Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buick
Byuik- Buick — bir ABŞ avtomobil markasıdır. == Mənşəyi == Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar. == Tarixi == “Byuik” firmasının (“Buick Motor Car Company”) əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə “Ceneral Motors” (“General Motors”) konserni ilə birləşmişdir. == Növləri == 4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox “Buick Enclave”, “Buick La Crosse”, “Buick Lucerne” modelləri istehsal edilir.
Junco
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Jupica
Abolboda (lat. Abolboda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin ksiriskimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Chloerum Willd. ex Spreng. Jupica Raf. Poarchon Mart. ex Seub.
Brassica juncea subsp. juncea
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Brassica juncea var. juncea
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Amblyseius juliae
Amblyseius juliae (lat. Amblyseius juliae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius juliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anethum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Apium dulce
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Artemisia juncea
Artemisia juncea (lat. Artemisia juncea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis juncea
Baccharis juncea (lat. Baccharis juncea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Brassica juncea
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Coronilla juncea
Coronilla juncea (lat. Coronilla juncea) — paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Crucifera juncea
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Emilia juncea
Emilia juncea (lat. Emilia juncea) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Eremogone juncea
Eremogone juncea (lat. Eremogone juncea) — qərənfilkimilər fəsiləsinin eremogone cinsinə aid bitki növü.
Foeniculum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Hordeum juliae
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Jaime Halsey
Jaime Halsey (qızlıq soyadı: Moore; d. 16 avqust 1970; Nortqempton, İngiltərə) — Birləşmiş Krallığı təmsil edən batut gimnastı. Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığın bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Halsey, 59.90 xal topladı və 12 idmançı sırasında sonuncu, 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Luici Bokkerini
Luici Bokkerini (it. Luigi Boccherini; 19 fevral 1743[…], Lukka, Toskana – 28 may 1805[…], Madrid) — İtaliyalı bəstakar.
Luici Dallapikkola
Luici Dallapikkola (3 fevral 1904[…] – 19 fevral 1975[…], Florensiya) — italyan bəstəkarı, pianoçu == Həyatı == Fortepiano (1924) və kompozisiya (1931) sinifləri üzrə Florensiya konservatoriyasını bitirmişdir. Həmin konservatoriyada dərs demişdir (1934–67 illərdə fortepiano sinfi üzrə professor). == Fəaliyyəti == Yaradıcılıq yolunun başlanğıcında neoklassisizmə yaxın olmuşdur. 1930-cu illərin ortalarından onun bəstəkarlıq texnikasının əsasını dodekafoniya təşkil etmişdir. Melodiya, diatonika ("Marsia" baleti; 1948, Venesiya) və tonallıqdan tamamilə imtina etmədən Dallapikkola özünün "lirik dodekafoniya" üslubunu yaratmışdır. Sapfo, Alkey və Anakreontun şeirlərinə səs və instrumental ansambl üçün yazdığı "Yunan şeirləri" bütünlüklə dodekafoniya əsəridir (1945). Antifaşist ruhlu triptix ("Məhbəs mahnıları" kantatası, 1941;1949 ildə radio ilə səslənmiş birpərdəli "Məhbus" operası 1950 ildə Florensiyada tamaşaya qoyulmuşdur; "Qurtuluş nəğmələri" kantatası, 1955) və əvvəllər yazdığı musiqidən mövzuların daxil olduğu "Uliss" operası (Homerin "Odisseya" əsəri üzrə öz librettosu, 1968, Berlin) bəstəkarın ən məşhur əsərləridir. Musiqi tənqidçisi kimi də çıxış etmişdir. K.Monteverdinin "Ulissin vətənə qayıtması" operasının (1942) və M.P. Musorqskinin "Sərgidən şəkillər" fortepiano silsiləsinin (1940) redaksiyalarını həyata keçirmişdir. == Mənbə == Dallapikkola // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Luici Eynaudi
Luici Eynaudi — İtaliyanın ikinci prezindenti (12 may 1948-11 may 1955). Liberal partiyasını təmsil edib.
