Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamlakan
Kamlakan — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Kamlakan Astara rayonunun Hamoşam inzibati ərazi vahidində kənd. Hamoşam çayı sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, oykonim Kamalakəon adının təhrif formasıdır. Kamal (ŞƏRQa.) və Talış dilindəki kəon (evlər) komponentlərindən düzəlmiş bu toponim "Kamala məxsus evlər" mənasındadır. Tədqiqatçılara görə, kəmləkan Talış dilində "böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasındadır. == Etimologiyası == Oykonim Kamal şəxs adı, "a" birləşdirici sait və talış dilindəki kəon "evlər" sözlərindən ibarətdir. Digər mənası tərkibindəki kəm "azlıqda qalan", "lə" birləşdirici sait, kan isə "kənd", "məskən yeri" mənasındadır.
Kutakan
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Mamakan
Mamakan (Urmiya)
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kənkan
Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini (rus. Кянкянский сельсовет) təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis (erm. Հատիս) olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanır.
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
Kosakan kəndi
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhali == 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Mamakan (Urmiya)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (98 ailə).
Salehabad (Həmadan)
Salehabad — İranın Həmədan ostanının Bahar şəhristanının Salehabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,708 nəfər və 1,974 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Mamakan xatun kilsəsi
Mamakan xatun kilsəsi və ya Vaçar kilsəsi — Qafqaz Albaniyasının Vaçar yaşayış məntəqəsində yerləşən tarix-memarlıq abidəsi. XII-XIII əsrlərin tağtavanlı zal kilsələrinin xüsusiyyətlərini daşıyan abidə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı olan Mamakan xatun tərəfindən inşa etdirilmişdir. == Tarixi == Kilsə XIII əsrdə, Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Mamakan xatunun sifarişi ilə inşa edilmişdir. Kilsənin inşaat kitabəsində deyilir: == Memarlıq xüsusiyyətləri == Kilsə binası 9.30 metr uzunluğa və 6.15 metr enə malikdir. Kilsənin arxa hissəsində yerləşən kiçik qapıdan gizli kitabxanaya keçid açılır. Tağtavanlı zala malik olan kilsənin damı bir ədəd dayaq sütunu tərəfindən saxlanılır. Sütun xeyli qabağa çıxan divar dayaqları üzərində ucaldılır və həmin dayaqlar zalı sanki iki hissəyə bölür. Planda yarımdairəvi formaya malik olan altar hissəsinin hündürlüyü apsidadan bir qədər irəli çıxır. Aşağı yarusa aparan iki pilləkan zalın şərq hissəsinin yarısını tutur. Bu xüsusiyyəti ilə Vaçar kilsəsi Ürəkvəng kilsəsini xatırladır.
Ulduzlar səmadan parlayır
Ulduzlar səmadan parlayır (ing. The Stars Shine Down) — Sidni Şeldonun 1992-ci ildə yazdığı romandır.
Kiranbek Makan
Kiranbek Makan (27 sentyabr 1992, Sincan-Uyğur Muxtar Rayonu) — Çinin kiçik forvard mövqeyində oynayan və hazırda "Şanxay Şarks" klubunda oynayan qırğız əsilli ətraf müdafiəçisidir. 11 il "Sincan Uçan Pələnglər" klubu ilə oynayan Kiranbek 2009-2011-ci illərdə ardıcıl üç böyük finalın və ilk çempionluqların vacib bir hissəsinə çevrildi. O, Şirelican Muxtar və Xu Quoçonq ilə birlikdə bu klubun ən məşhur oyunçularından biri kimi qəbul edilir. 2019 FİBA Basketbol Dünya Kuboku üçün Çin heyətində oynayırdı. == Karyera == Kiranbek "Sincan Uçan Pələnglər"in ilk komandasına yüksəldi və 2008-2009 mövsümündə Çin Basketbol Birliyində debüt etdi O, komandanın 2008-2011-ci illəri əhatə edən 3 mövsümündə Böyük Finala vəsiqə qazandı. Komandanın elit perimetri müdafiəçisi kimi çıxış edirdi. Mövsümlər boyunca elit üç nöqtə atıcısı oldu. 2016-2017 mövsümündə Kiranbek 24.1 dəqiqə, 8.1 xal və 2.6 ribaund əldə etdi. "Sincan Uçan Pələnglər" üçün ilk CBA çempionatında əhəmiyyətli bir rol oynadı. 2019-20 mövsümündən sonra "Sincan Uçan Pələnglər" tərəfindən "Şanxay Şarks"-a 8 milyon yuana satılan Kiranbek sonuncu il komanda seçimi ilə sonuncu komanda ilə 3+1 müntəzəm (tip-C) müqavilə imzaladı.
Makan (Xaybulla)
Makan kəndi (başq. Маҡан) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Makan kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):15 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 94 km. == Tanınmış şəxsləri == Pavel Nikolayeviç Çumaçenko — Böyük Vətən müharibəsi qəhrəmanı. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.457 nəfər yaşayır (245 ailə).
Kemahın mühasirəsi
Kəmaxın mühasirəsi — Osmanlı ordusunun Səfəvi dövlətinin əlində olan Kəmax qalasını mühasirəyə alması nəzərdə tutulur. == Arxa plan == Çox önəmli bir mövqeyi olan Kəmax qalası Anadolunun şimal qoluna nəzərat etmək üçün önəmli istehkam idi. Buna görə də, İldırım Bəyazid zamanında bu qala Osmanlı ordusu tərəfindən ələ keçirilmişdi. Teymurun Anadolunu fəth etməsindən sonra isə, bəzi türk bəylikləri bu qalaya hakim olmuşdur. XVI əsrin əvvəlində isə sürətlə böyüyən Səfəvi dövlətinin himayəsinə girən qala Osmanlının Səfəvilər üzərinə etdikləri səfərlərində əsas hədəflərdən biri halına gəldi. Bir çox hücum edilsə də, qalanın ələ keçirilməsi mümkün olmadı. Əksinə, buradan hərəkət edən Səfəvi ordusu davamlı olaraq yaxınlıqdakı Osmanlı mülklərinə yağma yürüşləri təşkil edirdilər. Bu yağma yürüşləri qalanın ələ keçirilməsini Osmanlı üçün daha da vacib hala gətirmişdi. Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gələn Osmanlı sultanı bu işi yaza qədər ertələmək qərarına gəldi. Yürüşə komandan kimi isə sevimlisi olan Bıyıklı Mehmed Paşanı təyin etdi.