Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Nüvəcik
Nüvəcik - nüvə daxilində yerləşən, öz membran örtüyünə malik olmayan, ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcik. İşıq və elektron mikroskop altında yaxşı görünür. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi: zülallar, RNT, Risobomlar, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəciyin membranı yoxdur, nüvə şirəsi ilə həmişə təmasda olur. Hüceyrənin bölünmə ərəfəsində nüvəcik parçalanır, bölünmənin son mərhələsində yenə bərpa oluur. Ona görə nüvəcik yalnız bölünməyən hüceyrələrdə görünür. Nüvəcikdə risobom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Küməcin (Əbhər)
Küməcin (fars. كماجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Qar kürəciyi
Qar kürəciyi — əsasən şüşədən düzəldilmiş və çox vaxt landşaft modeli ilə birlikdə bir növ kiçildilmiş səhnəni əhatə edən şəffaf kürə. Həmçinin kürəciyin içini su əhatə edir. Suyun vasitəsilə kürəni tərpədəndə ağ zərrəciklər qar lopası kimi yağır.
Kürəvi ildırım
Kürəvi ildırım — parlaq işıq saçan, səssiz və nisbətən yavaş hərəkət edən, müxtəlif rəngli və ölçülü (bir neçə santimetrdən bir-iki metrə qədər) sferoid formalı nadir ildırım növünə deyilir. Kürəvi ildırım əsasən xətti ildırım boşalmasından sonra əmələ gəlir. Kürəvi ildırım asanlıqla binalar pəncərə, baca vasitəsilə daxil ola bilir. Kürəvi ildırım bir neçə saniyədən bir neçə dəqiqəyədək fəaliyyət göstərərək, güclü partlayışla yox olur.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. == Tarixi == İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. == Xüsusiyyətləri == Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır.Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir.Tutacaqlar düz və ya əyri ola bilər. Əyri kürəyə nisbətən düz kürək itələmə bucağını dəyişməyi asanlaşdırır və qar daha rahat tullanır. Uzun tutacaqlar istifadəçiyə qarı tullamaq üçün öz çəkisini istifadə etməyə kömək edir, qısa tutacaqlar isə qarı tullamağı asanlaşdırır.
Yer kürəsi
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürehi
Kürehi — İranın Fars ostanının Bəvanat şəhristanının Sərçihan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,158 nəfər və 807 ailədən ibarət idi.
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Yer Kürəsi Nizamnaməsi
Yer Kürəsi Nizamnaməsi — ədalətli, davamlı və dinc qlobal dünya qurmaq üçün başlıca etik prinsipləri özundə əks etdirən, global asılılıq və universal məsuliyyət üzərində qurulmuş bəyannamədir. Bu, 21-ci əsrdə insanların üzləşdiyi kritik çətinlikləri və seçimləri müəyyən etməyə cəhd göstərir. Bunun prinsipləri "bütün fərdlərin, qurumların, biznes təşkilatlarının, hökümətlərin və beynəlxalq orqanların işinə bələdçilik eləmək və qiymətləndirmək üçün ortaq standard kimi tərtib edilmişdir." Yer Kürəsi Nizamnaməsi 1990-cı illər ərzində ortaq məqsədlər və dəyərlər uğrunda icra edilən onilliyin, dünyəvi və mədəniyyətlərarası dialoqun məhsuludur. Bu proses hər hansı bir beynəlxalq sənədin yaradılmasında göstərilə biləcək yetərincə açıq və iştirakı konsultasiyaları özündə əks etdirən etik bələdçi kimi Yer Kürəsi Nizamnaməsinin qanuniliyinin əsas mənbəyidir. == Tarix == Yer Kürəsi Nizamnaməsi ideyası 1987-ci ildə BMT-in Etraf Mühit və Inkişaf üzrə Dünya Komissiyasının ətraf mühitin qorunması və davamlı inkişaf üçün, davamlı inkişafın əsas prinsiplərini özündə formalaşdıran "yeni nizamnamənin" yaradılması teklifi esasında yarandı. Beynəlxalq səviyyədə qəbul edilən Yer Kürəsi Nizamnaməsini yaratmaq məqsədi ilə Rio de Janeyroda Dünya Sammiti təşkil edilir. Lakin hökumətlər razılığa gəlməyə müvəffəq olmayıb, nizamnamə əvəzinə Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsini qəbul edirlər. Rio Yer Sammitinin baş katibi Maurice Strongun liderliyi altında, Yer Sammiti razılaşmalarının yerinə yetirilməsini gücləndirmək və davamlı inkişaf üzrə milli şuraların formalaşmasını müdafiə etmək üçün Yer Kürəsi Şurası yaradılır. Yer Kürəsi Şurasının sədri Maurice Strong və Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Mixail Qorbaçov Yer Kürəsi Nizamnamesini layihələndirmək üçün vətəndaş cəmiyyəti təşəbbüsünü başladı. Holland hökuməti ilk maliyyə dəstəyini təmin edir.
