Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Küçəli
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yuxarı Küçəli
Yuxarı Küçəli (fars. كوچلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Küçəli (Şot)
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Küçəli (Şövt)
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yuxarı Küçəli (Şot)
Yuxarı Küçəli (fars. كوچلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Körpəli
Körpəli (Armavir)
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Cüməli (Xudabəndə)
Cüməli (fars. جمعه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (24 ailə).
Cüməli (Zəncan)
Cüməli — İranın Zəncan ostanında kənd. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 41 km qərbdədir.
Füzuli küçəsi
Füzuli küçəsi (Bakı)
Günəş küləyi
Günəş küləyi — Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s.
Hərb küçəsi
Hərb küçəsi — Azərbaycanda, İçərişəhərdə yerləşən küçə. Mirzə Əhməd məscidi burada yerləşir.
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir.
Kürehi
Kürehi — İranın Fars ostanının Bəvanat şəhristanının Sərçihan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,158 nəfər və 807 ailədən ibarət idi.
Küçeyi
Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır. Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.
Lucəli
Lucəli və ya Locanlı — İranın Şimali Xorasan ostanının Şirvan şəhristanının Sərhəd bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 701 nəfər və 174 ailədən ibarət idi.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Rumeli
Rumeli (Osmanlı türkcəsi: روم اىلى Rumili) — Osmanlı imperiyası dönəmində XV əsrdən etibarən Balkan yarımadasının cənubuna verilən addır. Rumeli sözündəki Rum sözü "Bizans imperiyası təbəliyində olan torpaqlar, xalqlar" mənasını verir. Osmanlı türkləri Avropaya gəldikdən sonra, burada fəth etdikləri yerlər də Rumeli adlandı. XI-XII əsrlərdə Bizans hakimiyyətində olan Anadolu torpaqları Diyar-i rum (Roma (Rum) ölkəsi), Anadoluda hakimiyyətdə olan səlcuq türklərinə də Rum səlcuqları deyilirdi.
Eupatorium kupperi
Ageratina kupperi (lat. Ageratina kupperi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir. Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb.
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.