Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalmak (Əbyəlil)
Kalmak kəndi (başq. Ҡалмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xalil kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kalmak kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 28 km., kənd sovetliyindən (Xalil): 16 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 24 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Janna Kalman
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kalmar birliyi
Kalmar Birliyi ( Dat., Nor., İsveç. Kalmarunionen ) - Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi ( 1397 - 1523 ). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. == Birliyin qaynaqları == Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII-XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Kalmar müqaviləsi
Kalmar müqaviləsi (1397–1523) — üç Skandinaviya krallığı olan İsveç, Danimarka və Norveçi birləşdirən müqavilə. 25 sentyabr 1397-ci ildə üç krallığın nümayəndələri arasında imzalanmışdır, nəticədə hər üç krallığın bir monarx tərəfindən idarə olunduğu Kalmar İttifaqı yaradılmışdır. Müqavilə hər krallığın müxtəlif hüquqi strukturlarını birləşdirmirdi. İsveç kralı I Qustav 6 iyun 1523-cü ildə Kalmar İttifaqını tərk etmiş, beləliklə müqavilə süquta uğramışdır.
Kalmar İttifaqı
Kalmar Birliyi ( Dat., Nor., İsveç. Kalmarunionen ) - Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi ( 1397 - 1523 ). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. == Birliyin qaynaqları == Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII-XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Kalmık dili
Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII—XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Kalmık layihəsi
Kalmık layihəsi — Sovet Rusiyanın Britaniya Hindistanına qəfil hücum planına verilən ad. Sovet Rusiyası lazım olacağı təqdirdə gözlənilmədən Britaniya Hindistanının şimal-qərb sərhədlərinə Tibetdən keçməklə hücum etməyi planlayırdı. Bu layihə Sovet Rusiyasının Böyük Britaniyanı və digər qərb imperialist dövlətlərini cənubi Asiyada problemlər çıxararaq qeyri-sabitlik yaratmaq cəhdlərinin bir parçası idi. Buna cavab olaraq da britaniyalılar Hindistandakı agentlərindən bir qismini Mərkəzi Asiyaya göndərərək bolşeviklərin planlarını öyrənməyə cəhd etmişdilər. Bu agentlərə misal olaraq F. M. Baileyi göstərmək olar. == Haqqında == Sovet Rusiyasının Böyük Britaniyaya və ingilis imperializminə qarşı mübarizədə yararlanmaq istədiyi şeylərdən başlıcası ona qarşı olan hərəkatları dəstəkləmək idi. Sovet Rusiyası düşünürdü ki, qərb imperializminə ziyan vura, Dünya inqilabını reallaşdıra bilmək, onun kapitalist sənayesinin dağılması üçün lazım olan şey bu böyük sənayenin Asiyadakı xammal qaynaqlarını dağıtmaqdır. Bunu isə yalnız Asiya xalqları ya bu imperialist dövlətlərə qarşı ayağa qaldırmaqla, ya da hazırda fəaliyyət göstərən milli hərəkatları dəstəkləməklə etmək mümkün idi. Lenin milli hərəkatlarla əməkdaşlıq edə bilmək üçün problem olan marksist yanaşmada dəyişikliklər etmək üçün çalışmalara başladı və ortodoks marksist tərəfdaşlarının fikrini dəyişdirməyə çalışdı.1919-cu ildə onlar şərqşünas N. Z. Bravinin rəhbərliyi altında diplomatik missiyanı bölgəyə göndərdilər. Bravin orada olarkən Əfqanıstanda dövlət çevrilişi baş verdi və gənc şahzadə Əmənulla xan hakimiyyətə gəldi.
