Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matiyen
Matiyen, Matiyene, Mantiyen və ya Mantiyene — Güney Azərbaycanın qərbində padşahlıq adı idi. Strabon, Ptolemy, Herodot, Polibi və Böyük Plini də daxil olmaqla qədim tarixçilər Medianın şimal-qərbində yerləşən bir bölgəni təyin etmək üçün Mantiane, Martiane, Matiana, Matiani, Matiene, Martuni kimi adları qeyd etmişlər. == Etimologiyası == Matiyen adı, 800 il əvvəl Hurri əhalisini idarə edən Mitanni ilə əlaqəli ola bilər. Matiyen adı, Matiyen xalqının şərqində yerləşən qonşu Matianus gölünə (Urmiya gölü) də tətbiq edildi. Böyük ehtimalla Matiyen sözünün kökü "Mat" və ya "Mati", Maday və Mitan sözləriylə birgədir. == Tarixi == Ehtimal ki, Hurro-Urartu dilində danışan Mannalılar, e.ə. VII və VIII əsrlərdə İskit-Kimmerilər tərəfindən tabe edildi. Matiyen, təxminən miladdan əvvəl 609-cu ildə Midiyalılar tərəfindən fəth edildi. Matiyen, Əhəmənlərin fəthinə qədər Midiya İmperiyasının satrapına çevrildi. Saspirlər və Alaradlar qəbilələri (Urartu qalıqları) ilə birlikdə Əhəmənlər İmperiyasının XVIII satrapyasının bir hissəsi oldu.
Jan-Filippe Qatiyen
Jean-Filippe Qatiyen (16 oktyabr 1968) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Jean-Filippe Qatiyen Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Jean-Filippe Qatiyen Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Kaniyan
Kaniyan (Salmas)
Kariyes
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. == Birləşmiş kationlar == Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) == Sadə kationların birləşməsi == Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Hatyen
Hatyen (vyet. Hà Tiên, tı-nom 河仙) — Vyetnamın Kyenzyanq vilayətində, Mekonq deltasında yerləşən şəhər. == Coğrafiyası == Sahəsi 9890,63 hektardır. Kamboca ilə sərhəd şəhərdən 7 km məsafədə, qərbdə yerləşir. == Əhalisi == 2012-ci ildə əhalinin sayı 47,039 nəfər olmuşdur. Milli tərkibi vyet (84,66%), khmer (12,31%), hoa (2,95%), başqalarından (0,08%) ibarətdir. Adambaşına düşən ÜDM ildə 38,735,000 Vyetnam donqu (təxminən 1,820 ABŞ dolları) təşkil edir. == İqtisadiyyatı == Şəhərdə Cənubi Vyetnamda tikilmiş böyük bir sement zavodu var. Tikinti zamanı ən böyük sənaye layihələrindən biri idi.
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Kaniyan (Salmas)
Kaniyan (fars. كانيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,151 nəfər yaşayır (225 ailə).
Kaniyan (Urmiya)
Kaniyan (fars. ‎‎‎‎كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.314 nəfər yaşayır (236 ailə).
Kasiyan (Çaypara)
Kasiyan (fars. كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (69 ailə).
Meliton Kaziyev
Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməçi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim. Ədəbiyyat sahəsində Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı. Cənubi Osetiyada dövlət televiziya şirkətinin ilk direktoru. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi və Cənubi Osetiya Parlamentinin üzvü. == Bioqrafiya == Cənubi Osetiya Muxtar Vilayətinin Noqkau kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Verxnıy Otrev kəndində almağa başlayır, 1964-cü ildə Verxnıy Çere kəndində səkkizillik və 1966-cı ildə Ksuisi kəndində orta məktəbi bitirir. 1966-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinin osetin bölməsinə daxil olur. Tələbəlik illərində şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında dərc etdirməyə başlayır. 1966-cı ildə, 18 yaşında olarkən "Fidiuaq" ədəbi jurnalında "Palıd ilə söhbət" adlı ilk hekayəsini nəşr etdirir.
Pyotr Katayev
Pyotr Yevgeniyeviç Katayev (rus. Пётр Евгеньевич Катаев; 21 yanvar 1930, SSRİ – 15 avqust 1986) — sovet kinooperatoru, RSFSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Pyotr Katayev 21 yanvar 1930-cu ildə anadan olmuşdur. Onun atası yazıçı Yevgeni Petrov, qardaşı isə bəstəkar İlya Katayev olmuşdur. 1953-cü ildə Pyotr ÜDKİ-nin (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) operatorluq fakültəsini bitirmişdir. 1959-cu ildən kinoda fəaliyyət göstərmişdir. Pyotr Katayev 15 avqust 1986-cı ildə vəfat etmişdir.
