Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jasmen Qriqoryan
Jasmen (əsl adı: Mariya İosifovna Qriqoryan; 7 (19) iyun 1894, Tiflis – 18 yanvar 1978, İrəvan) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1935), Ermənistan SSR xalq artisti (1963), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Jasmen Qriqoryan 7 (19) iyun 1894-cü ildə Tiflisdə anadan olmuşdur.Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.1920–1948-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləmişdir. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan SSR hökumətinin dəvəti ilə İrəvana köçmüşdür. Burada Sundukyan adına İrəvan dram teatrında çalışmışdır.Jasmen Qriqoryan 18 yanvar 1978-ci ildə İrəvanda vəfat etmişdir.
Jasmin
Jasmin (lat. Jasminum) — dalamazçiçəklilər sırasının zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Hər iki yarımkürənin subtropik zonalar da daxil olmaqla isti qurşaqlarında 200-dən çox növü var. == Botaniki təsviri == Həmişəyaşıl koldur. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Alçaqboy jasmin
Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.
Ağ jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Həqiqi jasmin

Jasmin çayı
Jasmin çayı — Jasmin gülləri əlavə edilmiş çay. Sonq sülaləsi (960-1279) zamanı əmələ gəlmişdir. Normalda jasmin çayı yaşıl çay və ya ağ çaya əsaslanır. Jasmin çayının dadı xoşagələn şirindir. Çinin ən məşhur ətirli çayıdır.
Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir. == Botaniki təsviri == Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir. == Ekologiyası == Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.
Çevrilmiş jasmin
Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.
Çılpaqçiçək jasmin
Çılpaqçiçək jasmin (lat. Jasminum nudiflorum) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 0,5 m hündürlüyü olan, qışda yarpaqlarını tökən, dağınıq çətirli koldur. Yarpaqları xırda, ellipsvari, tünd yaşıldır. Yarpaqları açılana qədər erkən yazda sarı, nisbətən iri çiçəklər açır və bitkinin çətirini örtür. Çiçəkləri təkləçəkli, süpürgələrə yığılmış, diametri 2-2,5 sm-ə çatır. Toxumları ellipsvari və ya yumurtavari, diametri 4 mm-dir. Çiçəkləməsi yanvar ayından başlayaraq aprel ayına qədər davam edir. Yan budaqları yerlə sürünür və yaşıl budaqları torpaqla təmasda kök verir.
Əsl jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Göy Jasmin
"Göy Jasmin" (ing. Blue Jasmine) — rejissor Vudi Allenin filmi. Rejissorun yaradıcılığında dram janrında çəkilmiş azsaylı filmlərdən biridir. Filmin dünya premyerası 26 iyul 2013-cü ildə baş tutmuşdur (məhdud yayım Nyu-York və Los-Ancelesdə keçirilmişdir). Geniş Amerika yayımı 23 avqust tarixindən başlamışdır. Filmdə baş rolu Keyt Blanşett ifa edir. Tənqidçilərin rəyinə görə aktrisa Vudi Allenin yaradıcılığında ən güclü obrazlardan birini yaratmışdır. Aktrisa Ən yaxşı qadın roluna görə "Oskar" mükafatına namizədlərin bütün bənzər siyahılarında yer almışdır. Bu roluna görə "Qızıl qlobus", "BAFTA" və "Oskar" da daxil olmaqla, bir çox mükafatlara layiq görülmüşdür. "Jasmin" filmini yaxşı qarşılamış kino mətbuatı nümayəndələrinin iddiasına görə Allen "Brodvey üzərində tozanaq" filmindən sonra ən yaxşı ekran əsərini yaradıb.
Jasmin (film, 2013)

Rozalin Sasmen Yalou
Rozalin Sasmen Yalou(19 iyul 1921[…], Nyu-York, Nyu-York ştatı – 30 may 2011[…], Bronks, Nyu-York ştatı)—1977-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmış Amerikalı həkim və alim. Bu mükafatı radioimmun (RİA) texnikasını inkişaf etdirdiyinə görə qazanıb. Gerti Koridən sonra Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanan ikinci qadın amerikalı alimdir. == Həyatı == Amerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olub. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində alıb, sonra isə Velten orta məktəbinə daxil olub. 1937-ci ildə o, Hanter-kollecinə (hazırda Nyu-York Universitetinin bir hissəsi) qəbul edilib. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın olub.
Basmenc
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Jammer
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Jarden
Jarden (fr. Jardin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38199. Kommunanın 2006-cı il üçün əhalisi 2131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 194 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Jasron
Jasron (fr. Jasseron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01195. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1552 nəfər təşkil edirdi.
Jaumea
Jaumea (lat. Jaumea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Jaumea carnosa (Less.) A.Gray Jaumea chevalieri O.Hoffm. Jaumea helenae Buscal. & Muschl. Jaumea linearifolia (Juss.) DC. Jaumea peduncularis (Hook. & Arn.) Benth. & Hook.f. ex Oliv. Jaumea rotundifolia Mattf.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Joslen
Joslen — kişi adı. I Joslen (Edessa qrafı) — Edessa qrafı. II Joslen (Edessa qrafı) — sonuncu Edessa qrafı.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Co Dassen
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Yasəmən
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. == İstifadəsi == Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.