1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq.
2. İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müvəqqəti dayaq, dirək. Körpünün orta eşşəyi sındı.
3. məc. dan. Qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlənir).
4. idm. Gimnastika hərəkətləri üçün üzərinə meşin çəkilmiş, hündür dayaqlı tir.
◊ Eşşək nə bilir zəfəran (plov) nədir, eşşək nə bilir xurmanın dadını – qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında.
İki eşşəyin arpasını bölə bilməmək – heç bir işdə qabiliyyəti olmayan, bacarıqsız adam haqqında. Onun vücudunu iki şahıya alan olmaz.