Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Katban (Salmas)
Katban (fars. كتبان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
Sünbaş (Şaran)
Sünbaş (başq. Сөнбаш, rus. Сюньбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Nürəy): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%), tatarlar (27%) üstünlük təşkil edir.
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Les Kurbas adına Lvov Gənclər Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Kotlas
Kotlas (rus. Ко́тлас) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən şəhər. Kotlas rayonunun və Kotlas şəhər dairəsinin mərkəzidir. Əhalisi — 61 902 nəf. (2017). == Etimologiyası == Yerli tarixçi və tədqiqatçı A.V. Kuznetsovun sözlərinə görə, Arxangelsk vilayətində yerləşən Kotlas şəhərinin adı ilə yanaşı, Rusiyanın bir çox onlarla oxşar adı Rusiyanın Şimalına səpələnmişdir. Çox vaxt kiçik çaylara, dərələrə aiddirlər. Məsələn, Voloqda rayonunun Nyuksen bölgəsində Kotlas çayı axır. == İqtisadiyyatı == Kotlas iqtisadiyyatının əsasını dəmir yolu və əlaqəli müəssisələr təşkil edir. Bu sənaye bütün gəlirlərin 40-45% -ni Kotlas şəhərinin büdcəsinə gətirir.
Kutabad
Kutabad (fars. کوت‌آباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 169 nəfəri kişilər və 180 nəfəri qadınlar olmaqla cəmi 349 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kutsan
KutSan — rütbəsi iki sözün Kut və San sözlərinin birləşməsindən yaranmışdır. == KUT == Kut (Qut) — Tanrının Göydən işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı Kut (Qut) adlandırmışdırlar. Kutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, qurultayda seçilən Xaqanın Tanrı Kutu alması kimi dəyərləndirilirdi. Sonralar Kut (Qut) sözü “ruh” anlamında şamanizm termini kimi işlənmişdir. Kut (Qut) sözü türk onomastikası üçün də doğmadır. Belə ki, Kut Tengri Xatuni, Kutan, Kutluğ, Qutqan, Kutlu/Qutlu, Kutadmış, Qutalmış kimi Türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bu gündə işlənir. Kitabi Dədə Qorqutda “ Bu ad, bu igidə qutlu olsun!” və Manas eposunda “Kuyruğuna kut düşmüş, Kutlu kula at kiminki?” deyimləri Kut (Qut) sözünün qutsal anlamını yaşadır. Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır. “Hökmdarlar iqtidarı Tanrıdan alırlar!” deyimini bizə çatdıran “Kutadğu Bilig” abidəsinin adında işlənən kutadğu sözünün özü də hakimiyyət, iqtidar anlamına gəlir. == Təqdimatı == Kut alıb başçı seçilən şəxs dağınıq boyları toplayıb xalqın gücünü artırmalı, acı doyurub, çılpağı geyindirməli, xalqın iqtisadi durumunu yüksəltməli, ədaləti, törəni, asayışı təmin etməli idi.
