Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bürsülüm
Bürsülüm — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 4089 nəfərdir. == Toponimiyası == Limər çayının (Lənkəran çayının qolu) sağ sahilində, Peştəsər silsiləsinin yamacında yerləşən bu kənd XIX əsrin sonlarında Anzolu, Təngəbin və b. kəndlərdən çıxmış ailələrin onlara məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim bür/bürmə (qalın kolluq) və sülüm (tikanlıq) sözlərindən düzəlib. Oykonim qışlaq yerinə xas olan "kollu, tikanlı sahə" deməkdir.
Kürçülü
Kürçülü (əvvəlki adı: Kürd Çullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Kürçülü yaşayış yeri
Kürçülü yaşayış yeri — Eyniadlı kəndin ərazisində yerləşir. Yaşayış yerinin ərazisi müasir tikintilərlə örtülmüşdür. Hazırda kəndin bəzi qismlərində möhrədən tikilmiş binaların, о cümlədən məscidin qalıqları qalmaqdadır. Kəndin içərisində köhnə tikintilərin ətrafında çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatına rastlanır. Keramika məmulatı inkişaf etmiş və Son Orta əsrlər dövrü üçün хarakterikdir. Ehtimal ki, yaşayış yerinin adı Qorçulu olmuş, sonradan isə leksik dəyişikliyə uğramışdır. Arxеoloji materiallara əsasən Kürçülü yaşayış yerini XV–XVIII əsrlərə aid etmək olar.
Gursulu
Gursulu — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd yerləşdiyi ərazidə gur sulu bulaqların olmasına görə belə adlandırılmışdır.
Ursulus
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Ramazan Kurşunlu
Ramazan Kurşunlu (7 iyul 1981, İzmir) — türk futbolçu və məşqçi. == Futbol karyerası == Əslən Antalya Korkuteli rayonundandır. 7 yaşlı ağsaqqalın sayəsində Altayda futbol oynamağa başladı. Altay 'ın infrastrukturunda 12 il oynadıqdan sonra 2000-ci ildə Altay A Komandasının hədəfinə keçdi. O, 2003–04 mövsümünün əvvəlində "Beşiktaş" a transfer olunub. Gənc olmasına baxmayaraq, iştirak etdiyi matçlarda qapısını uğurla qoruyub. 2005–06 mövsümünün ortalarında "Diyarbakırspor" a icarəyə verilmiş və mövsümün sonunda "Beşiktaş"a qayıdıb. 2006–07 mövsümü üçün "Beşiktaş"ın heyətində başlasa da, dövrə zamanı "Ankaraspor"a icarəyə verilib. Mövsümün sonunda Hakan Arıkanın ifadəsi müqabilində ifadəsi ilə "Ankaraspor"a göndərilib. 2009-cu ildə Karşıyaka'ya transfer oldu.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. == Tərkibi == Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. == Hazırlanması == Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Turşulu yağışlar
Turşulu yağışlar — terminini 1872-ci ildə ingilis kimyəgəri Robert Smit özünün "hava və yağmur" əsərində irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədar olduqda sulfat, nitrat və digər turşular əmələ gəlir. Amonyak (NH) da turşulu yağmurların əsas komponentlərin-dən biri hesab olunur. Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazatı, torpağın defilyasiyası və s. aiddir. Alimlərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4–16 mln. ton kükürd birləşmələri ayrılır. Hər il atmosferə kükürd — 2 oksid və azot oksidləri daxil olur.
Turşulu ət