ ana bətnində hakimiyyəti qəbul olunmuşdu. E.ə. 323-cü ildə doğulması və cinsiyyətinin kişi olduğunun məlum olmasından sonra hakimiyyəti rəsmən tanındı. == Hakimiyyəti == Pardikkasın 3 il sonra öldürülməsindən sonra yeni qəyyum kimi Antipater seçildi. Antipater Asiya və İranı Selevkə, Misiri isə Ptolomeyə satraplıq kimi verdi. Lakin sonrakı il özü də öldü və oğlu Kassandrın yerinə Poliperxonu qəyyum kimi vəsiyyət etdi.
Kiçik İsgəndər
'Derman İskender Över ya da tanındığı adı Kiçik İskender (28 may 1964, İstanbul – 2 iyul 2019, İstanbul) — Türkiyəli şair, tənqidçi. == Həyatı == 1964-cü ildə İstanbulda anadan olub. Kabataş Oğlanlar Məktəbini bitirdikdən sonra İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultesinə daxil olub, lakin sonuncu kursda olarkən universiteti tərk edib. Sonra İstanbul Universiteti sosiologiya ixtisası üzrə təhsil almağa başlayıb, üç il sonra bu ixtisası da yarımçıq qoyub. 1980-ci illərdəb bu günə kimi müxtəlif mətbu orqanlarda şeirləri, tənqidi və araşdırma məqalələri dərc olunub. Ilk şeiri Milliyət Gənc Sənət Dərgisində İskender Över adı ilə derc olunub. Peşəkar olaraq 1985-ci ildə Adam Sənət Dərgisində şeirləri dər olunmağa başlandı. == Aktyorluq peşəsi == Kiçik İskender Mustafa Altıokların çəkdiyi iki filmdə rol alıb (1997-ci ildə "Ağır roman" və 2003-cü ildə "O şimdi asker" (O indi əsgərdir" filmi). == Şeirləri == Gözlerim Sığmıyor Yüzüme (1988) Erotika (1991) Yirmi5April (1994) Periler Ölürken Özür Diler (1994) Suzidilara (1996) Güzel Annemin Hayal Gücü (1996) Ciddiye Alındığım Kara Parçaları (1997) Papağana Silah Çekme! (1998) Alp Krizi (Tek Baskılık Kitap) (1999) Gözyaşlarım Nal Sesleri (1999) Bir Çift Siyah Deri Eldiven (2000) İpucu Bırakma Sanatı (2000) Bahname (2000) Teklifsiz Serseri (2001) Kahramanlar Ölü Doğar (2001) Çürük Et Deposu (2001) Eski Kral Deposu (2002) Siyah Beyaz Denizatları (2003) Barudî (Kürd dilindən tərcümə) (2003) Dicle ile Fırat (2004) Bir Daha Bana Benzeme Angel!
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə.
Makedoniyalı İskəndər

Novruzlu İskəndər
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
Qara İsgəndər
Qara İsgəndər (XIV əsr – 1438, Əlincə qalası, Culfa rayonu) — 1421–1429 və 1431–1436-ci illərdə Qaraqoyunlu dövlətinin hökmdarı. == I hakimiyyət dövrü == Qara Yusifin sərkərdələri Əmir Qara və Qədəmpaşa Əlincəyə gələrək oğlu İsgəndəri 2 iyul 1421-ci ildə Qaraqoyunlu taxtına gətirdi və Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir . Azərbaycan feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə birlikdə Azərbaycanı tərk etdi. İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qardaşı Şahməhəmməd sayəsində qoşun toplaya bildi.Lakin İsgəndər bir neçə dəfə Şahruxa kömək göstərən Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin 1425-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu. İsgəndər Şahruxla müharibəyə başladı və 1427-ci ildə Şirvana hücum edərək Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi.Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi.1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla İsgəndərin üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi. O, Əlincə qalasını aldıqdan sonra Qarabağa qışlamağa getdi və Qaraqoyunlu dövlətinin idarə olunmasını İsgəndərin vassallığı qəbul edən qardaşlarından birinə – Əbu Səidə həvalə etdi.Beləliklə , İsgəndər birinci dəfə 1429-cu ilə qədər hakimiyyətini saxlaya bildi.
