CÜLYƏ

(Borçalı, Çənbərək, Gədəbəy, Qazax, Şəmkir, Tovuz)
1. gölməçə. – Malqara cülyədən su içər (Gədəbəy); – Cülyədə su duror, yağışdan sonra mal-qara ordan su içer (Tovuz); – Yayda Ceyran çölündəki cülyələrdə su çox olur (Şəmkir)
2. quyu. – Mənim bir cülyəm var səkkiz-on arşın, bir suyu var kın bumbuz (Qazax)
CÜLVƏLƏMMAX
CÜMBƏCÜŞ