MƏDƏ

I. i. stomach

II. s. stomachal, gastric ~ xəstəlikləri gastric disease; ~ şirəsi fiziol. gastric juice; ~ yarası stomach ulcer; ~ xorası gastric ulcer; ~ pozğunluğu indigestion, diarrhoea

MƏDDAHLIQ
MƏDƏ-BAĞIRSAQ
OBASTAN VİKİ
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2–3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Mədə xərçəngi
Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş. Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir.
Mədə qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Mədə-bağırsaq qanaxmaları
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. == Terminologiya == Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. == Coğrafiya == Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır. Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri == Ümumi məlumat == Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir. Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Elm və mədəniyyət haqqında mühakimələr
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır. Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.
Erməni-Azərbaycanlı mədəniyyət əlaqələri
Azərbaycan–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. == İstinadlar == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Ermənistan mədəniyyəti
Ermənistan mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir. Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI–V əsrlərdən başlayır və daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ — orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur. XV–XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövləti yaradılır.
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011, XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017, İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020, Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili.
Filiştlilərin Mədəniyyət Muzeyi
Filiştlilərin Mədəniyyət Muzeyi (המוזיאון לתרבות הפלשתים ע"ש קורין ממן - Corinne Mamane Museum of Philistine Culture) bir arxeoloji muzey Aşdod, İsrail Bu araşdırır mədəniyyət Filiştlilər ki, şəhər ərazisində yaşamışdır. muzey Filiştlilər mədəniyyətinə həsr olunmuş dünyada yeganə muzey. Bu 1990-cı ildə Aşdod açılan ilk muzey idi. Corinne Mamane Mərakeş da Casablanca doğulmuş yəhudi tələbəsi idi. O, universitet tədqiqatlar zamanı Fransa bir avtomobil qəzasında 1984-cü ildə həyatını itirdi. muzey 3 mərtəbədən ibarətdir. ilk Filiştlilər mədəniyyət sərgisidir. ikinci sərgi dəyişdirilməsi üçün. üçüncü mərtəbədə Ege dənizində qida mədəniyyəti tədqiq «Filiştlilər Mətbəx" həsr olunur.
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. == Tarixi və əsasnaməsi == Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Gürcüstan mədəniyyəti
Gürcüstan mədəniyyəti (gürc. ქართული კულტურა) — Gürcüstanda mədəniyyət. == Təsviri incəsənət == 1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı. Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi.
Gürcüstanda mədənçilik
Gürcüstanda mədən sənayesi yüzillər boyu mövcuddur. Bu gün Gürcüstanın mineral sənayesi manqan, mis və müxtəlif növ daşları istehsal edir. Gürcüstan iqtisadiyyatı son illərdə əhəmiyyətli bir iqtisadi inkişaf yaşasa da, dağ-mədən və metallurgiya sektorunda inkişaf nəzərə çarpmadı. == Tarix == Gürcüstanda metal mədəni e.ə. VI-V minilliklərdə mislə başladı. Qızıl mədəninin fəaliyyəti də də qədim zamanlardan bəri mövcuddur. XVII əsrdə gümüş mədənləri Gürcüstan üçün, xüsusən İmeretidə əsas zənginlik mənbəyi olaraq qalırdı, mis hasilatı isə on səkkizinci əsrin əvvəllərində Kartlidə inkişaf etmişdi. Sovet dövründə Gürcüstanda arsen, barit, bentonit, kömür, mis, diatomit, qurğuşun, manqan, zeolit və sink daxil olmaqla bir sıra minerallar çıxarılırdı. Bu mineralların çoxu az miqdarda olmasına baxmayaraq hələ 2005-ci ildə də istehsal olunurdu. Filiz ehtiyatları tükənsə də, ölkə bir əsrə yaxın yüksək dərəcəli manqan filizinin əsas istehsalçısı olmuşdur.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə mədəniyyəti
Gəncə şəhərinin əsası 859-cu ildə qoyulmuşdur. E.ə. VII əsrdə skiflərin qurduğu İşquzun özəyinin midiya dilindəki adı Sakaşen (Azərbaycan Respublikasının qərbində, indiki Gəncədə) idi. Gəncə Şəddadilərin və Gəncə xanlığının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdur. Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burada həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 dən artıq insan iştirak edir. İncəsənət nümayəndələri ilə yanaşı yaxşı olardı ki, respublikamızın mərhum aktyorları Zülfügar Baratzadə və Məhəmməd Bürcəliyev, Ələddin Abbasov və Sədayə Mustafayeva kimi sevilən incəsənət xadimlərini də qeyd edək. Müğənni Şahnaz Haşımova həmçinin Azərbaycanın Xalq Artisti adına layiq görülüb.