Qocayev İsgəndər
Tozqoparan İskəndər
Tozqoparan İskəndər (Osmanlı Türkcəsi:توزقوپاران ايسكندر) — Osmanlı oxçusu. Türk oxçuluq tarixinin ən böyük kəmankeşlərindən biridir. == Həyatı == Tozqoparan İskəndərin həyatı haqqında məlumatlar çox azdır. Rəvayətə görə, İskəndər Bəy "Tozqoparan" ləqəbini belə almışdır: Bir zaman Pəhləvan İskəndər (Tozqoparan İskəndəri belə də adlandırırdılar) oxçuluq məşqi edərkən yayın toz deyə adlanan hissəsini qoparmışdı. Bunu görən İldırımlı Baba: "Bu pəhləvan toz qoparandır!" dedi. O zamandan Pəhləvan İskəndəri "Tozqoparan" adlandırmağa başladılar.Yavuz Sultan Səlimin İran və Misir səfərlərindənə qatılmışdır. == Rekordları == Osmanlı Dövlətinin ayrı-ayrı yerlərində 10 ayrı rekord qırmış,daha sonra bu rekordlar təkrar oluna bilməmişdir. Tozqoparan İskəndər ən uzun rekordunu Akruri Mənzilində 846 (və ya 848) metr uzunluğunda atmışdır. Bu məsafə bir dünya rekordudur. == Məşhurluq == TRT 1-də yayımlanan Tozqoparan adlı serialda adı tez-tez çəkilmişdir.
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) İtkin pay (2007) (İran) Kleopatra Qara gölün cəngavərləri (film, 1984) Laçın dəhlizi (film, 1993) Ovsunçu (film, 2002) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Səhnədə Lurixdir (Estoniya) Sifarişçi (film, 2000) Şahid qız (film, 1990) Tələ (film, 1990) Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib Tənha narın nağılı (film, 1984) Tütək səsi (film, 1975) Üzeyir ömrü (film, 1981) Yük (film, 1995) Zamanla yaşayan sənətkar.
İsgəndər 9K720
İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb.
İsgəndər Allahverdiyev
İsgəndər Allahverdiyev (tam adı:İsgəndər Nəsir oğlu Allahverdiyev; 2 aprel 1999; Şotavar, Qax rayonu — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsgəndər Allahverdiyev Nəsir oğlu 1999-ci il 2 aprel tarixində Qax rayonunun Şotavar kəndində anadan olub. 2005-2016-cı illərdə Qax rayon tam orta məktəbində orta təhsil alıb. == Hərbi xidməti == 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vurub. Azərbaycan Ordusunun əsgəri olan İsgəndər Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə olub. İsgəndər Allahverdiyev noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsgəndər Aznaurov
İsgəndər Aznaurov, və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; 16 avqust 1956, Buxara – 18 aprel 1993, Gədəbəy rayonu) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır.1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
İsgəndər Cavadov
İsgəndər Cavadov (tam adı: İsgəndər Cavad oğlu Cavadov, 2 avqust 1956, Bakı) — Azərbaycan əsilli sovet fulbolçusu. 1993-cü ildə SSRİ İdman Ustası medalına layiq olmuşdur. == İdman karyerası == İsgəndər Cavadov futbolla 14 yaşında məşğul olmağa başlayır. Ondan əvvəl, Cavadov gimnastika və güləş ilə məşğul olurdu. Əvvəllər Cavadovu Azərbaycan SSR-ın ən əhəmiyyətli futbol komandası olan Neftçi PFK-a qəbul etmirdilər. Bunun əsas səbəbi isə, gənc hücumçunun boyunun qısa olması idi. Cavadovun qardaşı Füzuli əmin idi ki, iki qardaşı dərhal sahəyə buraxmayacaqlar. Buna görə İsgəndər Cavadov, bir neçə il Sumqayıtın Xəzər FK və Bakının Avtomobilçi FK-da oynadı. Cavadov SSRİ-nin Futbol üzrə çempionatında Bakının Neftçi PFK-da, 1977-ci ildə debüt edib. Bu vaxt futbol klubunun baş məşqçısı Qennadi Bondarenko idi.
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. == Həyatı == 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. == Yaradıcılığı == Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub.