Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krallıq
Krallıq — başqa sözlə monarxiya. Hökumət klassik formaları əsas xüsusiyyətləri aşağıdakılardır: dövlət yeganə rəhbəri mövcudluğu, həyat üçün öz gücü (Kral Kral, imperatoru Şah) zövq; adətən (xüsusi və ya qanun kimi) ali hakimiyyəti vərəsəlik qaydasında miras; hökmdarın xalqın birliyini təcəssüm etdirir, ənənə tarixi sürəkliliyi, beynəlxalq aləmdə dövlət təmsil edir; countersignature İnstitutunun vurğulayır olan hökmdarı hüquqi toxunulmazlıq və müstəqillik. Bir çox hallarda, dövlətlər ənənəvi monarxist sayılır ki, sadalanan meyarlara cavab vermir. Bundan əlavə, monarxiya və respublika ayırmaq üçün çətin, bəzi hallarda. Roma və Principate dövrü kimi elective monarxiya, Birliyinin respublika müəssisələrinin bölüşdürülməmiş. Imperator, orijinal — Respublika fövqəladə magistratura və adın özü Birliyinin sözü "respublika" kimi tərcümə olunur. Monarxiya növləri Həcmi məhdudiyyətlər baxımından Mütləq monarxiya — hükümdarın sınırsız güc kəsb edən monarxiya. Mütləq monarxiya mümkün mövcud hakimiyyəti hökmdarı tam məsuliyyət və xalqın iradəsini bir məsləhət orqanı (indiki Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Qatar) maksimum tərəfindən formal olaraq ifadə edilə bilər. Konstitusiya monarxiya — hükümdarın hakimiyyəti Konstitusiya, bir yazılmayan qanun və ya ənənə məhdudlaşır bir monarxiya. Konstitusiya monarxiya iki forma var: iki monarxiya (..
Birləşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Bohemiya (krallıq)
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Krallıq Prussiyası
Krallıq Prussiyası (pol: Prusy Królewskie; alm: Königlich-Preußen) və ya Polşa Prussiyası (Polyakca: Prusy Polskie; Almanca: Polnisch-Preußen), Polşa krallığının regionlarından biri olmuşdur. Mərkəzi Köniqsberq şəhəri olmuşdur.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Saksoniya (krallıq)
Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət. 1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu. 1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Birlşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Vitse-krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Birləşmiş Krallıq azərbaycanlıları
Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar. == Tarixi == === Birinci mühacirət dalğası === Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar. === İkinci mühacirət dalğası === İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. === Üçüncü mühacirət dalğası === SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. 2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir. == Coğrafi yerləşdirilmə == Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib. 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb. == Tarixi == Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
Birləşmiş Krallıq şəhərləri
== Həmçinin bax ==
Polşa Krallıq Ordusu
Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik. Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür. Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi. 1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı.
Polşa Krallıq Ordusunun

Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Sürgün və krallıq
Sürgün və krallıq (fr. L'exil et le royaume) - fransız yazıçı Alber Kamü tərəfindən 1957-ci ildə yazılmış 6 qısa hekayənin toplusu.
Qadağan olunmuş krallıq
Qadağan olunmuş krallıq (ing. The Forbidden kingdom) — 2008-ci ildə çəkilmiş Amerikan filmidir. Film "The Weinstein Company" və "Lionsgate"-in birgə fəaliyyəti nəticəsində çəkilmiş fantastik macəra filmidir. XVI əsrə aid "Qərbə Səyahət" romanından ilhamlanaraq çəkilən film Ceki Çan və Cet Linin birgə çəkildikləri ilk filmdir. == Məzmun == Filmdə Ceyson adlı bir nəfər Kunq-fu filmləri azarkeşidir. O, tez-tez kunq-fu filmlərinin disklərini almaq üçün Çin məhəlləsinə gəlir. Bir gün bir neçə nəfər onu disklərin satıldığı mağazanı qarət etmək üçün onu tutur və yolu göstərməsini istəyir. Onlar mağazanı qarət edəndə mağaza sahibi olan yaşlı adam onlara müqavimət göstərir. Onlardan biri atəş açır və güllə mağaza sahibinə dəyir. Mağaza sahibi Meymun krala məxsus olan əsanı Ceysona verir və onu sahibinə çatdırmağını istəyir.
Onuncu krallıq (teleserial, 1999)
Onuncu krallıq (ing. The 10th Kingdom) - 2000-ci il 27 fevralda istehsal olunan televiziya serialıdır. ABŞ-nin NBC kanalında mini-serialın reytinqi az olduğuna görə davamı çəkilməmişdir. Lakin filmlər haqqında ən böyük informasiyaya malik olan Internet Movie Database (IMDb) saytında böyük səs toplamışdır. Filmin büdcəsi qiymətləndirməylə $44 milyon ABŞ dollardır. 2000-ci ildə Emmi mükafatını qazanmışdır. Teleserial gənc bir qadın və atasının Nyu-Yorkdan sehrli bir güzgü vasitəsilə paralel pəri nağılları dünyasına teleportasiya olunmasından sonrakı macəralarından bəhs edir. İlk göstərim 14,04 milyonun üzərində izləyiciyə çatdırıldı. Virciniya Nyu Yorkun Mərkəzi parkında restoranda çalışır və restoran sahibi olmaq xəyalındadır. Lakin bu zaman parallel dünyadan trollelər gəlir.
Qoruma sahəsi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Qoruq ərazisi (Birləşmiş Krallıq)

Qrenada Krallıq Polis Qüvvəsi
Qrenada Krallıq Polis Qüvvəsi (ing. Royal Grenada Police Force) və ya QKRP (ing. RPGF) — Qrenadanın milli polis qüvvəsi. Qrenada Krallıq Polis Qüvvəsi cinayətə qarşı çıxır, immiqrasiyaya nəzarət edir və dəniz hüquqlarını qoruyur. Qurum liman təhlükəsizliyi və yanğın mühafizə xidmətlərinə məsuldur. 15 polis şövəsi və 900 nəfərlik heyəti olan qurum hər il 15,000-dən çox çağırışa cavab verir. Qrenada Krallıq Polis Qüvvəsi milli təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş qüvvə daxildir. rgpf.gd — Qrenada Krallıq Polis Qüvvəsinin rəsmi saytı.
Şelkunçik və dörd krallıq
Şelkunçik və dörd aləm (ing. The Nutcracker and the Four Realms) — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmidir. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır. Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır.
Alis (Birləşmiş Krallıq şahzadəsi)
Böyük Britaniya şahzadəsi Alis (25 aprel 1843[…], Vestminster borosu, Böyük London – 14 dekabr 1878, Darmştat) — IV Lüdovikin həyat yoldaşı, Hessen düşesi. I Viktoriya və Konsort şahzadə Albertin üçüncü övladı və ikinci qızı.