Reis ül-Küttab
Reis ül-Küttab (osm. رئيس الكتاب), və ya Rəis Əfəndi ( رئیس آفندی) — Osmanlı imperiyası bürokratiyasında böyük bir vəzifə daşıyırdı. "Katiblərin rəisi" və ya "baş katib" kimi tərcümə olunan bu postun sahibi əvvəlcə Xarici İşlər Nazirinin analoquna çevrilərək Sultan divanında xarici əlaqələrdən məsul olub. 1836-cı ildə Tənzimat islahatları dövründə Osmanlı Xariciyyə Nazirliyinin qurulması ilə reis ül-küttab adı rəsmi olaraq Xarici İşlər Naziri olaraq dəyişdirildi. == Tarixi == Reis ül-Küttab vəzifəsi İstanbulun fəthindən həmən sonra təssis edildi. Lakin katiblik ilk dəfə 1520-ci illərin əvvəllərində təsdiqlənmişdir və böyük ehtimalla Sultan Süleyman Qanuni tərəfindən(1520-66) yaradılmışdır. Baxmayaraq ki, onun yanında hökümətdə kiçik bir vəzifə kimi də mövcud ola bilərdi. Adından da göründüyü kimi - reis ül-küttab "baş katib" və ya "baş köməkçi" mənasını daşıyır. Vəzifə Osmanlı imperiyasında hökumətini quran sultan divanı (divan-ı hümayun) katiblərindən məsul idi.I Süleymanın hökmranlığından əvvəl katiblik funksiyaları "emin-i axham" ("qərarların qoruyucusu") və nişançı tərəfindən paylaşılırdı. Digər şərq İslam dövlətlərində olduğu kimi, divan əfəndinin yerli valilər (valilər) məclisinə rəhbərlik etdiyi Osmanlı vilayətlərində də mövcud idi.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kuyaş
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Kütb (Marağa)
Kütb (fars. ‎‎خطب‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (36 ailə).
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Etimologiyası == Bu kəndin adı azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. == Coğrafiya == Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10,000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] === Milli tərkibi === Durbaş kəndində yaşayanların şiə etiqadlı azərbaycan türklərindən ibarətdirlər.
Kubbar adası
Kubbar adası (ərəb. جزيرة كبر‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Fars körfəzində, Faylaka və Umm-əl-Maradim adaları arasında yerləşir. Qar və Umm-əl-Maradim adalarından sonra ən cənubda yerləşən ada sayılır. Dairəvi formaya malikdir, diametri 370–380 metr təşkil edir. Uzunluğu şərqdən qərbə 470 m, şimaldan cənuba isə 390 m təşkil edir. Sahəsi 0,14 km²-dır (14 ha). Subtropik iqlimə malik mərcan adasıdır. Qumlu ada şimal hissədə çimərliyə sahibdir. Qərb hissədə isə daşlı sahə vardır.
Kuhban (Miyanə)
Kuhban (fars. كهبان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 774 nəfər yaşayır (173 ailə).
Kulyaş Bayseyitova
Kulyaş Bayseyitova(19 aprel (2 may) 1912, Almatı, Rusiya imperiyası – 6 iyun 1957, Moskva, SSRİ) — Sovet qazax opera müğənnisi (lirik-koloratura soprano), dramatik aktrisa. İkinci dərəcəli iki Stalin mükafatı laureatı (1948, 1949). Bütün təyinat illərində "SSRİ xalq artisti" titulunun ilk sahiblərindən biri (1936) və həmçinin ən gənclərindən biri (Həlimə Nəsirovadan sonra). == Həyatı == Kulyaş Bayseyitova (qızlıq soyadı isə Beyisova) 1912-ci il aprelin 19-da (digər mənbələrə görə - 12 yanvar) Rusiya imperiyasının Verni şəhərində anadan olmuşdur; digər mənbələrə görə, o, Semipalatinsk vilayətinin Karkaralı rayonunun kəndlərindən birində, Sarı-Arka çöllərində anadan olmuşdur. Kulaş on iki yaşında Almatıya gətirildi və bir müddət internat məktəbində yaşadı.Bayseyitovanın təbii musiqi istedadı erkən özünü göstərdi. O, atası Zasından eşitdiyi mahnıları, zihri və kissanı əzbərləyib ifa edirdi. 1925-1928-ci illərdə o, Almatı Pedaqoji Kollecində oxuyub, həvəskar musiqiçilərlə iştirak edib. 1930-cu ildə Qızıl-Orduda qurulan Qazax Dram Teatrının studiyasına daxil oldu və 1929-cu ildə bu gün M.O. Ayezov adına Qazax Dövlət Akademik Dram Teatrı olaraq bilinən teatra köçürüldü. Aktyorluq və musiqi savadını öyrənərək teatrda kiçik epizodik rollar oynayırdı və tezliklə əsas rolları oynamağa başladı. 1933-cü ildə Kulyaş ömrünün sonuna qədər çıxış etdiyi Musiqili Teatrın (indiki Abay adına Dövlət Akademik Opera və Balet Teatrı) truppasına qatıldı.
