Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cibikli
Aşağı Cibikli
Kiçikli
Kiçikli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələriİmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
İmişli
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi. == Tarixi == 1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır. == İqtisadiyyatı == 2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir. == Əhali == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
Tikei
Tikei (fr. Tikei) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Takapotodan 70 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Fakahina ilk dəfə 1722-cü ildə holland səyyahı Yakob Roqqeven tərəfindən kəşf edilmişdir. O, adanı Karlshoff olaraq adlandırır. 1816-cü ildə rus səyyahı Otto von Kosebu adanı yenidən kəşf edilmişdir. O, adanı Rumyansev adası olaraq adlandırır. == İnzibati bölgüsü == İnzibati baxımından Takaroa kommunasına daxildir.
Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == GəmiçilikGəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İnilli (oyk.) - Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12-13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İtiri
ITIRI - Yazılı və sinxron tərcüməçilər və beynəlxalq əlaqələr institutu, 1985-ci ildə yaradılmışdır.
Aranlı (İmişli)
Aranlı (keçmiş adı: Poltavka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Poltavka kənd inzibati-ərazi vahidi tərkibindəki Poltavka kəndi Aranlı kəndi, Poltavka kənd inzibati-ərazi vahidi Aranlı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 7145 nəfərdir ki, onun da 3593 nəfəri kişi, 3552 nəfəri isə qadındır. == Din == Kənddə İmam Əli adına "Cümə" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Ağaməmmədli (İmişli)
Ağaməmmədli, Ağammədli, Alıpənahlı — Azərbaycan Respublikasının İmişli rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Ağaməmədli kəndi XX əsrin əvvələrində inzibati ərazi vahidi kimi yaradılmışdır. Mil düzündədir. Mənbələrdə Ağammədli variantında da təsadüf olunur. Keçmişdə Alıpənahlı adlanan bu kənd qışlaq yeri olmuşdur.
Aşağı Cibikli
Aşağı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir.
Bəcirəvan (İmişli)
Bəcirəvan — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Cəfərli (İmişli)
Cəfərli — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 6313 nəfərdir ki, onun da 3091 nəfəri kişi, 3222 nəfəri isə qadındır.[mənbə göstərin] == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2HO•2 + O• → HO•2 + O2Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO•HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2HO•2 + HO•2 → H2O2 + O2Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. == Mənbə == V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
II İrakli
II İrakli (gürc. ერეკლე II; 7 (18) noyabr 1720, Telavi – 11 yanvar 1798, Telavi) — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı. 11 yanvar 1798-ci ildə vəfat etmişdir. == İlkin həyatı == 7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər. == Hakimiyyəti == 1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə mahal qoymadı.
I İrakli
I İrakli (lat. Flavius Heraclius Augustus; təq. 575[…], Kappadokiya, Mərkəzi Anadolu regionu – 11 fevral 641, Konstantinopol) — 5 oktyabr 610 – 11 fevral 641 illərdə hökmranlıq etmiş, 100 illik İraklilər sülaləsinin əsasını qoymuş Bizans imperatoru. Onun hökmranlığı ilə Bizans imperiyasının tarixində yeni dövrü başlanmış olur. I İrakli V əsrdə Suriyada məşhur olan ailədən çıxmışdır. Onun eyni ada malik atası Sananid imperiyasına qarşı müharibədə sərkərdə və Karfaqo eksarxı olmuşdur. I İrakli atasının dəstəsilə Konstantinopola daxil olaraq imperator Fokanı devirərək 5 oktyabr 610 ildə imperator taxtına oturmuş olur.
Kuybışev (İmişli)
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ildə Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar kəndləri birləşdirilərək indiki yerdə məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Mürsəlli (İmişli)
Mürsəlli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məhəmmədli (İmişli)
Məhəmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Tıxlı
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir. == Mədəniyyəti == Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
Böyük İşıqlı
Böyük İşıqlı ya Mets Ishkhanasar (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir. == Mənbə == 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.