Aleksandr Kurepin
Aleksandr Kurepin - keçmiş Sovet Ordusunun və Ermənistan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində döyüşmüş keçmiş polkovnik-leytenantı. SSRİ dağıldıqdan sonra əvvəlcə 1992-ci ildə Moldovada baş verən Dnestryanı müharibəsində separatçıların tərəfində döyüşüb. Sonra həmin il Qarabağa gələrək erməni separatçılarının və Ermənistan Ordusunun tərəfində döyüşüb. Özünün iddiasına görə 1992-1994-cü illər ərzində Qarabağda Azərbaycan Ordusuna aid 69 hərbi texnikanı məhv edib. == Döyüşlərdə iştirakı == Kurepin Sovet Ordusunda xidmət edərkən TƏİR kompleksləri, əsasən Malyutka sistemi üzrə professional təlim keçib. Qarabağda müharibənin getməsi barədə xəbər aldıqda 1992-ci ildə Moskvadakı Ermənistan nümayəndəliyinə müraciət edərək müharibədə Ermənistana kömək etmək istəyində olduğunu bildirib. Həmin ilin iyul ayında əvvəlcə İrəvana, daha sonra Qarabağa, Xocavənd rayonuna yola düşüb. Burada o məşhur erməni terrorçusu Monte Melkonyanın rəhbərliyi altında döyüşlərə qatılıb. Burada o etnik ruslardan ibarət 9 nəfərlik dəstəyə rəhbərlik edirdi. 1992-ci ilin noyabr ayına bu dəstədən yalnız 2 nəfər sağ qalmışdı.
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olurKerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Yela Kreçiç
Yela Kreçiç (sloven. Jela Krečič) — sloven jurnalist, Slavoy Jijekin həyat yoldaşı. == Həyatı və fəaliyyəti == 1979-cu ildə Lyublyanada doğulmuş, Lyublyana Universitetində təhsil alıb, Sloven avanqardı haqda tezisini müdafiə etdikdən sonra 2009-cu ildə Fəlsəfə doktoru olmuşdur. 20 may 2013-cü ildə filosof Slavoy Jijeklə evlənmişdir. Sloveniyanın Delo qəzetində çalışır. Deynəlxalq arenada tanınması 2013-cü ilin dekabrı Culian Assanjdan aldığı müsahibə sayəsində olmuşdur.
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. == Həyatı və təhsili == 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Şəmsəddin Kuzəçi
Şəmsəddin Kuzəçi (türk. Şemsettin Küzeci 1965, Kərkük)- Tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. == Həyatı == 1965-ci ildə Kərkükdə anadan olub. 1984-cü ildə Mosul Universitetinə qəbul olub və 1989-cu ildə Universiteti bitirib. 1992–1996-cı illərdə Kərkük Liseyində dərs keçib. 1992–1995-ci illərdə Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlayaraq təqdim edib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilib Üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. 1996-cı ildə siyasi səbəblərdən İraqdan Türkiyəyə köçüb. 2015-ci ildə öz istəyi ilə təqaüdə çıxıb. Kərkük, Burada Musalla liseyində müəllim olaraq çalışır.