Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karakaşlı (Şaran)
Karakaşlı (başq. Ҡараҡашлы, rus. Каракашлы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 29 km, kənd sovetliyindən (Durtüylü): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97 %) üstünlük təşkil edir.
Karkason (rayon)
Karkason (fr. Carcassonne) — Langedok-Russilyon bölgəsindəki biri olan (fr. Arrondissement) rayondur. Od departamentinin rayonu. Suprefektur - Karkason. Rayonun əhalisi 2006-cı ildə 153 203 nəfər idi. Əhalinin sıxlığı 57 nəfər / km² təşkil edir. Rayonun sahəsi 2668 km²-dir. == Coğrafiya == Karkason rayonu departamentin şimal-qərb hissəsini işğal edir və Şimaldan Tarn departament ilə, şimaldan Ero departamenti tərəfindən Narbon rayonunun şərqində, Limu rayonunun cənub-qərb hissəsində, Qərbi Aryej departamentivə Yuxarı Haronna departamenti ilə şimal-qərbdə sərhəddir.
Türkmən karakalı
Türkmənistan karakalı
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Poçt markası
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Karralı Avraami
Karralı Avraami (q.yun. Αβραάμης) və ya Livan mürtədi Avraami (təq. 350 – 422 və ya 423, Konstantinopol) — Suriya xristian zahidi, Karra şəhərinin yepiskopu. == Həyatı == Ömrünün ilk hissəsini Xalkida səhrasında keçirmiş və burada zahid həyatı yaşamışdır. Oruc tutaraq bədənini sınamış və hələ də ayaqda qalmışdır. Buna baxmayaraq, sonra tacir kimi Livana getmiş və kənd sakinlərinə kömək etmişdir. O, dostlarının köməyi ilə vergi ödəmək üçün kənddə qalmışdır. Kəndlilər ondan tərbiyəçi olmağı xahiş etmiş və o, xristian kilsəsinin tikilməsi şərtilə bunu qəbul etmişdir. O, üç il bu kənddə keşiş kimi qalmış və sonra zahid kimi həyatına qayıtmışdır.t == İstinadlar == == Əlavə ədəbiyyat == А. Пономарев. Авраам (епископ Киррийский) // Православная богословская энциклопедия.
Milad markası
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Dürdanə Araslı
Dürdanə Araslı (9 iyun 1939, Bakı)— fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939-cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D. H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon — elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D. H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. == Əsas elmi nailiyyətləri == Yüksək dərəcədə legirlənmiş klassik yarımkeçiricilərdə — germanium və silisiumda kinetik effektlərin kompleks tədqiqi ilə məşğul olmuş və müxtəlif növ aşqarların istiliyin köçürmə hadisələrində yaratdığı xüsusiyyətləri müəyyənləşdirmişdir. III–V və II–VI birləşmələri, onların əsasında alınan bərk məhlullarda və evtektikalarda istilikkeçiricilik məsələlərini hərtərəfli və dərindən tədqiq etmişdir.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Həmid Araslı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib. Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir.
Su arkası
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədilə istifadə edilən mərasimdir.
Karkaralı Milli Parkı
Karkaralı Milli Parkı (qaz. Қарқаралы мемлекеттік ұлттық табиғи паркі, rus. Каркаралинский государственный национальный природный парк) ― Qazaxıstanın Karağandı vilayətində qoruq və milli park. Park 90 323 hektar ərazini əhatə edir və Karkaralı rayonunda yerləşir. == Tarix və idarəetmə == Bu ərazi ilk dəfə 1884-cü ildə Karkaralinsk Meşə Qoruğu kimi qorunmağa başlamışdır. 1913-cü ildə ərazidə meşə nəzarətçisinin evi kimi xidmət etmək üçün taxtadan daxma inşa edildi. Daxma o vaxtdan bəri cazibədarlığı və parkın içərisində yerləşməsi ilə məşhurlaşmışdır. Bolşevik inqilabından əvvəl bütün keçmiş meşə bağları ordu qoşunlarına, Karkaralı kazaklarına və yerli insanlara ayrıldı. Kent və Karkaralinsk meşə kottecləri Karkaralinsk meşə xəzinədarlığının bir hissəsi və dövlət mülkiyyəti idi. Oktyabr inqilabından sonra bütün meşə sahəsi dövlət meşə fondunun bir hissəsinə çevrildi.
Köhnə Karqalı (Baltas)
Köhnə Karqalı (başq. Иҫке Ҡарғалы, rus. Старые Каргалы) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tusıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 25 km., kənd sovetliyindən (Tusıbay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (91%) üstünlük təşkil edir.
Poçt markası kolleksiyaçılığı
Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir. İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur. Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə Avropada və ABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur. Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi. Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu.
Yeni Zelandiya kakası
Yeni Zelandiya kakası— Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növüdür. İki yarımnövü məlumdur. Yeni Zelandiya kakası 1788-ci ildə alman naturalisti İohann Fridrix Gmelin tərəfindən təsvir edilmişdir. Şiamal Adası kakası və Cənub Adası kakası kimi tanınan iki yarımnövü mövcuddur. Kākā adı Maori dilində “tutuquşu” mənasını verir. Nestor cinsinə dörd növ daxildir: Yeni Zelandiya kakası (lat. Nestor meridionalis), Kea (lat. Nestor notabilis), nəsli kəsilmiş Norfolk kakası (lat. Nestor productus) və nəsli kəsilmiş Çatem kakası (lat. Nestor chathamensis).
