POMPADUR

Keçmiş zamanlarda padşahlar, adətən, çoxarvadlı olurdular. Onlar bundan zövq alır və heç də eyib saymırdılar. Xristianlıq dövrü başlayandan sonra bu iş çətinləşdi. Xristian krallara ancaq bir arvad almağa icazə verilirdi. Belə olduqda kral özünə məşuqə qismində başqa qadınlar tapırdı.

XVIII əsr kral məşuqələrinin (onları favorit, yəni ən şanslı adlandırırdılar) ən parlaq dövrü sayılır. Fransa kralı XIV Lüdovik krallıq hakimiyyətinin əzəmətini yüksəklərə ucaltmışdı. Lüdovikin etdiyi hər bir şey krallar üçün örnək sayılırdı və onun xeyli favoriti vardı.

XIV Lüdovikin nəticəsi və varisi olan XV Lüdovikin də məşuqələri var idi. 1745-ci ildə o, aşağı təbəqədən bir qızla tanış olur. Qızın gözəlliyi və xasiyyəti kralı valeh edir. Onun adı Janna-Antuanetta Puasson idi. XV Lüdovik qıza malikanə bağışlayaraq özünün dördüncü məşuqəsi (favoriti) edir. O, markiza de Pompadura çevrilir.

O dövrün əsilzadə qadınlarının gözəl və incə saç düzümü vardı. Markiza isə saçlarını yuxarı daradığından onun saç forması xüsusi hündürlüyü və mürəkkəbliyi ilə seçilirdi. Bu üsulu təqlid etmək dəbə düşdü və əgər saçlar qabaqdan yuxarı daranırsa, belə saç düzümünə pompadur deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

POMİDOR
PORFİR
OBASTAN VİKİ
Madam de Pompadur
Janna-Antuanetta Puasson (fr. Jeanne-Antoinette Poisson) və ya geniş tanınan adı ilə Madam de Pompadur (fr. Madame de Pompadour; 29 dekabr 1721 — 15 aprel 1764) — 1745-ci ildən fransız kralı XV Lüdovikin rəsmi fovariti - məşuqəsi. Kralı öz adamlarının əhatəsinə salaraq dövlətin daxili və xarici siyasətinə təsir gücünə malik, elm və incəsənətə qəyyumluq edən bir markizetta. == Həyatı == 19 yaşında gözəl Antuanetta öz patronunun qohumu Lenorman d`Etiola ərə gedir. Öz əri tərəfindən diqqətsiz qalan Pompadur cavanlar məclislərində şən vaxt keçirir. XV Lüdovik onu təsadüfən 1745 ci ildə görür, hersoqina Şataru vəfat etdikdə sonra onu markizetta Pompadur adı ilə özünün rəsmi favoriti - məşuqəsi edir. Əvəzində onun əri Bastiliya ilə hədələndikdən sonra gəlirli vəzifə ilə mükafatlandırılır. Beləliklə Markizetta de Pampadur kral sarayının ən səlahiyyətli sakininə çevrilir. O, dövlətin bütün işlərinə: istər xarici, istər daxili, istərsə də kralın ailə işlərinə məharətlə təsir etmə gücünə malik olmuşdur.
Madam de Pompadur (rəsm)
Madam de Pompadur (fr. Madame de Pompadour) — Fransua Buşe tərəfindən 1756-cı ildə çəkilmiş 201 x 157 sm ölçülü rəsm əsəri.

Digər lüğətlərdə