Kalman Mesoy
Kálmán Mészöly (16 iyun 1941 – 21 noyabr 2022) macar keçmiş futbolçusu və meneceri idi . Futbolçu karyerasını Vasas SC- də keçirən Meszöly Macarıstan millisində futbolçu və məşqçi kimi uğur qazanıb. == Karyera == === Futbol karyerası === 11 yaşında futbola başlayan Meszöly , III. Kerületi TUE komandasında başladı . 1959-cu ildə Macarıstanın ən önəmli komandalarından olan "Vaşaş SC" yə keçdi və futbol həyatının sonuna kimi bu komandada çıxış etdi. Vasas tarixinin ən parlaq çağında o, bu uğurun memarlarından biri oldu. Macarıstan Liqasında 4 liqa çempionluğu görüb. O, həmçinin 4 dəfə Şərqi Avropa kuboklarından biri olan Mitropa Kubokunun qalibi olub. Çempion Klublar Kubokunda bir çox matça çıxan futbolçu Real Madrid, Feyenoord, Sporting CP, Internazionale kimi komandalara qarşı oynayıb və 1/4 finala çıxıb. Uğurlu karyerasını 1972-ci ildə başa vurdu. O, 1971-ci ildə Lev Yaşinin yubileyində çıxış edib və qol vurub.
Kalmar oyunu (serial, 2021)
Kalmar oyunu (kor. 오징어 게임; Ojingeo Geim, ing. Squid Game) — Hvan Don Hyok tərəfindən Netflix üçün ekranlaşdırılmış, Cənubi Koreya istehsalı sağ qalma, drama serialı. Rollarda Li Con Ce, Pak He Su, Vi-Ha Cun, Ho Yon Çon, O Yen Su, Ho Son The, Anupam Tripati və Kim Cu Ryon çəkilib. == Məzmun == Əksəriyyəti ciddi maliyyə problemi yaşayan 456 nəfər, sirli bir sağ qalma turnirinə qatılmaq üçün dəvət alır. Hər dəfə bir oyunçu bu ölümcül yarışmadan kənarlaşdırıldıqdan sonra mükafat 100 milyon von artırılır. Turnirin qalibi sonda 45,6 milyard von (38,5 milyon ABŞ dolları) alacaq.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Kálmán Mészöly
Kálmán Mészöly (16 iyun 1941 – 21 noyabr 2022) macar keçmiş futbolçusu və meneceri idi . Futbolçu karyerasını Vasas SC- də keçirən Meszöly Macarıstan millisində futbolçu və məşqçi kimi uğur qazanıb. == Karyera == === Futbol karyerası === 11 yaşında futbola başlayan Meszöly , III. Kerületi TUE komandasında başladı . 1959-cu ildə Macarıstanın ən önəmli komandalarından olan "Vaşaş SC" yə keçdi və futbol həyatının sonuna kimi bu komandada çıxış etdi. Vasas tarixinin ən parlaq çağında o, bu uğurun memarlarından biri oldu. Macarıstan Liqasında 4 liqa çempionluğu görüb. O, həmçinin 4 dəfə Şərqi Avropa kuboklarından biri olan Mitropa Kubokunun qalibi olub. Çempion Klublar Kubokunda bir çox matça çıxan futbolçu Real Madrid, Feyenoord, Sporting CP, Internazionale kimi komandalara qarşı oynayıb və 1/4 finala çıxıb. Uğurlu karyerasını 1972-ci ildə başa vurdu. O, 1971-ci ildə Lev Yaşinin yubileyində çıxış edib və qol vurub.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Kadyak
Kadyak — toponim. ToponimlərKadyak adası — ABŞ Alyaska ştatı ərazisində yerləşən ada. Kadyak arxipelaqı — Alyaskanın cənubunda yerləşir.DigərKadyak ayısı — Qonur ayı növündən olan yarımnöv.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kaldaz
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. === Kaldazınlar === Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər. == Taz xanım == Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır.
Kalema
Kalema - Afrikanın qərb sahilboyunun çox yerində sakit havada bərk ləpədöyməyə deyilir. Güman olunur ki, belə ləpədöymənin səbəbi uzaqlarda – Atlantik okeanında şiddətli dalğalanmanın «əks-sədasıdır».
Kalkan
Kalkan — Türk soyadı.
Kalmon
Kalmon (port. Calmon) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4069 nəfərdir. Ərazisi 639,528 кm²-dir. Əhalinin sıxlığı 6,4 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 9 yanvardır.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamjak
Kamjak (fr. və oks. Camjac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12046. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 536 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 333 nəfər (15–64 yaş) arasında 249 nəfər iqtisadi fəal, 84 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 65,9%) idi.