Het mədəniyyəti
Het mədəniyyəti — e.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada mövcud olan Het adlı qədim dövlətin mədəniyyətidir. Bu e.ə. 20-19-cu əsrlərdə hetlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Xattusa və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kuşşara padşahı Anitta Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Het sülaləsinin əsasını qoyan Labarna Het dövlətinin ərazisini daha da genişləndirmişdir. == Het mədəniyyətinin formalaşması == Het mədəniyyətində əsasən hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Het mədəniyyətində öz əksini tapmışdır. Akkad sülaləsinin ən görkəmli nümayəndələri olan Sarqon (2316-2261) və Naram-Suen (2236-2200) ilə bağlı rəvayətlər Het ədəbiyyatında da öz əksini tapmışdır.
Hett mədəniyyəti
Het mədəniyyəti — e.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada mövcud olan Het adlı qədim dövlətin mədəniyyətidir. Bu e.ə. 20-19-cu əsrlərdə hetlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Xattusa və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kuşşara padşahı Anitta Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Het sülaləsinin əsasını qoyan Labarna Het dövlətinin ərazisini daha da genişləndirmişdir. == Het mədəniyyətinin formalaşması == Het mədəniyyətində əsasən hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Het mədəniyyətində öz əksini tapmışdır. Akkad sülaləsinin ən görkəmli nümayəndələri olan Sarqon (2316-2261) və Naram-Suen (2236-2200) ilə bağlı rəvayətlər Het ədəbiyyatında da öz əksini tapmışdır.
Heydər Əliyev Mədəniyyət Mərkəzi
Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir. Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (kitab)
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (KazSUCA) Rusiyanın Tatarıstan bölgəsində Kazan şəhərində yerləşir. == Heyət == Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qurucusu Rusiya Federasiyası Mədəniyyət Nazirliyidir. Universitetin rektoru Rivkat Yusupovdur. KazSUCA, 32 professor, 107 baş müəllim, 148 elmlər doktoru da daxil olmaqla 300-dən çox müəllim ilə təmsil olunur. Universitetin 70-ə yaxın professor və müəlliminə Tatarıstan Respublikasının və Rusiya Federasiyasının fəxri adları verilmişdir, bunların arasında Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatları laureatları da var. Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təxminən 3000 tələbə var (əyani və qiyabi fakültələrdə təhsil alanlar). Universitet 9 fakültə, 30 bölmədən ibarətdir. KazSUKA 25 lisenziyalı proqramı, 3 magistr proqramını, 5 mütəxəssis proqramını yerinə yetirir. == Beynəlxalq fəaliyyət == Beynəlxalq fəaliyyət Universitetin inkişafı və modernləşdirilməsinin prioritet istiqamətlərindən biridir və təhsil məkanının genişləndirilməsinin, universitet elminin inkişafının, beynəlxalq təhsil müəssisələri ilə sosial və mədəni qarşılıqlı əlaqələrin strateji yollarından biri kimi qəbul edilir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Universitet xarici liseylər və universitetlərlə birbaşa ünsiyyət qurur.
Kaşivazaki türk mədəniyyət kəndi
Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura, türk. Kashiwazaki Türk Kültür Köyü) – Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır. == Tarixi == Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır. Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır. Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub. 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir. Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır. Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir. == Xüsusiyyətlər == Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi.
