İSKƏNDƏR

igid sərkərdə, mərd döyüşçü (yun. adı "Alexoaner"in ə. forması).
İSİMXAN
İSLAH
OBASTAN VİKİ
Makedoniyalı İskəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Novruzlu İskəndər
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
Tozqoparan İskəndər
Tozqoparan İskəndər (Osmanlı Türkcəsi:توزقوپاران ايسكندر) — Osmanlı oxçusu. Türk oxçuluq tarixinin ən böyük kəmankeşlərindən biridir. == Həyatı == Tozqoparan İskəndərin həyatı haqqında məlumatlar çox azdır. Rəvayətə görə, İskəndər Bəy "Tozqoparan" ləqəbini belə almışdır: Bir zaman Pəhləvan İskəndər (Tozqoparan İskəndəri belə də adlandırırdılar) oxçuluq məşqi edərkən yayın toz deyə adlanan hissəsini qoparmışdı. Bunu görən İldırımlı Baba: "Bu pəhləvan toz qoparandır!" dedi. O zamandan Pəhləvan İskəndəri "Tozqoparan" adlandırmağa başladılar.Yavuz Sultan Səlimin İran və Misir səfərlərindənə qatılmışdır. == Rekordları == Osmanlı Dövlətinin ayrı-ayrı yerlərində 10 ayrı rekord qırmış,daha sonra bu rekordlar təkrar oluna bilməmişdir. Tozqoparan İskəndər ən uzun rekordunu Akruri Mənzilində 846 (və ya 848) metr uzunluğunda atmışdır. Bu məsafə bir dünya rekordudur. == Məşhurluq == TRT 1-də yayımlanan Tozqoparan adlı serialda adı tez-tez çəkilmişdir.
İskəndər
İskəndər (roman)
İskəndər (Təbriz)
Ağacoğlu (fars. اسكندر‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.377 nəfər yaşayır (336 ailə).
İskəndər (roman)
İskəndər (türk. İskender) — türk yazıçısı Elif Şafakın romanıdır. 2011-ci ilin iyul ayında "Doğan kitap" nəşriyyatında işıq üzü görüb. Orijinal versiyası ingiliscə olan romanı türk dilinə Omca Korugan tərcümə edib. Elif yaradıcılığına xas olan sufilik əlamətləri bu romanda da özünü göstərir. Romanda hadisələr əsərin adını aldığı anti-qəhrəman İskəndər ətrafında cərəyan edir. Süjet olaraq əsər Londona köçmüş türk-kürd əsilli bir ailənin timsalında köçkün həyatı yaşayan insanların hekayəsindən bəhs edir. Kitab bazarına çıxdığı vaxtdan üz qabığı ilə bağlı müxtəlif rəylər söylənilən romanın hətta plagiat olması da iddia edilir. == Romanın yazılması və nəşri == Yazıçı romanı yazmağa İstanbulda olarkən başlamış və Londonda davam etmişdi. Əsər bir il yarıma ərsəyə gəlib.
İskəndər Bəy
İskəndər bəy, Skanderbeq və ya Georgi Kastrioti (alb. Gjergj Kastrioti Skënderbeu, türk. İskender bey; 6 may 1405 – 17 yanvar 1468[…]) — Kastrioti knyazlığının hakimi (1443-1468), albanların Osmanlı dövləti əleyhinə üsyanının rəhbəri, Albaniyanın xalq mahnılarında xatırlanan milli qəhrəman. == Həyatı == Georgi alban knyazı Qyonun balaca oğlu idi. Qyon, Venesiya sənədlərində "qüdrətli alban senyoru, Venesiya və Raquzanın fəxri vətəndaşı" kimi xatırlanır. Uşaq yaşlarında, sultan II Muradın dövründə Georgi osmanlılara girov verilmişdi. Burada o İslamı qəbul etmiş, zabit kimi Osmanlının düşmənlərinə qarşı döyüşlərdə məşhuluq qazanmış və göstərdiyi şücaətə və qəhrəmanlığa görə türklər tərəfindən İsgəndər ləqəbini qazanmışdı (Makedoniyalı İsgəndərə bənzətmə). Vətənə qayıdışından sonra İsgəndər bəy (alban tələffüzündə Skanderbeq) Osmanlıya qarşı mübarizə aparmışdı.
