CİSMƏN

zərf [ ər. ] Bir cisim olaraq, bir varlıq kimi; bədəncə. Cismən ayrılmaq.
– Cismən cərgəmizdə yoxsan da əgər; Sənət dünyasında həmişə varsan. S.Rüstəm.
Bugünkü işləri ilə … [qız] cismən ölüb getmiş atasını ruhən yaşatmağa başlamışdı. S.Rəhman.

CİSMANİ
CİV-CİV

Digər lüğətlərdə