Keytay mədəniyyəti
Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etmişdir. Yapon dilində mobil telefona "keytay denva" (携帯電話) və ya qısaca "keytay" (携帯電話) deyirlər. Ona görə də Yaponiyadakı mobil telefon mədəniyyətini Keytay mədəniyyəti də adlandırırlar. Yaponiyada mobil telefondan istifadə geniş yayılmışdır və yayılmağa da davam edir. 2013-cü ildə əhalinin 39,1%-nin mobil telefonu olduğu halda, 2021-ci ildə bu rəqəm 74,3%-ə çatmışdır. == Xüsusiyyətlər == Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etdiyi üçün bu hal Qalapaqos sindromu adını almışdır. Yaponiyada mobil telefon mədəniyyətinin populyar elementlərindən biri romanlardır. Mobil telefon romanı və ya keytay romanı mobil telefon vasitəsilə yazılan roman növüdür və Yaponiyada ədəbi janra çevrilmişdir. Mobil telefon ədəbiyyatı ilə əsasən həvəskarlar məşğul olsa da, bəzi əsərlər populyarlaşaraq kitab şəklində çap oluna bilir. Yaponiyada mobil telefon vasitəsilə yazılmış ən məşhur roman olan "Dərin sevgi" (2002) əsasında film, serial və manqa istehsal olunmuşdur.
Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu
Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu — Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinində qoruq. == Coğrafi mövqeyi == "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir. == Ümumi məlumat == Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir. “Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır. Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır. Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. 1948-ci ildən başlayaraq 1990-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib.
Kiffiy mədəniyyəti
Kiffiy mədəniyyəti — E.ə. 8–6 min il əvvəl Saxara səhrasının ərazisində mövcud olan mədəniyyətin adı. E.ə. 8–6-cı minilliklərdə Afrikada Saxara ərazisi rütubətli iqlimə malik idi. 2000-ci ildə Nigerin Tenera səhrasının Qobero rayonunda aparılan arxeoloji qazıntılar zamanı həmin mədəniyyətə aid insan qalıqları aşkar edilmişdir. Kiffiylər ovçuluq və yığıcılıqla məşğul olurdular. Onların yaşadıqları ərazidə Savanna üçün xarakterik olan iri heyvanların sümüklərinin qalıqlarının tapılması sübut edir ki, onlar vaxtilə bu ərazidə mövcud olmuş gölün sahillərində yaşamışdır. Kiffiylər hündürboylu idilər, boyları 1 m 80 sm-dən çox olmuşdur. Kiffiy mədəniyyəti e.ə. 6000-ci ildə, Saxara səhrasında uzunmüddətli quraqlıq baş verdiyi dövrdə yoxa çıxmışdır.
Koreya milli festivalı mədəniyyəti
Koreya Milli Festivalı (Hanqıl: 한국전통축제)- Uzun illər boyu koreya xalqı arasında keçirilən Koreya Milli və Yerli festivallarıdır. Koreya ənənəvi festivalları əsasən kənd təsərrüfatı ayinlərinə və miflərinə əsaslanır. " Seolnal (설날) — Yeni il günü " və " Çusok (추석) — Məhsul festivalı " ən böyük festivallar olaraq bilinir. Digər festivallara " Daeboreum (대보름) , Meoseumnal, Yeongdeungje , Samjinnal (삼짇날) , Hansik (한식) , Chopail (부처님 오신 날) , Dano (단오) , Yudu , Sambok , Chilseok (칠석) , Baekjung , Jungu , Sangdalgosa , Sondolpoong , Dongji (동지) , Seotdal Geumeum , Seotdal Geumeum (섣달그믐) və s. aiddir. Koreyada ilin hər ayına uyğun festival vardır. == 설날 Seolnal == Lunar təqviminə görə qeyd olunan Yeni ildir. Şükran günü kimidə tanınır. 설 sözü tanıdıq olmayan, yeni gələn ilin yeniliyini ifadə edən sözdən qaynaqlanır , 날 isə "gün" deməkdir. Koreyada Seolnalı qeyd etməyə nə vaxt başlandığı bilinmir amma festivalın rituallarının 6-cı əsrə dayandığı güman edilir.
Koreya mədəniyyəti
Koreya mədəniyyəti — Müasir zamanda Koreyanın iki yerə Şimal və Cənuba bölünməsi mədəniyyətdə də parçalanmaya səbəb oldu. Lakin buna baxmayaraq, Koreyanın ənənəvi mədəniyyəti 5000 ildən çox tarixi olan hər iki dövləti birləşdirir və ən qədimlərdən biri hesab olunur. == Tarixi == Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi hökmdar Tanqunun dövrünə təsadüf edir. O, Allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalarını birləşdirdi. Bu dövlətlərdə mədəniyyətə xüsusi yer verilirdi. Yüksək vəzifəli koreyalıların məzarları üzərində abidələr - masa şəklində dolmenlər qurulurdu..

Digər lüğətlərdə