İskəndər Dövlətli
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
İskəndər Mirzə
Seyid İskəndər Əli Mirzə Sahibzadə (13 noyabr 1899, Mürşüdabad[d], Britaniya Hindistanı – 13 noyabr 1969, London) — 1956-cı ildən 1958-ci ilədək Pakistanın ilk prezidenti. == Həyatı == 15 noyabr 1899-cu ildə Bombeydə İran əsilli şiə bir ailənin uşağı olaraq dünyaya gəldi. "Bombey Elphinstone" və "Sandhurst Royal Military" kolejlərində hərbi təhsil aldı və İngilis ordusunun ilk Hindli zabiti oldu (1920). Avqust 1926-cı ildə "Political Servicee" təyin edildi; 1945-ci ilə qədər Şimali-qərbi Sərhəd əyalətində, 1945–1946-cı ildə Orissa ştatında və 1946–1947-ci illərdə yıllarında Müdafiə Nazirliyində yüksək idarəçilikdə təmsil olundu. Əsgəri və bürokratik vəzifələri sırasında bölgədəki tayfaları tanıdı, onlara qarşı necə bir siyasət izlənəcəyini öyrəndi. Pakistan dövlətinin qurulmasından sonra Müdafiə Nazirliyinə gətirildi. Müdafiə naziri olduğu illərdə (1947–1954) ordunun nizam-intizamı və Kəşmir məsələsiylə digər bəzi işlərdə təsirli fəaliyətlərdə oldu; özəlliklə Pakistanı Türkiyə, İran, İraq və İngiltərənin qurduğu bir ortaq müdafiə və bölgəsəl iş birliyi təşkilatına daşıdı. 1954-cü ildə Şərqi Pakistan hərbi valiliyinə, 1955-ci ildə Daxili işləri nazirliyinə və arxasından Pakistan ümumi valiliyinə, 1956-cı ildə də yeni konstitusiyanın qəbulüyle prezidentliyə gətirildi; qısa müddətdə ölkənin ən güclü adamı halına gəldi. Prezidentliyi sırasında siyasətçilərə qarşı nüfuzlu bir şəxsiyyət tövrü sərgilədi. Amerikadakı kimi çox geniş vəzifələrə sahib bir prezidentlik sistemi arzulayırdı və xalqın parlamentar idarəyə hələ hazır olmadığı qənaətindəydi.
İskəndər Münşi
İsgəndər bəy Münşi Türkman — Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat. == Həyatı == Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur. Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır. Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir.
İskəndər Novruzlu
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
İskəndər Pala
İskəndər Pala (8 iyun 1958, Uşak) — türk professor, divan ədəbiyyatı tədqiqatçısı və yazıçı.
İskəndər Paşa
İskəndər Paşa (ö. 3 avqust 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndəruna alınaraq təlim-tərbiyə edilmiş, ardından bostançıbaşı və qapıçıbaşı olaraq xidmət göstərmişdir. 1555-ci ildə yeniçəri ağası oldu, ardından vəzir rütbəsilə divana daxil oldu. 1556-cı ilin fevralında Misir bəylərbəyliyinə gətirildi və 1559-cu ilin aprelinədək bu vəzifədə qaldı. Ardından Budin, 1564-cü ildə isə Anadolu bəylərbəyi oldu. Sultan Süleyman Qanuninin son səfəri olan Ziqetvar səfəri əsnasında İstanbulda taxt naibi olaraq xidmət etdi. Sultanın səfər əsnasında ölümünün ardından oğlu Sultan Səlim paytaxta gələnədək bu ölümü gizli saxladı. Bunun mükafatı olaraq yenidən divan vəzirliyinə gətirildi.
İskəndər Rzazadə
İsgəndər Rzazadə (18 noyabr 1897–5 oktyabr 1937) — Cümhuriyyət tələbəsi, mühəndis-elektrik. == Həyatı == İsgəndər Mirzə Cabbar xan oğlu 18 noyabr 1897-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla başa vurmuşdu. Sankt-Peterburq Politexnik institutuunun elektromexanika fakültəsinə qəbul olmuşdu. 1917-ci ildə vətəndaş müharibəsi olduğundan İsgəndər 3-cü kursu yarımçıq qoyub Bakıya dönmüşdü. 1919-cu ildən 1920-ci ilədək Azərbaycan Dəmiryolunun Bakı-Biləcəri stansiyaları və şəbəkələrinin müdiri işləmişdi. 1920-ci ildə hökumətin qərarı ilə Fransaya göndərdi. Sarbonna Universitetində oxudu. Burda fransız dilini öyrəndi. 1922-ci ildə Almaniyanın Darmştad şəhərindəki Ali Texniki Məktəbə dəyişildi.
