Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kömürdağ
Gömürdağ və ya Kömürdağ: Gömürdağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunun qərb hissəsində dağ. Hündürlüyü 3037 m. Gömürdağ (dağ, Naxçıvan) — Zəngəzur silsiləsinin mərkəzi hissəsində dağ. Naxçıvanla Ermənistan sərhədində Qapıcıq dağından şimaldadır. Hündürlüyü 3364 m.
Qoturdağ
Qoturdağ (Şahbuz) — Şahbuz rayonunun şimal hissəsində dağ. Hündürlüyü 2046 m. Qoturdağ — Qəbələ rayonu ərazisində dağ; Qoturdağ — Qobustanda palçıq vulkanı.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Qoturdağ (Şahbuz)
Qoturdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub-şərq yamacında zirvə. Günbəzvari formadadır (hünd. 2050,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsinə cavab verən Mərzəsuyal silsiləsinin ən yüksək zirvəsi. Naxçıvançayla Nursuçayın suayırıcında, Kolanı kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin flüviqlasial törəmələrindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Kolanı-Zırnel antiklinalının cənub-cənub-şərq periklinal hissəsində yerləşir.
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır. Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.