Totırbek Catiyev
Totırbek Catiyev (28 dekabr 1910 (10 yanvar 1911) – 7 iyul 1984) — Sovet, Osetiya yazıçı və jurnalist. 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Bioqrafiya == Totırbek Catiyev Sba kəndində (indi Cənubi Osetiyanın Dzau rayonuna aiddir) kəndli ailəsində anadan olmuşdur. Erkən yaşda yetim qalır. 1919-cu ildə anası dünyasını dəyişir. Bir il sonra ailə Şimali Osetiyaya, Kodaxcin kəndinə köçmək məcburiyyətində qalır. 1920-ci ildə atası ağ qvardiyaçılar tərəfindən öldürülür. Catıyev iki bacı və bir qardaşı qidalandırmaq üçün fəhlə işləməyə başlayır. 1923-cü ildə Noqir kəndində məskunlaşır, 1924-1925-ci illərdə yazıb-oxumağı öyrənir, beş sinifli məktəbi bitirir. 1925-ci ildə komsomola qoşulur, bir il sonra "Rastcinad" qəzetinin mətbəəsində yazıçıya köçəkçi kimi işə düzəlir, eyni zamanda axşam fəhlələri fakültəsində oxuyur.
İslam Datiyev
İslam Maqometoviç Datıyev (1884 – 1965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini. == Həyatı == 1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır. Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir. == Mənbə == Böyük İqtisadi Ensiklopediya. I hissə.
Şatiyon (Alye)
Şatiyon (fr. Châtillon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03069. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 317 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 141 nəfəri iqtisadi cəhətdən fəal, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 65.9%). Fəal olan 141 nəfərdən 123 nəfər (71 kişi və 52 qadın), 18 nəfər işsiz (10 kişi və 8 qadın) idi. 60 hərəkətsiz 13 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Əbdülnəsir Kutiyev
Kutiyev Abdulnəsir Hacı oğlu — Azərbaycan kinoprodüseri və operatoru, "Yaddaş" Sənədli Filmlər Studiyasının icraçı prodüseri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Əbdülnəsir Kutiyev 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Əfəndi Kapiyev
Əfəndi Mansuroviç Kapiyev (13 mart 1909, Dağıstan vilayəti, Qumuq kəndi- 27 yanvar 1944, Pyatiqorsk) — Əsərlərini rus, lak və qumuq dillərində yazan Dağıstan sovet nəsr yazarı, ədəbiyyatşünas, publisist, şair, tərcüməçi. == Həyatı == Əslən lak olan Əfəndi Kapiyev Dağıstanın Qumuq kəndində sənətkar, oymaçı və zərgər ailəsində anadan olmuşdur. Uşaqlığı Stavropol diyarında keçir, atasının yanında çalışaraq, burada rus dilini də öyrənir, Puşkin və Koltsovun şeirləri ilə tanış olur. 1919-cu ildə Kapiyevlər ailəsi Dağıstana qayıdır və Teymur-Xan-Şurada (1922-ci ildən-Buynaksk) məskunlaşırlar və daha sonra dağlı uşaqları üçün təyin edilmiş internat məktəbinə təyin edilmiş Buynaksk Pedaqoji Məktəbində təhsil alır. O, qumuq dilini mükəmməl bilirdi. 1928-ci ildən Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra Aksay yeddi illik məktəbində rus dilindən dərs deməyə başlayır. 1929-cu ilin aprelində kəndin sakinlərindən biri - keçmiş çar zabiti Buday Xanla əlaqə saxlamaqda şübhəli bilinərək həbs edilir. 1930-cu ildə Komsomol kuponu ilə Leninqrad Maşınqayırma İnstitutunda (Leninqrad Politexnik İnstitutunun filial universiteti) təhsil alır, lakin xəstəlik səbəbindən təhsilini yarımçıq qoyaraq Dağıstana qayıdır. Qumuq "Tovariş" qəzetinin redaksiyasında çalışır (qumuqca-Eldaş), daha sonra "Dağıstanın inşası" və "Kommunist təhsili üçün" jurnallarının məsul katibi olur. == Əmək fəaliyyəti == 1932-ci ilin əvvəlində Dağıstan Proletar Yazıçılar Birliyinin məsul katibi işləyir.