İskəndər Vəliyev
İsgəndər Mahmud oğlu Vəliyev (1897, Bakı – 1974) — Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == İsgəndər Vəliyev 1897-ci ildə Bakı şəhərində dəmirçi-işçi ailəsində anadan olmuşdur. O, əvvəlcə şəhər məktəbində, sonra isə Bakı orta inşaat-texniki məktəbində təhsil almış və 1916-cı ildə oradan məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində çalışmışdır. Daha sonra Culfa-Bakı dəmir yolu tikintisində Ələt stansiyasında tikinti texniki olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün İtaliyanın Peruça Universitetinə göndərilmişdir. Aprel işğalından sonra ona Azərbaycan SSR Xalq Maarifi Komissarlığı tərəfindən maliyyə yardımı almışdır. == Elmi fəaliyyəti == 1923-cü ildə Azərbaycana dönən İsgəndər Vəliyev Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin olunur. 1925-ci ildə isə yeni yaradılan Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlamışdır. 1926-ci ildə isə o, Nuxa Kənd Təsərrüfatı Texnikumuna direktor və müəllim təyin olunmuşdur.
İskəndər Çəndirli
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
İskəndər şəlaləsi
İskəndər şəlaləsi — Şərqi Azərbaycan ostanının Təbriz şəhərinin yaxınlığında yerləşir və hündürlüyü 30 metrdir.
İskəndər Əliyev
İskəndər Əli oglu Əliyev (1906, Şuşa – 30 dekabr 1972, Bakı) – Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. == Həyat yolu == 1906-cı ildə Rusiya imperiyasının Yelisavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. Onun valideynləri erkən yaşında dünyalarını dəyişmiş, bu səbəbdən böyük qardaşının himayəsində olmuşdur. Qardaşı Bakının Sabunçu rayonunda neft mədənlərində işləmək üçün Bakıya köçəndə, onunla birlikdə idi. Ancaq Şuşada baş verən erməni-müsəlman davasında onun ailəsi böyük itkilər vermiş və kiçik yaşlı İ. Əliyev itkin düşmüşdür. Bundan sonra o, Qasım-İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndində bir əkinçinin təsərrüfatında muzdur olmuşdu. Elə o zaman da muzdurların həmkarlar ittifaqında ictimai işlərə qatılmışdır. === Xalq təsərrüfatında fəaliyyəti === 1926-cı ildə Gəncəyə köçmüş, orada dəmir yolu deposunda qara fəhlə, sonra isə çilingər kimi işləməyə başlamışdır. Elə bu zaman da özünü fəal ictimaiyyətçi kimi göstərmiş 1928-ci ildə Gəncə deposunun həmkarlar ittifaqı komitəsinin məsul katibi seçilmişdir. 1929–1930-cu illərdə Gəncə dəmiryolu işçilərinin məhəlli həmkarlar ittifaqının mədəniyyət şöbəsinin müdiri, sonra isə onun sədri olmuşdur.
Şirəli İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
İskəndər Həmidov
İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan siyasətçisi, polisi, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995). Atası NKVD zabiti olan [mənbə göstərin] Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir. İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi.
İskəndər Cavadov
İsgəndər Cavadov (tam adı: İsgəndər Cavad oğlu Cavadov, 2 avqust 1956, Bakı) — Azərbaycan əsilli sovet fulbolçusu. 1993-cü ildə SSRİ İdman Ustası medalına layiq olmuşdur. == İdman karyerası == İsgəndər Cavadov futbolla 14 yaşında məşğul olmağa başlayır. Ondan əvvəl, Cavadov gimnastika və güləş ilə məşğul olurdu. Əvvəllər Cavadovu Azərbaycan SSR-ın ən əhəmiyyətli futbol komandası olan Neftçi PFK-a qəbul etmirdilər. Bunun əsas səbəbi isə, gənc hücumçunun boyunun qısa olması idi. Cavadovun qardaşı Füzuli əmin idi ki, iki qardaşı dərhal sahəyə buraxmayacaqlar. Buna görə İsgəndər Cavadov, bir neçə il Sumqayıtın Xəzər FK və Bakının Avtomobilçi FK-da oynadı. Cavadov SSRİ-nin Futbol üzrə çempionatında Bakının Neftçi PFK-da, 1977-ci ildə debüt edib. Bu vaxt futbol klubunun baş məşqçısı Qennadi Bondarenko idi.