Bosniya və Herseqovina konvertasiya olunan markası
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.
Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010)
Film Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı, böyük ziyalı və alim, Bir sıra nüfuzlu akademiya və elmi cəmiyyətlərin həqiqi üzvü akademik Həmid Araslıya həsr olunub. Filmdə alimin bütün elmi araşdırmaları haqqında geniş məlumat verilir. Onun ömrünün ayrı-ayrı anları öz obrazını yaradan aktyorun ifasında təqdim edilib. Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahangirov Səs rejissoru: Ceyhun Ağayev Filmi səsləndirdi: Rafiq Hüseyn Montaj: Fuad Əliyev Assistentlər: Elşən Bədəlov, Mikayıl Əjdəroğlu, Elxan Rüstəmov İnzibatçı: Məlahət Əhmədova Filmin direktoru: Valeh Həsənli Vasim Məmmədəliyev — akademik. Gövhər Baxşəliyeva — Milli Məclisin üzvü. Bəhlul Abdulla — Folklorşünas alim. Teymur Kərimli — AMEA-nın müxbir üzvü. Nüşabə Araslı — qızı, professor. İmamverdi Baxşiyev — professor. H.Araslının ailə üzvləri.
Karksi-Nuia
Kаrksi-Nuiа (est. Karksi-Nuia) (1987-ci ilə qədər Nuya) — Estoniyanın cənubunda yerləşən şəhər, Vilyandimaa bölgəsində şəhər. == 1 yanvar ayına görə əhali sayı == == Tarixi == Karksi ilk dəfə XII əsrdə inzibati mərkəz kimi xatırlanır. Karksi vogt ilk dəfə 1248-ci ildə yazılı sənədlərdə xatırlanır. Karksidə qala tikintisi orta əsrlərdə başlamışdı. Lakin bu müddət ərzində qəsrin bir neçə dəfə dağıdılması ilə tamamlanma təxirə salındı. Nəhayət XIV əsrdə tamamlanandan sonra bir müddət Estoniyanın cənubunda yerləşən Teuton ordeni üçün mühüm qala, 1470-ci ildən isə yerli komandanlığın iqamətgahı olmuşdur.Böyük Şimal müharibəsi zamanı qala dağıdılmış və heç vaxt bərpa olmamışdır. Qəsr daş və kərpicdən inşa edilmişdir. Bu gün xarabalıqlar müxtəlif mədəni və idman tədbiri üçün arxa plan kimi istifadə olunur == Coğrafiyası == Karksi-Nuia, Viljandi Countinin cənub hissəsində yerləşir.Sahəsi 3 kv. metkilordu (1,2 kv.
Maraşlı Xəlil Paşa
Maraşlı Xəlil Paşa (1570, Qəhrəmanmaraş – 1629, Konstantinopol) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 ay 7 gün müddətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == İlk illəri == Qəhrəmanmaraşın Süleymanlı qəsəbəsində yaşayan erməni əsilli bir ailədə dünyaya gəlmişdir. Böyük qardaşı III Muradın yavəri Bəylərbəyi Mehmed Paşa idi. Əndərunda təhsil almış, əvvəlcə şahinçibaşı, daha sonra isə çarkaçıbaşı olaraq sarayda xidmət göstərdi. 1607-ci ilin iyul ayında Maryol Hüseyn Paşanın yerinə yeniçəri ağası seçildi və saraydan ayrıldı. Bu vəzifədə ikən Cəlali üsyanlarının yatırılmasında Quyucu Murad Paşaya dəstək vermişdir. Həmin illərdə kaptan-ı dərya olan Hafiz Əhməd Paşa ilə aralarında olan münaqişə səbəbilə Quyucu Murad Paşa bu vəzifədə özünə sadiq bir dövlət adamı axtarırdı. Nəhayət 6 fevral 1609 tarixində Xəlil Paşa Əlcəzair bəylərbəyliyi və kaptan-ı dərya seçildi. Kaptan-ı dərya olduğu ilk ildə müsəlman gəmilərinə hücum edən maltalı və florensiyalı dəniz quldurlarına qarşı mübarizə apardı. Avropalıların "qırmızı kalyon", türklərin isə "qara cəhənnəm" olaraq adlandırdığı maltalı dəniz qulduru dəstəsinə qarşı başlatdığı 2 günlük dəniz döyüşündə qalib gəldi və 500 əsir, 2000 tüfəng, 160 top ələ keçirdi.
Maraşlı Əli Paşa
Maraşlı Əli Paşa — Osmanlı imperiyası valisi olub, Belqrad (Belqrad paşalığı) vəziri vəzifəsində işləmişdir. O, təxmini olaraq 1815-ci ildə Süleyman Paşanın yerinə bu vəzifəyə keçmişdir. Onun dövründə İkinci serb qiyamı baş vermiş və bu qiyam nəticəsində Osmanlı bu ərazilərə nəzarəti itirmiş, ərazidə muxtar Serbiya knyazlığı yaradılmışdır.
Fətəli xan Araşlı-Avşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. == Siyasəti == Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.