Kurqaş (Arxangel)
Kurqaş (başq. Ҡурғаш, rus. Кургаш) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 16 km, kənd sovetliyindən (Bakaldı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%) üstünlük təşkil edir.
Kutans (rayon)
Kutans (fr. Coutances) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş. Suprefektura — Kutans. Rayon əhalisi 2015-cı ildə 71 055 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 1142 km².
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Rem Kulhas
Rem Kulhas (tələffüzü ['rɛm 'koːlɦaːs], hərdən Kulhaas (nid. Remment Koolhaas; 17 noyabr 1944[…], Rotterdam, Cənubi Hollandiya) — hollandiyalı tanınmış memar və nəzəriyyəçi. Eyni zamanda Horvard Universitetində dərs verməkdədir. == Həyatı == Rem Kulhas Hollandiya Televizor və Kino Akademiyasında başladığı təhsilini Londondakı Memarlıq Fondu Fakultəsində və Nyu-York ştatının İtaka şəhərindəki Kornell Universitetində davam etdirdi. Rem hələ də Hollandiyadakı OMA (Office for Metropolitan Architecture) və AMO (Architectuur Metropolitaanse Officie) qurumlarının idarəçisidir. 2005-ci ildə isə Mark Uigli və Ole Bouman ilə birlikdə "Volume Magazine" adlı jurnalı təsis etmişdir. 2000-ci ildə Pritsker mükafatını qazanan Rem Kulhas 2008-ci ildə "Time" jurnalı tərəfindən Dünyanın gedişini dəyişən 100 nəfər arasında göstərildi. == Mükafatları == 2000 Pritsker mükafatı 2001 Chevallier de Légion d'honneur 2003 Praemium Imperiale 2004 Kral Qızıl medalı 2005 Müasir Memarlıq üçün Avropa Memarlığı mükafatı 2007 Fəxri ad, Katolik Universiteti, Leuven, Belçika. == Tanınmış işləri == 1980-2002 Quqqenheym Muzeyi, Las-Veqas, ABŞ 1988 Hollandiya Rəqs Teatrı, Lahey, Hollandiya 1988 Lille Grand Palais, Lill, Fransa 1991 Neksus Evləri, Fukuoka, Yaponiya 1991 Villa dall’Ava, Sent-Kloid 1993 Kunsthal Zalı, Rotterdam, Hollandiya 1993-1997 Educatorium, Utrext, Hollandiya 1997-2003 MaKormik Korpus Mərkəzi, Çikaqo, ABŞ 1998 Maison à Bordeaux, Bordo, Fransa 1999 "Sekond Stac" Teatrı, Nyu-York, ABŞ 2001-2005 Casa da Música, Portu 2003 Hollandiya Səfirliyi, Berlin, Almaniya 2003 Prada, Nyu-York, ABŞ 2003-2005 Seul Milli Univesitetində İncəsənət Qaleriyası, Seul, C.Koreya 2004 Prada, Los-Anceles, ABŞ 2004-2009 CCTV Binası, Pekin, Çin. 2004-2009 Dii və Çarlz Vili Teatrı, Dallas, Texas, ABŞ 2004 Sitl Mərkəz Kitabxanası, Sitl, ABŞ 2006-2009 Milşteyn Qarşılama Zalı, Kornell, ABŞ 2006 Şenjen Salonu, Şenjen 2006 Serpentine Qaleriyası, London, İngiltərə 2007-2010 Torre Bisentenario, Mexiko, Meksika 2008-2010 Briqusprocektet, Kopenhagen, Danimarka 2008-2010 23 İst 22-ci Küçə, Nyu-York, ABŞ 2009 Riqa Liman Şəhəri, Riqa 2009-2013 De Rotterdam, Rotterdam, Hollandiya == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Адамов О. И., Сипкин П. А. Сетчатые построения Ивана Ильича Леонидова и Рема Кулхааса (Архитектура и строительство России).