İskəndər bəy
İskəndər bəy, Skanderbeq və ya Georgi Kastrioti (alb. Gjergj Kastrioti Skënderbeu, türk. İskender bey; 6 may 1405 – 17 yanvar 1468[…]) — Kastrioti knyazlığının hakimi (1443-1468), albanların Osmanlı dövləti əleyhinə üsyanının rəhbəri, Albaniyanın xalq mahnılarında xatırlanan milli qəhrəman. == Həyatı == Georgi alban knyazı Qyonun balaca oğlu idi. Qyon, Venesiya sənədlərində "qüdrətli alban senyoru, Venesiya və Raquzanın fəxri vətəndaşı" kimi xatırlanır. Uşaq yaşlarında, sultan II Muradın dövründə Georgi osmanlılara girov verilmişdi. Burada o İslamı qəbul etmiş, zabit kimi Osmanlının düşmənlərinə qarşı döyüşlərdə məşhuluq qazanmış və göstərdiyi şücaətə və qəhrəmanlığa görə türklər tərəfindən İsgəndər ləqəbini qazanmışdı (Makedoniyalı İsgəndərə bənzətmə). Vətənə qayıdışından sonra İsgəndər bəy (alban tələffüzündə Skanderbeq) Osmanlıya qarşı mübarizə aparmışdı.
İskəndər kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Hierokles (İskəndəriyyəli)
İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir. == Fəlsəfəsi == Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü.
Mehdi İskəndərli
Məmməd İskəndərov
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru. == Həyatı == Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == Fəaliyyəti == M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
Niyaməddin İskəndərov
Süleyman mirzə İskəndəri
Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری‎; tam adı: Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri; 1877 və ya 1875, Təbriz – 1943 və ya 1944, Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi. == Həyatı == Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri 1877-ci ildə Təbriz şəhərində dоğulmuşdu. 1892-ci ilədək sаrаy təlim-tərbiyəsi, təhsili görmüşdü. 1893–1900-cü illərdə Tеhrаn Dаrülfünunundа (Univеrsitеtində) охumuşdu. Sülеymаn mirzə 1900–1901-ci illərdə bir nеçə ziyаlı ilə birlikdə, Tеhrаndа "Uyuq" аdlı qəzеt nəşr еtmək üçün icаzə аlа bilmişdi, lаkin bаş nаzir Əminüssultаn qəzеtin nəşr еdilməsində imkаn vеrməmişdi. Sülеymаn mirzə iki iki il аtаsı Möhsün mirzə ilə birlikdə Tеhrаn pоlis qüvvələrinin zаbiti kimi qulluq еtmiş, sоnrа isə "Möhsüniyyə" аdlı ibtidаi məktəb təsis еdərək mааrif sаhəsində çаlışmışdı. 1904-cü ildə həmin məktəb bаğlаndlıqdаn sоnrа bаşqа məktəblərə müəllimlik еtmişdi. Sülеymаn mirzə 1904-cu ildə Tеhrаndа gizli yаrаnmış İnqilab kоmitəsinin üzvü, 1907-ci ilin əvvəllərində kirmаnşаhdа "Аdəmiyyət" cəmiyyətinin və bir nеçə siyаsi əncümənin təşkilаtçısı, 1907-ci ilin ахırlаrındа Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtının üzvü kimi mütləqiyətə qаrşı mübаrizədə iştirаk еtməklə fəаl İnqilabçılаr sırаsınа dахil оlmuşdu. О, Mirzə Məhəmməd Хоrаsаni və öz qаrdаşı Yəhyа mirzə ilə birlikdə Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtınа mənsub оlаn "Hüquq" qəzеtinin nəşr оlunmаsındа yахındаn iştirаk еtmişdi.
Uzun İskəndəri (Urmiya)
Uzun İskəndəri (fars. ‎اوزان اسكندري‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (83 ailə).