İvan Katayev
İvan İvanoviç Katayev(rus. Ива́н Ива́нович Ката́ев; 14 (27) may 1902, Moskva – 19 avqust 1937, Moskva) — rus sovet yazıçısı. Maksim Qorki ilə birlikdə "Leteraturnaya qazeta"nın yaradıcılarından biri, 1937-ci il repressiya qurbanı. == Həyatı == İvan Katayevin atası İvan Matveyeviç Katayev tarix professoru, məşhur tarix dərsliyinin müəllifidir. Anasının qızlıq soyadı Kropotkina idi. Bəzi mənbələrə görə, coğrafiyaçı və anarxist nəzəriyyəçi Pyotr Alekseeviç Kropotkinin qardaşı qızı idi. Məşhur riyaziyyatçı akademik Andrey Nikolayeviç Kolmoqorovun qohumu olub. İvan Katayev anasını erkən yaşlarda itirib. İvan Moskvada və Suzdalda gimnaziyada oxuyub. O, 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyası (Sov.
Kariye məscidi
Kariye məscidi — və ya əvvəllər Xilaskar Müqəddəs Hora Kilsəsi kimi tanınan məscid, qədim orta əsr yunan pravoslav kilsəsi. Edirnekapı rayonunda, hələ də dayanan Teodosiya Divarlarından təxminən yüz metr aralıda yerləşən bina Şərqi Roma İmperiyası dövründə böyük bir bina kompleksi olan Xoara monastırının mərkəzini təşkil edirdi. İstanbulun fəthindən sonra daha əlli səkkiz il kilsə kimi fəaliyyətini davam etdirdi. Mozaikaları ilə məşhur olan kilsə 1511-ci ildə məscid kimi istifadə olunmağa başlayıb. 1945-ci ildə milli abidə elan edilən bina 1948-ci ildə Nazirlər Sovetinin qərarı ilə Muzeylər İdarəsinə bağlı muzeyə çevrilib. Türkiyənin ən çox ziyarət edilən muzeylərindən biri olan Kariye, Danıştayın 2019-cu ildə qəbul etdiyi ləğv qərarı nəticəsində Prezident tərəfindən Diyanət İşləri Başçılığına təhvil verilmiş və bu muzeyin 2019-cu ildə olacağı bildirilsə də ibadət üçün açılmış, hələ də bərpa mərhələsindədir. Kariye bütün dünyada yaxşı qorunmuş mozaika və freskaları ilə tanınır. Kilsədən məscidə çevrildikdən sonra xristian simvolları, kitabələr, bütün freskalar və mozaikalar quruluşa zərər vermədən nazik bir boya və əhəng qatı ilə örtülmüş və beləliklə, günümüzə qədər gəlib çatmışdır. == Tarixi == Çora kilsəsinin 6-cı əsrə qədər uzanan tarixi var. Onun indiki forması Osmanlı dövründə və 20-ci əsrin ikinci yarısında apardığı təmirin nəticəsidir.
Jujutsu Kaisen
== İstinadlar ==
Şatiyon-an-Mişay
Şatiyon-an-Mişay (fr. Châtillon-en-Michaille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqrad-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01091. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3120 nəfər təşkil edirdi.
Şatiyon-la-Palyu
Şatiyon-la-Palü (fr. Châtillon-la-Palud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01092. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 40 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 26 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1562 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1000 nəfərdən (15-64 yaş) 773 nəfəri iqtisadi cəhətdən fəal, 227 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 71.8%). Aktiv 773 sakindən 722 nəfər (375 kişi və 347 qadın) işləyir, 51 nəfər işsizdir (19 kişi və 32 qadın).
Şatiyon-syur-Şalaron
Şatiyon-syur-Şalaron (fr. Châtillon-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Qardaşlaşmış şəhərlər == Vextersbax, Almaniya Colceag, Rumıniya Qundam, Mali.
Kastiyon (Dənizkənarı Alplar)
Kastiyon (fr. Castillon, it. Castiglione) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sospel kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,51 km², əhalisi — 327 nəfərdir (2006) artım tendensiyası ilə: 383 nəfər (2012), əhalinin sıxlığı 51,0 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 377 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 383 nəfər.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
İslam Datıyev
İslam Maqometoviç Datıyev (1884 – 1965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini. == Həyatı == 1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır. Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir. == Mənbə == Böyük İqtisadi Ensiklopediya. I hissə.