Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afrika kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. == Çoxalması == Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Rüppel kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Benqal kərkəsi
Benqal kərkəsi (lat. Gyps bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Himalay kərkəsi
Himalay kərkəsi (lat. Gyps himalayensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Kap kərkəsi
Kap kərkəsi (lat. Gyps coprotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Çəkisiz/çəkili indekslər
Kerkis (dağ)
Kerkis, həmçinin Kerkida və ya Kerki (yun. Κέρκης), əvvəllər Kerketefs (q.yun. Κερκετεύς, lat. Kerketeus) — Yunanıstanda, Egey dənizindəki Samos adasının qərbində yerləşən dağ, adanın ən hündür nöqtəsi. Hündürlüyü dəniz səviyyəsindən 1433 m (digər mənbələrə görə 1434 m ) təşkil edir. Müasir və qədim adı "Kirkaya aid" deməkdir. Yerli əfsanəyə görə Pifaqor bir müddət Kerkis dağındakı mağarada yaşamışdır. Pifaqor mağarasının girişində Xanım Sarandaskaliotissa kilsəsi yerləşir. Kerkisin təpəsindən Egey dənizinə mənzərə açılır.
Kerkini su anbarı
Kerkini su anbarı (yun. Λίμνη Κερκίνη) — Yunanıstanın şimalında, Serre nomunun şimal-qərbində yerləşən su anbarı. Su anbarı Yunanıstan-Bolqarıstan sərhəddindən 47 km, Serro nomunun paytaxtından 20 km, Sidirokastro şəhərindən 10 km məsafədə yerləşir. Su anbarı 1932-ci ildə Struma çayının üzərində, irriqasiya işlərinin aparılması və çayın tez-tez daşmasının qarşısını önləmək məqsədi ilə i8nşa edilmişdir. 1983 və 1987-ci illərdə anbarda genişləndirmə işləri aparılmışdır. Onun su səthinin sahəsi 109,96 km², su toplayıcı sahəsi isə 11 520 km²-dir. Su anbarının ərazisi bölgə canlılarını özünə cəlb etdiyindən Natura 2000 zonasına daxil edilmişdir. Su anbarı Kerkini və Movravuni dağlarının arasında yerləşən alluyvial düzənlikdə yerləşir. Bu düzənlik keçmişdə bataqlaşmış ərazidən ibarət idi. Su anbarını Struma çayı qidalandırır.