Vüqar İskəndərov
Vüqar Yapon oğlu İskəndərov (30 dekabr 1972, Şəki) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən). == Həyatı == Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, həmin məktəbin X sinfini bitirmiş, hərbi xidmətdə olmuşdur. Vüqar İskəndərov Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil olmuş, həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. ABŞ-də dövlət idarəetməsi üzrə xüsusi təhsil almışdır. Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Ailəlidir. 2 övladı var. == Fəaliyyəti == Vüqar İskəndərov 1990-cı ildən taekvondo şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim çalışmış, 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir.
Yaşar İskəndərov
Yəhya mirzə İskəndəri
Şahzadə Yəhya mirzə İskəndəri-Qacar şahzadələrindən və məşrutəçi idi və Məhəmməd Əli şah Qacarın həbsxanasında qətlə yetişdi. O, Süleyman mirzə İskəndərinin qardaşı və İran Tudə Partiyasının baş katibi İrəc İskəndərinin atası idi.
Çərkəz İskəndər Paşa
Çərkəz İskəndər Paşa (ö. 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən çərkəz olub, Diyarbəkir bəylərbəyi Hüsrəv Paşanın kölələrindəndir. Sürətlə yüksələrək öncə paşanın qapıçıbaşı, çavuşbaşı, ardından Hələb və Anadolu əyalətlərinin dəftərdarı oldu. 15 avqust 1548-ci ildə yenicə yaradılan Van bəylərbəyliyinə təyin edildi və burada Səfəvilərə qarşı qələbə qazandı. Mükafat olaraq Ərzurum bəylərbəyi təyin edildi və yenə Səfəvilərə qarşı mübarizədə iştirak etdi. 1551-ci ildə Diyarbəkir əyalətinə göndərildi və 1564-cü ilədək bu vəzifədə qaldı. 1566-cı ildə Bağdad bəylərbəyi oldu. 1568-ci ilin noyabrında Misir bəylərbəyi təyin edildi və 1571-ci ilədək bu vəzifədə qaldı.
İskəndərin Çin xaqanı ilə görüşü
İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur tərəfindən köçürülmüşdür. Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. == Mövzu == Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.
İskəndəriyyə
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. == Tarixi == Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
İskəndəriyyəli
İskəndəriyyəli — İskəndəriyyəli Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. İsgəndəriyyəli Appian — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. İskəndəriyyəli Origen — Bibliyanın təfsiri ilə məşğul olmuş alim. İskəndəriyyəli Leonid — İskəndəriyyəli Papa — İskəndəriyyəli Arius — Aryanizm dini cərayanın banisi. İskəndəriyyəli Menelay (d. I əsr – ö. II əsr) — Qədim Yunan riyaziyyatçısı və astronomu İskəndəriyyəli Diofant — İsgəndəriyyəli Kirill — IV–V əsrlərdə İsgəndəriyyə yepiskopu, xristian müqəddəsi, ilahiyyatçı. İsgəndəriyyəli Heron — yunan riyaziyyatçısı və mexaniki. İsgəndəriyyəli Ktesibios — yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı İsgəndəriyyəli Filon — dini mütəfəkkir, ilahiyyatçi. İsgəndəriyyəli Hipatiya (370–415) — Astrolab cihazını ixtira edən alim.
İskəndəriyyəli Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
İskəndəriyyəli Diofant
İskəndəriyyəli Diofant (ing. Diophantus; 201 – 285) — qədim yunan riyaziyyatçısı. 13 kitabdan ibarət "Hesab" əsərinin müəllifidir (onlardan 6-sı qədim yunan, 4-ü isə ərəb tərcümələrində saxlanmışdır). İlk dəfə məchul və onun qüvvəti üçün hərfi işarələməni daxil etmişdir. Qeyri-müəyyən tənliklər haqqında (Diofant tənlikləri) təlimin yaradıcısıdır.
İskəndəriyyəli Menelay
İskəndəriyyəli Menelay (təq. 70, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 140, Roma) — Qədim Yunan riyaziyyatçısı və astronomu. == Həyatı == 70-ci ildə İsgəndəriyyədə doğulub. Təqribən 140-cı ildə Romada vəfat edib. == Fəaliyyəti == Sferik həndəsə və triqonometriyaya aid "Sferika" (3 kitabdan ibarət) əsərinin müəllifidir. == Əsərləri haqqında == Nəsrəddin Tusinin müstəvi və sferik triqonometriyadan bəhs edən "Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Nəsrəddin Tusi həmçinin "Menelayın "Sferika" əsəri" adlı əsərin müəllifidir.