Rem Kulxas
Rem Kulhas (tələffüzü ['rɛm 'koːlɦaːs], hərdən Kulhaas (nid. Remment Koolhaas; 17 noyabr 1944[…], Rotterdam, Cənubi Hollandiya) — hollandiyalı tanınmış memar və nəzəriyyəçi. Eyni zamanda Horvard Universitetində dərs verməkdədir. == Həyatı == Rem Kulhas Hollandiya Televizor və Kino Akademiyasında başladığı təhsilini Londondakı Memarlıq Fondu Fakultəsində və Nyu-York ştatının İtaka şəhərindəki Kornell Universitetində davam etdirdi. Rem hələ də Hollandiyadakı OMA (Office for Metropolitan Architecture) və AMO (Architectuur Metropolitaanse Officie) qurumlarının idarəçisidir. 2005-ci ildə isə Mark Uigli və Ole Bouman ilə birlikdə "Volume Magazine" adlı jurnalı təsis etmişdir. 2000-ci ildə Pritsker mükafatını qazanan Rem Kulhas 2008-ci ildə "Time" jurnalı tərəfindən Dünyanın gedişini dəyişən 100 nəfər arasında göstərildi. == Mükafatları == 2000 Pritsker mükafatı 2001 Chevallier de Légion d'honneur 2003 Praemium Imperiale 2004 Kral Qızıl medalı 2005 Müasir Memarlıq üçün Avropa Memarlığı mükafatı 2007 Fəxri ad, Katolik Universiteti, Leuven, Belçika. == Tanınmış işləri == 1980-2002 Quqqenheym Muzeyi, Las-Veqas, ABŞ 1988 Hollandiya Rəqs Teatrı, Lahey, Hollandiya 1988 Lille Grand Palais, Lill, Fransa 1991 Neksus Evləri, Fukuoka, Yaponiya 1991 Villa dall’Ava, Sent-Kloid 1993 Kunsthal Zalı, Rotterdam, Hollandiya 1993-1997 Educatorium, Utrext, Hollandiya 1997-2003 MaKormik Korpus Mərkəzi, Çikaqo, ABŞ 1998 Maison à Bordeaux, Bordo, Fransa 1999 "Sekond Stac" Teatrı, Nyu-York, ABŞ 2001-2005 Casa da Música, Portu 2003 Hollandiya Səfirliyi, Berlin, Almaniya 2003 Prada, Nyu-York, ABŞ 2003-2005 Seul Milli Univesitetində İncəsənət Qaleriyası, Seul, C.Koreya 2004 Prada, Los-Anceles, ABŞ 2004-2009 CCTV Binası, Pekin, Çin. 2004-2009 Dii və Çarlz Vili Teatrı, Dallas, Texas, ABŞ 2004 Sitl Mərkəz Kitabxanası, Sitl, ABŞ 2006-2009 Milşteyn Qarşılama Zalı, Kornell, ABŞ 2006 Şenjen Salonu, Şenjen 2006 Serpentine Qaleriyası, London, İngiltərə 2007-2010 Torre Bisentenario, Mexiko, Meksika 2008-2010 Briqusprocektet, Kopenhagen, Danimarka 2008-2010 23 İst 22-ci Küçə, Nyu-York, ABŞ 2009 Riqa Liman Şəhəri, Riqa 2009-2013 De Rotterdam, Rotterdam, Hollandiya == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Адамов О. И., Сипкин П. А. Сетчатые построения Ивана Ильича Леонидова и Рема Кулхааса (Архитектура и строительство России).
Typhlodromus kutabus
Typhlodromus kutabus (lat. Typhlodromus kutabus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus kutabus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. == Həyatı == Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. == Hərbi fəaliyyəti == 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Kuba
Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib.