CAMAŞIRXANA
CAMIŞ
OBASTAN VİKİ
Came məscidi
Came məscidi (Bakı) — Bakı şəhərində memarlıq abidəsi. Came məscidi (Naxçıvan) — Naxçıvan şəhərində memarlıq abidəsi. Came məscidi (İrəvan) — İrəvan şəhərində memarlıq abidəsi.
Minarəli came
Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid. 1378–1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309–1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.
Came məscidi (Bakı)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
Came məscidi (Naxçıvan)
Came məscidi — Naxçıvan şəhərində memarlıq abidəsi. == Tarixi == Memarlıq konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" – deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 1960-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı zünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram" - deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Came məscidi (Toronto)
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır. Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış və burada şəhərin ilk islam mərkəzini qurmuşdur. == Tarixi == Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir. İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır. == Mübahisələr == Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir.
Alhagi camelorum
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.
Artemisia camelorum
Artemisia camelorum (lat. Artemisia camelorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum cameronense
Bulbophyllum cameronense (lat. Bulbophyllum cameronense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cameronense növü Qərbi Malayziya üçün endemik növdür.
Camek məscidi
Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir. == Tarixi == Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi. == Memarlığı == Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var.
Camel
Camel (musiqi qrupu)
Fumaria camerarii
Vaylant şahtərəsi (lat. Fumaria vaillantii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Sinonimləri == Fumaria camerarii Bubani Fumaria chavinii Reut. Fumaria officinalis Hohen. [Illegitimate] Fumaria parviflora subsp. vaillantii (Loisel.) Hook.f. Fumaria spicata Balb. ex Parl. Fumaria tenuiflora Janka ex Nyman Fumaria vaillantii f. longibracteata Panov Fumaria vaillantii var.
Giraffa camelopardalis
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.
Metaseiulus camelliae
Metaseiulus camelliae (lat. Metaseiulus camelliae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Phytoseius camelot
Phytoseius camelot (lat. Phytoseius camelot) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius camelot Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Psychotria camerunensis
Psychotria camerunensis (lat. Psychotria camerunensis) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Tahabad-i Cameşuran (Qürvə)
Tahabad-i Cameşuran (fars. تاه آباد جامه شوران‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 478 nəfər yaşayır (107 ailə). Əhalisini kürdlər təşkil edir.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdır Kemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Laurus camelilla
Ocotea odorifera (lat. Ocotea odorifera) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Laurus odorifera Vell.
Camelostalix
Coelogyne (lat. Coelogyne) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Becium cameronii
Ocimum fimbriatum var. fimbriatum (lat. Ocimum fimbriatum var. fimbriatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin reyhan cinsinin ocimum fimbriatum növünə aid bitki yarımnövü.
Ocimum cameronii
Ocimum fimbriatum var. fimbriatum (lat. Ocimum fimbriatum var. fimbriatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin reyhan cinsinin ocimum fimbriatum növünə aid bitki yarımnövü.
Orthosiphon cameronii
Ocimum fimbriatum var. fimbriatum (lat. Ocimum fimbriatum var. fimbriatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin reyhan cinsinin ocimum fimbriatum növünə aid bitki yarımnövü.
Salvia camertonii
Salvia elegans (lat. Salvia elegans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia incarnata Cav.

Digər lüğətlərdə