Luise Stablein
Luise Stablein (15 sentyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Luise Stablein Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Ice Spice
Ice Spice (Əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000, Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ) — amerikalı repçi. Nyu-York şəhərinin Bronks bölgəsində böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb. Ice Spice 2022-ci ilin sonlarında TikTok hit mahnısı "Munch (Feelin' U)" ilə məşhurluq qazandı. O, "Bikini Bottom" və "In Ha Mood" sinqllarını yayımladı, bunun ardınca debüt mini-albomu Like..? buraxıldı. Aysis Lil Tjay ilə əməkdaşlıq edərək "Gangsta Boo" mahnısını buraxdı, mahnı Billboard Hot 100 hit-paradında ilk 100-ə daxil oldu. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəldi, Aysisin Teylor Sviftin "Karma" mahnısına olan remiksi 26 may 2023-cü ildə yayımlandı. Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər. The New York Times və Billboard kimi nəşrlər onu "repin yeni şahzadəsi" adlandırıblar.
Büdcə
Büdcə (ing. budget; qədim Normand dilindən: bougette — pulla dolu çanta, dəri çanta, pul bağlaması, pul kisəsi) — hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir. == Büdcə avansı == Hər hansı dövlət xərcinin icra edilməsi üçün büdcə sənədlərinə xərc yazılmadan ödənilən nağd vəsaitdir. Məsələn, tenderi udan hər hansı bir şirkətin işə başlaya bilməsi üçün ona avans verilir. Bu avansın qarşılığı olan iş görülüb xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və avans müqaviləsi bağlanır. == Büdcə hesabı == Hər hansı məqsədlərin reallaşması üçün dövlət tərəfindən birbaşa maliyyələşdirilən müəssisənin, təşkilatın bank hesabı. Həmin müəssisə bu hesabdan yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə edə bilər. == Mənbə == Dövlət Maliyyəsi terminləri lüğəti, Dr.İ.Əhmədov, K.Aslanlı, Ş.Əhmədov, Bakı – 2008.
Düzce
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Düzcə
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Külcə
Külcə (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа) və yaxud İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
TWICE
Twice (kor. 트 와이스; yapon: トゥワイス) — JYP Entertainment tərəfindən qurulmuş 9 nəfərdən ibarət Cənubi Koreyalı qız qrupu. Qrup üzvləri Nayeon, Conyon, Momo, Sana, Cihyo, Mina, Dahyun, Çeyonq və Tzuyudur. "Twice" 2016-cı ildə çıxan "Cheer Up" sinqlı ilə şöhrət qazandı. Mahnı Gaon Digital Chart-da (가온 디지털 차트) birinci oldu və "İlin Ən Yaxşı Sinql" olaraq seçildi. Bu mahnı Melon Music Awards və Mnet Asian Music Awards -da "İlin Ən Yaxşı Mahnısı" mükafatlarını da qazandı. Üçüncü EP "Twicecoaster: Lane 1"-dən sonrakı sinql "TT", dörd həftə birinci nömrədə qaldı. Bu EP, ilin sonuna qədər 350 nüsxə sataraq 2016-cı ilin ən az satılan K-Pop qız qrup albomu oldu. Debütdən sonra 19 ay ərzində Twice -in dörd EP və xüsusi albomları ümumilikdə 1 milyondan az nüsxə satdı. Warner Music Japan adı altında "#Twice" albomunu buraxaraq 28 İyun 2017-ci ildə Yaponiyada rəsmi olaraq debüt etdilər.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Büdcə ayırmaları
=== Büdcə (təxsisatları) ayırmaları - Büdcə bölgüsü sənədinə əsasən nazirliklərə, büdcə təşkilatlarına çatacaq pul vəsaiti. ===