Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır.[1]
Küçeyi | |
---|---|
41°19′35″ şm. e. 48°42′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.[3]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |