Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İttiham
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.
İxtisas
İxtisas müəyyən bilik sahəsi üzrə bölmələr; sənət, peşə; elm sahəsi; əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir. insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır. Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
İttifaq
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
"İttihad" məktəbi
"İttihad" məktəbi — 1906-cı ildə Bakıda açılmış məktəb. Məktəbin müdiri Hüseyn Kamal olmuşdur. "İttihad" məktəbinin həkimi Bəhram bəy Axundov idi. == Məşhur məzunları == İsmayıl Hidayətzadə — 1909-?
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad

İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İttifaq (ABŞ)
İttifaq (ing. Union) — Vətəndaş müharibəsi dövründə 24 şimal ştatının federasiyası. Cənub Amerika Konfederativ Ştatları əleyhinə idi. Ayova Vermont Viskonsin Delaver Qərbi Virciniya İllinoys İndiana Kaliforniya Kanzas Kentukki Konnektikut Massaçusets Minnesota Missuri Miçiqan Men Merilend Nevada Nyu-Cersi Nyu-York Nyu-Hempşir Ohayo Oreqon Pensilvaniya Rod-Aylend Gallagher, Gary W. The Union War (2011), emphasizes that the North fought primarily for nationalism and preservation of the Union Gallman, J. Matthew. The North Fights the Civil War: The Home Front (1994) Neely, Mark. The Divided Union: Party Conflict in the Civil War North (2002) Rorabaugh, William J. "Who Fought for the North in the Civil War?
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az-əbcəd. اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İttifaq Mirzəbəyli
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan) — 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan) — Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
İttihad (qəzet)
İttihad qəzeti (az-əbcəd. اتحاد‎) — siyasi, ictimai, ədəbi qəzet: İttihad Partiyasının rəsmi mətbu orqanı (1917–1920). Ceyhun Hacıbəyli tərəfındən təsis edilmiş və ilk nömrəsi 1917-ci il dekabrın 4-də onun baş redaktorluğu ilə çıxmışdır. "Güc ittihaddadır" şüarı ilə çap olunurdu. 1918-ci ilin əvvəllərində Ceyhun Hacıbəyli "Azərbaycan" qəzetinin rəhbərliyinə dəvət olunandan sonra "İttihad" 59-cu nömrəsindən etibarən Rusiyada Müsəlmanlıq Fırqəsinin rəsmi orqanına çevrilmişdi. Daşnakların azərbaycanlılara qarşı törətdikləri Mart soyqırımı nəticəsində nəşri müvəqqəti olaraq dayandırılan qəzet 1919-cu ilin fevralından partiya orqanı kimi yenidən çap olunmağa başladı. "İttihad"ın 1918-ci il və 1919-cu ilin aprelinə qədərki nömrələri redaksiya heyətinin (heyəti-təhririyyə) rəhbərliyi ilə çıxırdı. 1919-cu ilin aprelində isə qəzetə "Acaralı Camal" təxəllüsü ilə Qafqaz "İttihad" Firqəsi Mərkəzi Komitəsinin üzvü Camal əfəndi Nakaşidze baş mühərrir təyin olundu. Lakin Camal əfəndi Nakaşidzenin partiyanın tərk etməsi onun qəzetin mühərrirliyindən də getməsi ilə nəticələndi. Bundan sonra qəzetə əvvəl qeyri rəsmi, 1920-ci ilin yanvarından isə Qafqaz "İttihad" Firqəsi II Qurultayının qərarına əsasən, partiyanın sədri Qara bəy Qarabəyov rəhbərlik etməyə başladı.
İttihad Firqəsi
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Molla Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci il tarixində Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
İttihad Partiyası

İttihad fraksiyası
İttiham aktı
İttiham aktı istintaqın hazırlıq prosesinin ictimai iddianın başlanması üçün kifayət edəcək səviyyəyə çatdığı başa düşüldükdən sonra prokurorun iddia qaldırdığını bildirən yazılı sənəddir. İttiham aktı, müttəhimin hansısa günahını üzə çıxarmaq üçün onun haqqında hazırlanmış sənəddir. Qanun, qanunla səlahiyyətlər verilmiş orqanlar və şəxslər tərəfindən irəli sürülən və dəstəklənən qanun pozuntularının ittihamında nəzərdə tutur. Adətən, ittihamın irəli sürülməsindən sonra ya cinayət və ya digər məsuliyyətə cəlb edilmiş şəxsin təqsirinin sübuta yetirilməsində ifadə olunan dəstək, ya da ittihamın rədd edilməsi ilə müşayiət olunur.
Güzgüdə ittiham
Güzgüdə ittiham (həmçinin güzgü siyasəti, güzgü təbliğatı, güzgü təsviri təbliğatı və ya güzgü arqumenti adlanır) — adətən nifrət nitqinin qızışdırılması kontekstində istifadə edilən bir texnika. Burada insan özü üçün olan niyyətləri və/yaxud həyata keçirmə prosesində olan hərəkətləri yalandan rəqiblərinə aid edir. Bu, dehumanizasiya ilə yanaşı, məsələn, Holokost və Ruanda soyqırımılarında olduğu kimi soyqırımın həyata keçirilməsinə töhfə verən soyqırımına təhrikin dolayı və ya üstüörtülü formalarından biri kimi göstərilmişdir. Güzgüdə ittiham kollektiv özünümüdafiəyə müraciət etməklə fərdi qətlin müdafiəsinə özünümüdafiə olaraq yanaşmaq kimi, soyqırıma haqq qazandırmaq üçün istifadə olunur.
Müqəddəs İttifaq (1684)
Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.
Praqa İqtisad Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir. Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.
Qafqaz İttihad Firqəsi