İskəndəriyyəli Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Həyatı == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
İskəndəriyyəli Papp
İskəndəriyyəli Papp (yun. Πάππος ὁ Ἀλεξανδρεύς; təq. 290, İsgəndəriyyə, Roma imperiyası – təq. 350) — qədim yunan riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == "Riyazi toplu" (8 kitabda) əsərində qədim yunan müəlliflərinin ən mühüm nəticələrini şərh etmişdir.
İskəndərli
İsgəndərli (Masallı) — Azərbaycan Respublikası Masallı rayonunda mövcud olmuş kənd. İsgəndərli (Şəmkir) — Azərbaycan Respublikası Şəmkir rayonunda kənd.
İskəndərnamə
"İsgəndərnamə" (fars. اسکندرنامه‎) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan beşinci və sonuncu poemadır. Məsnəvi 1200–1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır. "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "İsgəndərnamə" tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti "Şərəfnamə"də, 3625 beyti isə "İqbalnamə"də cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.
İskəndərun
İskəndərun, qədimdə Aleksandretta ((q.yun. Αλεξανδρέττα), Türkcə mənası "Kiçik İskəndəriyyə"; Ərəbcə: لواء اسكندرون, Lue İskəndərun, mənası İskəndərun Taboru) — Türkiyənin Hatay vilayətində 15 şəhərdən biridir. E.ə. 333-cü ildə Böyük İsgəndərin İssos şəhəri yaxınlığlnda qazandığı zəfərdən sonra Alexandreya adı ilə qurulmuşdur. Bu şəhər qurulmazdan qabaq burada Miriandos adında bir Finikiya şəhəri mövcud idi. Makedoniya çarı Böyük İsgəndərin, İran şahı III Daraya qarşı İsos vadisində üstünlük yaratması ilə əsası qoyulan bu şəhər sahib olduğu coğrafi önəmin səbəbi ilə tarixdə bir çox dəfə işğala uğramışdır. Selevkilərdən romalılara, ardından 395-ci ildə Şərqi Romanın bir hissəsi olmuş, VIII ortalarında xilafətin, 1516-cı ildə Məmlük imperiyasının tərkibinə keçmiş, 1517-ci ildə Yavuz Sultan Səlimin Misir səfəri zamanında baş verən Mərcidabık döyüşü ilə də Osmanlı imperiyasının bir hissəsi olan İskəndəruna Birinci Dünya müharibəsində Birləşmiş Krallıq və ardınca Fransa nəzarət etmişdir. 1938-ci ilə qədər Fransız himayəsində Suriyanın bir sancağı olaraq qalmışdır. 5 iyul 1939-cu ildə Türk Ordusunun İskəndəruna girməsi ilə, İstiqlaliyyət hərəkatının təməl daşı atılmışdır. İskəndərun, Türkiyənin tərkib hissəsi olduqdan 1974-cü ilə qədər olan dövrdə olduqca kiçik bir qəsəbə olmuşdur.
İskəndərun körfəzi
İskəndərun körfəzi (türk. İskenderun Körfez) — Aralıq dənizinin şimal-şərqində, Türkiyənin cənub sahillərində, Hatay ilinin sahillərini yuyan körfəz. Körfəzin girişdəki dərinlik 99 m-ə qədərdir. Körfəzə Ceyhan çayı tökülür. Körfəzin əsas limanı - İskəndərun. Türkiyənin Aralıq dənizi sahilindəki üçüncü ən böyük limanıdır. Keçmişdə Yaxın Şərqdəki böhranlar səbəbiylə Beyrutun əvvəlki əhəmiyyətini itirməsi buxtaya və ətrafına dəyər qazandırmışdır. == Tarixi == Qədim dövrlərdə İskəndərun körfəzi İss (q.yun. Ἰσσικὸς κόλπος, lat. Issicus Sinus, körfəzin şimal-şərq sahilindəki yunan şəhəri olan İss şəhərinin adı ilə adlandırılmışdır) və ya Miriandin olaraq adlandırılırdı.

Digər lüğətlərdə